“Azərbaycanın qadın şairlərinin
şeirləri: səkkiz əsrlik ədəbiyyat” təqdim olundu
Martın
6-da Azərbaycan Dillər
Universitetində (ADU) Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun təşəbbüsü
və dəstəyi ilə İtaliyada yerli dildə nəşr edilmiş “Azərbaycanın qadın
şairlərinin şeirləri:
səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabının
təqdimat mərasimi
keçirilib.
Kitabda tarixən
ədəbiyyatımızda humanizmin yaranması və inkişafında mühüm rolu olan, poeziyamıza dəyərli töhfələr
və ölməz sənət əsərləri
bəxş edən qadın şairlərin zəngin ədəbi irsinə istinad edilib.
Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycanın multikultural
dövlət kimi dünyada ad qazandığını
qeyd edərək deyib: “Azərbaycan multikulturalizmi” fənni dünyanın bir çox universitetlərində
tədris edilir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri
kimi tanınır.
Azərbaycan multikulturalizmi, eyni
zamanda, xalqımızın
mədəniyyətinin, ədəbiyyatının,
tarixinin, mənəvi
dəyərlərinin təbliği
və Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasıdır. Milan Universiteti kimi
auditoriyadan son dərəcə
səmərəli istifadə
etməyi bacaracağımıza
inanıram”. Kamal
Abdulla kitabın nəşrində
əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Bu, bizim yalnız italyandilli tələbələrimizə deyil,
həmçinin bütün
tələbələrimizə böyük hədiyyədir”.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranması, fəaliyyəti və məqsədi haqqında ətraflı məlumat verib. O, türk dünyasının
mədəni dəyərlərə
böyük həssaslıqla
yanaşıldığını və bu irsin
təbliğinin Fondun
əsas prioritet istiqamətlərindən biri
olduğunu deyib. G.Əfəndiyeva Azərbaycanın qadın şairlərinin ədəbiyyata verdiyi töhfələr barədə
danışaraq, kitabın
nəşri ideyası
və prosesi ilə bağlı məqamları diqqətə
çatdırıb. Bildirib ki,
antalogiya azərbaycanlı
qadınların poetik
düşüncəsini, hisslərini,
istəklərini və
dərin ədəbi dünyagörüşünü özündə əks etdirir. Kitabda yaradıcılığına yer ayrılan şairələrin əksəriyyəti
Azərbaycanın tarixi
torpağı olan Qarabağda yaşayıb-yaradıb.
Keçən ilin sonlarında “Azərbaycanın
qadın şairlərinin
şeirləri: səkkiz
əsrlik ədəbiyyat
(1200-1991)” kitabının təqdimatının
İtaliya Senatında
gözəl şəkildə
keçirildiyini xatırladan
G.Əfəndiyeva bu layihənin Şərq və Qərb mədəniyyətləri arasında
dostluq və əməkdaşlıq körpüsünü
möhkəmləndirəcəyinə inandığını söyləyib.
İtaliya nümayəndə heyətinin
sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr
müavini Paolo Qrimoldi
ölkəmizin zəngin
mədəniyyəti, o cümlədən,
ədəbiyyatı barədə
danışıb.
Azərbaycanda qadınların cəmiyyətdəki
önəmli rolunun şahidi olduğunu deyən italiyalı deputat təqdim edilən kitabı bunun bariz nümunəsi
kimi dəyərləndirib.
“Sandro Teti” nəşriyyat
evinin rəhbəri Sandro Teti Azərbaycan
haqqında kitabların,
azərbaycanlı müəlliflərin
italyan dilinə tərcümə edilən
əsərlərinin nəşrindən
danışıb, təqdim
olunan kitabın nəşr edilməsində
məqsədin Azərbaycanın
zəngin ədəbiyyatı
və ədəbiyyata
qadınların verdiyi
töhfələri italyan
oxucusuna çatdırmaq
olduğunu deyib.
Tədbirdə “Azərbaycan şeirinin qadın ruhu” sənədli filmi nümayiş olunub.
Xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra şeirlər
bədii-musiqili kompozisiya
formatında təqdim
edilib.
ADU-nun italyan dili ixtisası
üzrə təhsil alan tələbələri
Məhsəti Gəncəvinin,
Natəvanın, Nigar Rəfibəylinin kitabda yer alan şeirlərini
italyan dilində səsləndiriblər.
Təqdimat mərasimində Milli
Məclisin deputatları, xarici ölkələrin
Azərbaycandakı səfirləri, İtaliya
nümayəndə heyəti və ictimai-siyasi
xadimlər iştirak ediblər.
525-ci qəzet.- 2019.-
8 mart.- S.8.