Bakıda İtaliya festivalı   

 

 

Martın 5-6-da Bakıdakı Daş Muzeyində artıq ənənə halını almış növbəti “İtaliya Festivalı və İtaliya Dizayn Günükeçirilib.

 

Festival İtaliya Respublikasının Azərbaycandakı Səfirliyi və İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının Bakı ofisinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Tədbirin əvvəlində səfir Auqosto Massari çıxış edərək qonaqları salamlalayıb, festivalın əhəmiyyətinə toxunub.

Çıxışlarda qeyd olunub ki, tədbirdə məqsəd İtaliya mədəniyyətinin və iqtisadiyyatının mühüm sahəsi hesab olunan italyan dizaynının mükəmməlliyini qeyd etməkdir. Bu il Bakıda İtalyan Dizayn Günü məhz italyan modası, sənətkarlığı və dizaynı ilə diqqət mərkəzində olacaq.

İtaliya Festivalı və İtaliya Dizayn Günü İtaliyada hazırlanan ən gözəl modadizayn nümunələrini təqdim etməklə yanaşı İtalyan mətbəxinin ən ləziz təamları ilə birlikdə təqdim olunub.

İtaliyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd edilir ki, tədbirdə italyan məhsullarını ölkəmizdə təmsil edən şirkətlərlə yanaşı,  İtaliyadan dəvət olunmuşRosso Rameitalyan geyim brendinin dizayneri, Wladi Rigati ayaqqabı dizayneri, eləcə də Viçenza Zərgərlik Muzeyinin direktoru, KiçikOrta Ölçülü Sənətkarlıq Müəssisələrinin nümayəndəsi də iştirak ediblər.

“Xüsusilə qeyd etmək istərdik ki, builki İtaliya Festivalı dünyaca məşhur italyan rəssamı, alimi, ixtiraçısı olan Leonardo Da Vinçinin ölümünün 500 illiyinə həsr olunur. “İtaliya Dizayn Günü” Bakı ilə yanaşı dünyanın 100 ölkəsində qeyd olunacaq. 

İtaliya dizayn mədəniyyətinin yaradılması orta əsrlər intibah dövründən başlayaraq yüksək estetik məzmunlu yenilikçi məhsullar yaratmaq üçün müxtəlif bacarıqları özündə birləşdirib. Sənaye dizaynı sahəsində aparılan araşdırmalar İtaliya iqtisadi inkişafının məhsulunun xarakterik elementinə çevrilib. Bu tip dizayn İtaliya mədəniyyətinin ruhuna aiddirbu dünyadaMade in Italybrendi kimi tanınır” – deyə məlumatda bildirilir.

 

525-ci qəzet.- 2019.- 8 mart.- S.6.