"Anarın Dədə Qorqud
yaradıcılığı" kitabı təqdim olundu
Dünən AMEA Mərkəzi Elmi
Kitabxanası (MEK) Xalq
yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) sədri Anara həsr olunmuş, professor
Yeganə İsmayılovanın
yazdığı "Anarın
Dədə Qorqud yaradıcılığı" kitabının təqdimatını
keçirib.
Tədbirdə AMEA və AYB-nin rəhbərliyi, millət
vəkilləri, akademik
ictimaiyyət, incəsənət
xadimləri və
media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yazıçının
yaradıcılığından, onun ədəbiyyatımıza,
mədəniyyətimizə, eləcə də kinomuza gətirdiyi yeniliklərdən danışıb. Bildirib ki,
Anarın əsərləri
təkcə Azərbaycanda
deyil, dünyanın bir çox ölkələrində sevilir.
Ədəbiyyatımızdakı "60-cılar" nəslindən
söz açan İ.Həbibbəyli Anarı
həmin nəslin liderlərindən biri adlandırıb.
O, təqdim olunan kitab haqqında danışarkən deyib ki, Y.İsmayılovanın
qələmə aldığı
kitab Anarın yaradıcılığındakı Dədə Qorqud istiqamətlərini bütün
parametrləri ilə açıb göstərir.
Bakı
Yunis Əmrə İnstitutunun direktoru Cihan Özdəmir çıxışında Anarın
təkcə Azərbaycanda
deyil, eləcə də Türkiyədə akademik səviyyədə
öyrənildiyini, araşdırıldığını
və haqqında dissertasiyalar, kitablar yazıldığını deyib.
Professor Cahangir Məmmədli
Anarın Azərbaycan
ədəbiyyatındakı müstəsna mövqeyini
- Dədə Qorqud ağsaqqallığını, Dədə Qorqud müdrikliyini xüsusi qeyd edib.
Anarın yaradıcılığından geniş söhbət açan professor Himayal Qasımlı və digər çıxış
edənlər Xalq yazıçısının həyatının
müxtəlif məqamlarından
və əsərlərindən
söz açıb, təqdim olunan kitabı önəmli hadisə adlandırıblar.
Anar çıxış
edərək, yaradıcılığına
göstərdiyi diqqətə
görə Yeganə İsmayılovaya, tədbirə
gələn qonaqlara və təşkilatçı
qurum olan MEK-ə dərin təşəkkürünü
bildirib.
Sonda BDU-nun professoru,
kitabın müəllifi
Yeganə İsmayılova
"Anarın Dədə
Qorqud yaradıcılığı"
kitabı haqqında məlumat verib və tədbir iştirakçılarına minnətdarlığını
ifadə edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 12 mart.- S.7.