Avropadakı Azərbaycan tələbələrinin
vəziyyəti
İLK
CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ
DÜŞÜNCƏLƏR
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, onlarla və bu
günümüzlə fəxr edək!
(Əvvəli
ötən cümə sayımızda)
MÜƏSSİF
BİR İRTİHAL
(Təəssüflü
bir vəfat)
Məcmuəmizin səhifələri
bağlandığı sırada posta heyəti təhrirəyəmizin
təəssürünü cəlb edən müəssif bir xəbər
gətirdi. Sabiq
Azərbaycan Şurayi-Millisi rəisi və baş mühərririmiz
Rəsulzadə Məhəmməd Əmin Bəyin pədəri
(atası) möhtərəmi Bakının məruf üləmasından
Rəsulzadə Hacı Molla Ələkbər (məruf Molla
Ağa) Əfəndi aylardan bəri mübtəla olduğu
müzmin (uzun) xəstəlikdən qurtulamayaraq bundan qaç
ay əvvəl əbədiyət dünyasına irtihal eyləmişdir.
(Anlaşılan bu müəssif hadisənin
mövcibi-təəssür olacağı mülahizəsilə
əvvəlcə alınan məktublarda ədəmi-qeydi
iltizam edilmişdir).
Hacı Molla Ələkbər mətanəti-əxlaqiyə
sahibi səlimün-nəfs (nəfsinə hakim) bir zat idi. Üləmayi-dindən
bir qismi yeni təəssüs edən “mətbuatı mövqutə
oxunmasının şərən caiz olmadığı”
haqqında fətvalar verdikləri bir zamanda mərhum, münəvvərlər
(ziyalılar) tərəfindən vücuda gətirilən
yövmi (gündəlik) qəzetələrə məqalələr
yazmaq surətilə tərəqqi əsərlərini tərvic
və müdafiə eyləmiş alimlərdən idi.
70-75 yaşlarında gözlərini bu dünyaya qapayan
Molla Ələkbər Əfəndi, bolşevik istilası
altında bulunan məmləkətinin ümumi fəcaətindən
maəda bir də yeganə ərkək övladı olan
oğlunun fəraq və hicranı ilə dağdar idi.
Mərhumun təşyii-cənazəsi - məktubda zikr
edildigi vəchilə - böyük bir ehtiramla icra olunmuş, əhalidən
bir qismi dükkanlarını qapayaraq təşyii mərasimdə
hazır bulunmuşlardır. Münəvvərlərdən
bir çoxu dəxi son vəzifələrini əda etmək
üzrə matəm alayında iştirak eyləmişlərdir.
Fəqət müqəddəratı Azərbaycan
istiqlal hərəkatı ilə sıxı-sıxıya
bağlanan bir ailənin insanı kədərinə iştirak
etməyi belə məmnu bir hərəkət şəklində
tələqqi edən “Çeka” idarəsi son zamanlarda
daireyi-şümulunu genişlətdirdigi həbslər
üçün işbu matəm istifalına iştirak etməyi
də mühüm bir səbəb kibi qullanmışdır.
“Yeni Qafqasiya” bu əlim hadisəyi kəmali-təəssürlə
qeyd edərkən möhtərəm baş mühərriri
Əmin bəyi ərzi-təsəlliyat etməyi kəndisinə
bir vəzifə ədd edər.
“Yeni
Qafqasiya”, 18 mart 1927, ¹11-12
AVROPADAKI
AZƏRBAYCAN TƏLƏBƏLƏRİNİN
VƏZİYƏTİ
Azərbaycan istiqlaliyəti dövründə milli
hökumət tərəfindən 100 tələbənin
Avropaya təhsilə göndəriləcəgini və
bunların bolşevik istilasından sonra kafi miqdarda müavinət
alamadıqlarından həyatlarının acı bir surətdə
keçdiyi haqqında keçənlərdə “Yeni
Qafqasiya”da yazılmışdı. Şimdi isə bu tələbələrin
vəziyətləri daha ziyadə fənalaşmışdır.
Bunu istilzam edən (lüzumluğunu göstərən)
səbəblər isə bər-vəchi atidir.
(Aşağıdakılardır)
Məlum olduğu üzrə bundan bir sənə müqəddəm
Azərilərdən 75 tələbə Azərbaycan Sovet
hökuməti tərəfindən təxsisat alıyordu. Azəri tələbə
fikri siyasiyə inqisamatından da bitərəf qalmaq, siyasətlə
uğraşmayaraq təhsillərini bitirmək və vətənlərinə
övdətlə (qayıtmaqla) bir mütəxəssis kimi
çalışmaq istiyorlardı. Keçən
sənə təşrini-sanidə Almaniyadakı Mavərayi-Qafqasiya
(Zaqafqaziya) ticarət müməssili Pirumyansın təşəbbüsü
ilə Avropadakı erməni, gürcü və Azərbaycan tələbələrinin
bir ittifaqı vücuda gətirilmişdi. Gürcü
hökuməti məsarifi ilə 5-6, erməni hökumətinin
nami hesabına dəxi 5-6 erməni tələbə qəbul
edilmişdi. Bu 3 millətə mənsub
müştərək mərkəzi tələbələr
bürosu dəxi intixab edilmişdi. Hər
millət muxtar olub kəndi tələbə cəmiyətinə
malik olmaqla bərabər istədiyi vaxt Mavərayi-Qafqas tələbələri
ittifaqından çıxa bilir idi. Tələbəlik
işinə nəzarət etmək üçün 3
kişilik bir komisyon təşkil etmişdi. Komisyon rəisi Pirumyans (hakimi mütləq), əzaları
isə müavini Ağaşvili (gürcü) və AzNeft məmuru
İbadəliyevdən ibarət idi.
Məlum olduğu üzrə ruslar Azərbaycana gəldikləri,
Azərbaycanın daxili və xarici işlərinə
qarışmayıb tam mənasilə istiqlalına hörmət
edəcəklərinə vəd etmişlərdi. Sonra isə
yavaş-yavaş Azərbaycanın bütün hüququnu əlindən
alıb kəndisinə sırf maarif sahəsinə münhəsir
bir muxtariyət vermişlərdi. Şimdi
isə zatən bir kölgə mahiyyətində olan bu maarif
muxtariyətinə də təcavüz edirlər. Ləfzi-murad
(deyilişi) bir kəlmədən ibarət olaraq qalan Azərbaycan
hökuməti, bir kişi də olsa,
İstanbula və yaxud Avropaya yenidən tələbə
göndərə bilməz. Azərbaycanın
bir çox yerlərində idarə, müəssisə və
məktəbləri türkləşdirmək səlahiyətini
haiz olmaz. Azərbaycanın halı
hazırda istiqlalı siyasi deyil, maarif muxtariyətinə belə
malik olmadığını az-çox, insaf, məntiq və
vicdan sahibi olan komunistlər belə inkar etmiyorlar. Azərbaycanda ruslar tərəfindən
yürüdülən işbu maarif siyasətinin mənayi-hüquqiyəsi
pək aşikardır.
Yuxarıda
göstərdigimiz kibi keçən təşrini-sanidə
Mavərayi-Qafqas Tələbələr İttifaqı
vücuda gətirildikgi vaxt Avropada Azərbaycan Şura
Hökuməti hesabına 75 Azəri tələbəsi təhsil
ediyordu və kəndilərinə məxsus müstəqil təşkilat
və komitələri mövcud idi. Mavərayi-Qafqas
Tələbə İttifaqı vücuda gətirildikdə tələbəlik
təxsisatı da Mavərayi-Qafqas Sovet hökuməti tərəfindən
dəröhdə edilmişdi. Bu gün Mavərayi-Qafqas
hökuməti hesabına təhsil edən 36 azərbaycanlı
tələbə mövcuddur. Azərbaycan
tələbələrinin milli təşkilat və komitələri
məhv edilib bu babda söz söyləmək istəyənlər
əksi ixtilalçılıqda ittiham olunurlar. 900 əzaya malik olan Rus Tələbə təşkilatı
ilə Mavərayi-Qafqas Tələbələri İttifaqı
birləşdikdən sonra Azəri tələbəliyinin
simayi millisi bu qələbəlik içərisində tamamilə
qeyb olmuşdur.
Bu gün Azərbaycan tələbəsinin haqqı
çeynəniyor. Kəndi hüququnu müdafiə etmək
üçün onun nə milli bir cəmiyəti və nə
də milli cəmiyət vücuda gətirmək
üçün haqqı vardır. 10
ayın müddətində Mavərayi-Qafqas Sovet hökuməti
hesabına təhsil edən erməni tələbələrinin
hesabı 20, gürcülərin isə 40-adək
çoxalmışdır. Yeni vücuda gətirilmiş
Ümumrusiya Tələbələri Cəmiyətinin nizamnaməsi
mövci-bincə bu cəmiyətin mərkəzi icraiyə
komitəsi Avropanın müxtəlif məmləkətlərində
təhsildə olan tələbədən “cəmiyətin
ruhuna müvafiq gəlməyən”lərini cəmiyətdən
ixrac və bu səbəblə hökuçət təxsisatından
da məhrum edilə bilir.
İşbu cəmiyətə böyük məbləğlər
verildigi üçün istədigi digər hər bir işi
də icra edə biliyor. Bu işin zahiri tərəfidir. Batini isə tam başqadır. Sovet hökumətindən
təxsisat alan ermənilərin hesabı
az isə də işbu avqusda iniqad edən Mavərayi-Qafqas tələbələrinə
Konferansdan sonra idarə səlahiyəti büsbütün
onların əlinə keçib bütün tələbələrin
müqəddəratı şimdi də erməni tələbələrinin
əlindədir.
Zatən əvvəlcə, tələbələrə nəzarət
edən xüsusi komisyonun rəisi Pirumyans idi. O, tələbəligin yeganə
əfəndi və diktatoru idi. Komisyonun digər
2 əzası (üzvü) onun əlində bir alət idilər.
Bu komisyonun 2-ci əzası gürcü
Conaşvili Mavərayi Qafqas Tələbələr
İttifaqının rus tələbə cəmiyətinə
ilhaqı əleyhində olduğundan Pirumyans məzkuru Moskvaya
göndərib arxasından zabitəyi-siyasiyəyə
teleğraf çəkmişdi ki Conaşvili rus siyasəti əleyhində
çalışdığından kəndisini geri
buraxmasınlar. Ona binaən də
Conaşviliyi Moskvada saxlamışlar və daha Berlinə
buraxmıyorlar. Pirumyans tam mənasilə
bir erməni daşnaq siyasəti yürüdüyor. Bir
tərəfdən Türkiyədən fərar etmiş və
Avropanın müxtəlif məmləkətlərində
yaşayan ermənilər miyanında propağanda yapır
onlara Sovet əsasatını qəbul ilə həpsini
Qafqasiyaya göndərməgə çalışır, digər
tərəfdən də istədigi Azəri tələbəyi
hökumət təxsisatı listəsindən ixrac ilə
onların yerinə erməniləri təyin edir. Bunların nöqteyi-nəzərlərincə ermənilər
Rusiyasız Qafqasiyada yaşayamazlar. Ruslar bəyazmı,
siyahmı, qızılmı nə olursa olsun ermənilər
onlarla daima müttəhid olmaq istəmişlərdir. Pirumyans hər şeydən əvvəl erməni tələbələri
miyanında böylə bir milli siyasət tərviç etməkdədir.
Ermənilər böyük paraya malikdirlər.
Viyanada, Nyu Yorkda qəzetələri
çıxır. Avropa məmləkətlərində
1000-ə qədər tələbələri təhsil etməkdədir.
Bunlardan bir qaç 100-ü rəsmən Sovet əsasatını
qəbul eyləmişlərdir. Erməni Paris heyəti-mürəxxəsəsinin
rəisi Poqos Nubar Paşa Almaniyadakı Sovet əsaslarını
qəbul edən erməni tələbəsi cəmiyətinə
3 yüz min (300.000) frank ianə etmişdir.
Pirumyansın
Azəri tələbələrinə tətbiq etdigi siyasətinin
tərvicinə (işə getməsinə) Almaniyada təhsil
edən bir qaç Azəri komunistləri, Azərbaycanın
ruslar tərəfindən istila əsnasında Qarayevlər,
Mirzə Davudlar, Ruhullalar və sairələrin ifa etdikləri
alçaq vəzifəyi eyni ilə təqib ediyorlar. Bunlardan bir qaçı bir qaç ay sonra təhsillərini
bitirib Azərbaycana övdət edəcəklərdir. Bunun üçün də
çalışıyorlar ki, ruslar, ermənilər bunlardan məmnun
olsunlar və kəndilərinə “malades” (afərin) desinlər.
Azərbaycana övdət etdikdə
(qayıtdıqda) yüksək mövqelər tutmaq niyətilə
kəndilərini rusdan ziyadə rusçu göstərmək
üçün konferanslar tərtib edib Azəri tələbələrini
təxsisat vərəqindən ixrac ilə təhsillərinə
mane olurlar. Fəqət bu komunistlərin
arasında vicdan sahibi olanları da vardır. Məsəla, Pirumyans bundan 3 ay əvvəl Parisdə
olduğu zaman bir Azəri komunistini hüzuruna dəvət edib
“yoldaş aranızdan ixrac olunacaq əks ixtilalçı və
təhsilindən geri qalan tələbələrin isimlərini
söyləyiniz. Buna müqabil sizin əllərinizi
açar, səlahiyəti-vaseə (geniş səlahiyət)
verəriz” demiş isə də istədigi müvafiqət
cavabını alamayıb avqustda Berlində olan konferansda
Pirumyansın nə demək istədigini bu tələbə kəndisinə
soruyordu. Bu sətirləri oxuduqdan sonra
soracaqsınız, əcəba doğrudanmı Azəri tələbələri
əksinqilabçıdırlar. Bunları
bu əksilikləri üçünmi listedən ixrac ediyorlar?
75 tələbədən 36-sı qalmış.
Xayır, Azəri tələbəligi siyasətçilikdən
mücərrəd olaraq bir mütəxəssis sifətilə
vətəninə övdət etmək və
çalışmaq məqsədini təqib ediyorlar. Çünki həqiqi xilas və nicatın bu yolda
olduğuna qanedirlər. Fəqət məruf
“qurdun keçi suyu bulandırıyorsan” töhməti eyni ilə
bunlara da şamil olub maaşlarını kəsiyor, təhsillərini
itmam etməgə mane oluyorlar. İştə avqust
konferansının nəticəsi olaraq Azəri tələbələrinin
milli təşkilatları dağıdılmış, kəndiləri
rus tələbə təşkilatına ilhaq edilmiş,
Türkiyə erməniləri də bu müştərək
cəmiyətə qəbul olunmuş, bu yeni cəmiyət hər
hansı bir tələbəyi hökumət təxsisatından
məhrum etmək haqqı verilmişdir. İşbu
qərar mövcibincə tələbələri “təmizləyərək”
11 Azərbaycan tələbəsini listədən ixrac
etmişlərdir. Şu surətlə tələbələrin
vəziyəti çox fənalaşmışdır. Tələbələr
miyanında etimadsızlıq, yalan, böhtan, iftira, kim kiminlə görüşdü, nə
qonuşdu, kim mühacirini siyasiyə ilə əlaqədardır
kibi təcəssüz təcəlliləri vücuda gəlmişdir.
Kimsə kəndisinin 1-2 aydan sonra əksinqilabçılıqda
müttəhim edilərək maaşının kəsiləcəginə
şübhə etmiyor. Bunlarla tələbələr
tərəfindən yazılan bir taqım məktub,
teleğraf və məqalələr əlavə olunursa o zaman
vəziyətin nə dərəcədə ağır
olduğu anlaşılıyor. Zira hər
hansı bir tələbə kəndisinə təklif olunan bir
şeyin yazılmasına ədəmi-müvafiqət göstərir
isə həmən əksinqilabçılıqla ittiham
olunaraq listedən ixrac olunacaqdır.
“Yeni
Qafqasiya”, 19 təşrini-əvvəl (oktyabr) 1924, ¹2(26)
HƏZƏYANİ
BƏDİ (BƏDİNİN HƏDYANLARI)
(Bolşeviklərin
yeni bir əsəri təlaşı)
“Yeni
Qafqasiya”nın ilk nömrəsi bolşevik
çirkabına ağır bir daş kibi
düşmüşdür. İlk
sayımızla hədəf ittixaz etdigimiz Qafqasiya komunist
batlağı öylə bir zərbə isabət yemişdir
ki sıçrantıları ta İstanbula qədər gəlmişdir.
Tiflisdə
intişar edən “Yeni Fikir”in gözü “Yeni Qafqasiya”nın
“pənbə” cildini görüncə qan beyninə vurmuş,
gözünü yumaraq ağzını açmış və
8 sütunluq qoca bir həzəyannamə (hədyannamə)
qaralamışdır.
Külxanbəyi
təbiri ilə Bolşevik istilahlarından məmzuc (qarışıq)
bu nümunəlik “ədəbiyat” A.B. imzası ilə
möhürlənmişdir (A.B. - Əhməd Bədi Tirinic*:
Türk əsirləri ilə Nargində olan, əslən
arnavut (alban) olan zabitlərdən biri). Fəqət
bu möhür olmasaydı belə məqalənin ehtiva eylədiyi
üslubi föhş-alud (söyüş aludəçisi),
Bakı “Komunist”ində hərzələr yazan Əhməd Bədiyə
məxsus bir “bədiyə” olduğunu sezdirməgə kafi idi.
Leninin “Komunist eyni zamanda da “Çekist” olmalıdır”
deyə məruf bir sözü vardır. “Həzəyani Bədi”
mühərriri, mürşidlərinin bu tövsiyəsinə
tamamilə sadiq qalmış, münaqişəyə
başlamazdan əvvəl, “Yeni Qafqasiya”nın
Rəsulzadə Məhəmməd Əmin Bəy tərəfindən
yazıldığını güman etmişdir. Məhəmməd Əmin Bəy isminin təkərrürü
Çekist raporlarına ayrıca bir qiymət və əhəmiyyət
verdigindən olacaqdır ki bu isim 8 sütunluq məqalənin
adətən hər sətrində təkrar edib duruyor.
Bildiyimiz bir qadın vardı. Şüuruna xələl
gəlmişdi. Ortada məqul heç bir səbəb
yox ikən qocasından ayrılmış,
çocuqlarını tərk eyləmişdi. Həyat bu ya, insanın bir çox qəziyələri,
ədəmi-müvəffəqiyyətləri, haqları və
hesabları olur. Bu qadın da hər kəsdən
bir iltifatsızlıq, hər cəhətdən bir müvəffəqiyyətsizlik
görürsə həmən “ah bu zalım flanca bəy...”
deyər, müşkülatını həp qocasından
görürdü.
Bolşeviklər də böylədir. Kim nə yaparsa, kim nə yazarsa onlar bunu həp Müsavattan və
bilxassə Məhəmməd Əmindən görürlər.
“Axşam” rəfiqimiz bir taqım mühik (haqq verən)
nəşriyatda bulunur, Zalkind yoldaş kındisinə,
Müsavata satılmışdır - deyər. Amasyada
çıxan “Əməl” qəzetəsi Azərbaycan gəncliginə
ağlar, Əhməd Bədiyə görə, Məhəmməd
Əminə alət olmuş olur. Tehran mətbuatı
Moskva müahidəsinin tətbiqini tələb edər,
Orcenikidze müsavatçılar əleyhimizə
çalışıyorlar - deyə nitqlər irad edər.
Şimdi də sıra bizə gəldi. Fəqət
biz böylə sənətdən heç də mütəəssir
degiliz. Biləks, Əmin bəy kibi milli
bir mücahidə ətf oluşunumuzla iftixar edəriz.
Məcmuəmizin “Qafqasiya Qafqasiyalılarındır”
şüarını ortaya atması Moskva siyasətinin bu
satılıq uşağını pək çox
qızdırmışdır. Qızdığından
haqlıdır, çünki bu şüardan yalnız onun əfəndiləri
degil, bütün Rusiya imperyalistləri quşqulanıyorlar.
Bu
“şüar”ın komunist malı
olduğunu bir yalançı pəhlivan
gürültüsü ilə isbat etmək istərkən o,
bir də Sovet siyasətinin son günlərdə pək modada
bulunan ermənipərəstligindən bəhslə şeytanətkaranə
bir provokasyon yapmışdır. Guya ki, biz
“Qafqasiya Qafqasiyalarındır” deyərkən erməniləri
tamamilə ortadan qaldırmaq, onları imha (məhv) etmək
istiyormuşuz. Fəqət əmin olsunlar,
ermıniləri imha edənlər bizlər degil, bu zavallı
milləti kəndi cahangiranə siyasətlərinə alət
edən insafsız rus siyasiləri və onların vicdansız
yardaqçılarıdır. Qafqasiyalılara
qalan Qafqasiyada Azəri, Gürcü, Dağıstanlı
yaşayacağı kibi erməni də yaşayacaq. Fəqət
yetişər ki Çarizmin ajanları bu zavallı millətin
rəhbərlərini başdan çıxardığı
kibi, Sovet siyasiləri də bir az insaf edib
onları qafqasiyalılıq səadətindən
uzaqlaşdırmasınlar.
Qafqasiya
qafqasiyalılarındır!
“Bu şüar, Bədinin dediginə görə
Şuraların şüarı imiş! Bu şüarı haqqı
ilə həyata tətbiq edəndə ancaq Şuralar
üsuli-idarəsi imiş! Yalnız bu
şüarı Məhəmməd Əminçilər kibi
degil, Şuraların hakim və müdfiləri kibi anlamaq
lazım imiş”.
Heç şübhə yoxdur ki, Qafqasiya mövzuunda
istiqlalçılarla bolşeviklərin fərqi çoxdur. İstiqlalçılarca
siyasi, malı və əskəri
istiqlalına malik olan bir Qafqasiyadır ki, kəndi
şüarının “Qafqasiya qafqasiyalılarındır!”
şüarı olduğunu iddia edə bilir. Halbuki bolşeviklərcə
məmləkəti rus ordusunun təhdi işğalında,
iqtisadiyatı Moskvanın yədi inhisarında, vicdanı rus
“Çeka”sının qanlı pəncəsində, digər
xüsusatı isə Rusya Komunist Firqəsinin amansız
diktaturasında bulunan Qafqasiyadır ki, Qafqasiyalıların
imiş!
Qafqasiya zəhmətkeşləri
naminə Tambov quberniyasından gələn Kirilovlar nə də
arnavutluqdan çıxan Bədilər degil, söz söyləmək
səlahiyətinə haiz kimsələr varsa o da “Məhəmməd
Əminçilər”dir. Bu qəziyənin doğru
olub-olmadığını təhqiq etmək istəyənlər
rus ordusunun çəkilməsini təminlə arayi-ümumiyyəyə
müraciət edə bilərlər.
“Yeni
Qafqasiya” yayımından atılan oxlar düşmənin bu
cangahına saplanmış olsa gərədir ki, “Çeka”nın satılıq mühərriri ilk
sayımızdakı fəqərələrə ən
kiçik həvadislərə varıncaya qədər birər-birər
cavab vermək külfətinə qatlanmışdır.
Biz, Azərbaycandakı təqibatdan bəhs edərkən
milliyyətpərvər gəncliyin tövqifata məruz
qaldığını yazmış və bu gəncligin
ürəfadan olduğunu göstərmək üçün
mövqufların (həbs olunmuşların) əksəri
“şair, mühərrir, doktor, mühəndis,
darülfünun tələbəsi, müəllim və sairə
kibi münəvvər məslək ərbabından ibarətdir”
- demişdik.
Bu fəqərəyə köpürən Bədi
iştə “telli pullu yalan” diyor. “Tövqif olunan bir
mühəndis göstərə bilərmisiniz?” deyə
soruyor, doktor, hüquqşünas, darülfünun tələbəsi,
müəllim və sairənin həbs edildiklərini isə
sükutla keçişdiriyor. Varsın mövqufun
miyanında bir mühəndis bulunmasın! Əcəba
mühəndis məsləginin bu təsadüfi məsuniyəti
çekistlərə digər münəvvər məslək
ərbabını işçənqələrə məruz
qılmaq haqqını bəxş edərmi? Yoxsa Sovet qanuni-əsasında mühəndisləri həbs
etmək caiz degilmidir?
Məhbusun miyanında şairlərin dəxi
bulunmadığını ifham etmək (başa düşmək)
üçün Bədi yoldaş, mühəndis babında
olduğu kibi, cəbhədən hücum edə bilməyib
çevirmə hərəkəti yapıyor. Ə.Cavad məhbus
deyilmiş, Hüseyin Cavid əsərlərini bəstiyormuş,
Əli Abbas Müznib də bər-həyat imiş, Müsavata
qarşı üsyan ediyormuş və daha iyi cavabı kəndisi
təhrir edəcəkmiş. Səlman
Mümtaz isə “Unudulmuş yapraqları” buluyormuş. Molla Nəsrəddin naminə də təyyarə
alınıyormuş.
“Yeni Qafqasiya” Azərbaycan şairləri tamamilə
tövqif edilmişdir, demiş olaydı, böylə bir cavaba
lüzum vardı. Fəqət məsuniyyəti-şəxsiyyələrini
(şəxsi toxunamazlıqlarını) komunistlərin
iltifatından ziyadə bir az təsadüfə, bir az
üslub-pərvərligə, bir az da kəndi etibar və
nüfuzlarına mədyun olan bəzi şairlərin
“Çeka” bodrumlarına alınması iblis mühərriri
Qız Qalası şairi Cabbarzadə Cəfərin, mühərrir
Hüseyin Sadiqin, Azərbaycan ehsaiyətinə
(statistikasına) aid mühüm bir əsəri ilə təmayüz
edən Məhəmməd Həsən Baharlının həbs
edildiklərini və “Çeka”nın əsrarəngiz
odasında pək müdhiş işkəncələrə məruz
qaldıqlarını təbriə etdirirmi? (anladırmı?)
Əli Abbas Müznibin həbs olunduğu inkar
olunuyor, halbuki bu xəbəri “İrəli” qəzetəsindən
nəql eyləmişdik. “İləri” isə
bunu məhbusun ailəsindən alınan bir məktub üzərinə
nəşr eyləmişdi. “Çeka”nın son günlərə
aid kəramətlərindən birisi də bodrumlara
aldığı adamların “əzənaəti vicdaniyyələri”
üzərində icra eylədigi “hüsni-təsir”dir. Son
zamanlarda bolşevik əleyhdarı firqələrə mənsub
əza həbslərə alınıyor, təhdid ediliyor,
işkəncələrə tutuluyor. Nəhayət,
“tövbə” etdiklərinə aid bir imza alınaraq azad
olunuyorlar. Bu sistemlərinin pək müvəffəqiyyətli
olduqlarına inanmış olmalıdır ki, Bədi Əli
Abbasa dəxi istədiklərini “yazdırtmaq” ümidilə nəşədardır.
Səlman Mümtaz cənablarının Sovet hökumətindən
fəzlə ehtiram görməsi bir əmri-vaqe olsaydı, əskidən
ticarətlə məşğul olan bu zat yenə eyni məsləgə
davam etmək ehtiyacından varəstə qalırdı.
Kəndi
mövcudiyyətilə rus ordusuna təyyarə alan
Molla Nəsrəddin böylə bir “iltifat”dan məmnun
oluyormu, bilməyiz.
Fəqət
Cavidin “Peyğəmbəri” ilə əvam-firibanə (tovlayan)
iftixarlar yapan “Çeka” mühərririnin vicdanı olsaydı
o anda, başda Köçərli Firidun Bəyin al qana
boyanmış məsum heykəli olduğu halda, Mirzə Abbas,
Mürsəlzadə İslam Bəy kibi Azəri ədəbiyatının
qafiləyi-şühədası gözü önündə
təcəssüm edərdi.
Boğulmuş
təsəvvür etdigi qurbanının səyhəyi-intiqamını
eşidən bir qatil nə dərəcədə qəzəbnak
olursa, vicdani-ümumiyəyi boğan, millətləri
qətl edən bolşeviklər də kəndilərinə
müxalif olaraq intişar edən əsərlərdən o dərəcədə
hövlənak oluyorlar.
İlk sayımızda “Bolşeviklərin təlaşı”
ünvanı ilə dərc eylədigimiz fəqərə
bunun bir dəlili olduğu kibi, sözdə əhəmiyyətsiz
tələqqi eylədikləri hər hankı bir qəzetə
məqaləsinə qarşı qopardıqları yayqaralar dəxi
bunu isbat edər. Nasıl ki mövzumuzu təşkil edən
“Həzəyani-Bədi” dəxi işbu həqiqəti elan etməkdədir.
Bədinin iddiasınca “bütün qəzalarla
köylərdə təhriratı-rəsmiyə türkcə
ikən biz “zavallı türk köylüsü öz
rizasını belə türkcə verəmiyor” diyormuşuz.
Sözlərimizi havaya söyləyənlərdən
degiliz. İddialarımızı hər zaman isbat edə
biliriz. İlk sayımızda söylədiklərimiz
də vəsiqəsiz degildi. Vəsiqəmizi
təşkil edən maddə dəxi bolşeviklərin təsəvvür
etdikləri “Müsavat” Firqəsinin raporu degil, Orconikidze kibi
komunist ricalından məsul bir zatın nitqi təşkil
ediyordu. Bu nitqdə deyiliyordu ki: “Hökmən və xətmən
lazımdır ki, Bakı qəzasından gələn
köylülərlə anladıqları bir lisanla
görüşülsün”. Bu fikri nəql
etdikdən sonra biz “demək ki bu günə qədər
zavallı türk köylüsü müstəqil təsəvvür
olunan kəndi cümhuriyyətinin müəssisələrində
türkcə müamilə görməsi üçün tədabiri-fövqəladə
ittixazına məcburdur” mütaliəsini əlavə
etmişdik. Böylə mövsuq bir
mütaliəyə cavab vermək üçün hərif,
işi təhrif və muğalatayə çevirmişdir.
“Zavallı türk köylüsü öz ərizəsini
belə türkcə verəmiyor” dedigimizi iddia ilə
müdafiəsi qolay, bir qəziyyə uydurmuşdur. Biz köylünün türkcə ərizə verə
bilmək imkanında olduğunu qəbul edəriz (Gərçi
bunun da əlaitlaq doğru olduğuna şübhə edəriz).
Fəqət ərizə vermək başqa,
“türkcə müamilə görmək” də
başqadır. Bütün idarələrdə
müamilatın türkcə görüldügünü
iddia edənlərə isə Orcenikidzenin ərkamilə cavab
veririz. Məmurlarının 100-də 30-u
belə kəndisindən olmayan bir məmləkətdə vətəndaşlarının
kəndi lisanlarında müamilə görə bilməsi, qəbul
edərsiniz ki, möcüzədir. Möcüzənin
ən birinci münkiri isə komunistlərin kəndisidir.
Ə.Bədi yüzsüzü, olmayan yazıları
“Yeni Qafqasiya”ya istinad etdigi kibi, olmayan vaqeələri də Azərbaycan
tarixinə istinad ediyor. Guya ki, Müsavat hökuməti
zamanında köylüləri qurşuna
düzüyorlarmış. 2 sənəlik
hökuməti əsnasında Müsavat hökumətinin
“edam” qərarını tətbiq eylədigi 3 və ya 4 vaqeə
vardır. Halbuki kəndisinə əmələ
hökuməti süsünü verən şimdiki
işğal hökumətinin qılıncdan, qandan və atəşdən
keçirmədigi bir qəza qalmamışdır. Qurşuna düzülən köylülərin hədd
və hesabı yoxdur. Boğazlarına qədər
Azəri qanına girən qatillər bilməm hansı bir cəsarət
və füzulluqdur ki köylünün haqqından, onun
qanından bəhs ediyorlar? Gəncədə,
Qaradağda, Zaqatala, Quba, Lənkəranda və hər yanda
axıdılan minlərcə məsum qanın hesabını
verəcək vicdansızlar bu kibi yalanlarla
günahlarının üstünü örtə biləcəklərmi
zənn ediyorlar?!..
Şayani-qeyd bir fəqərəyi dəxi təsbit edəlim. Biz çəyirtkə
ilə mübarizə edən komisyonun ixtilasından bəhs
etmişiz də ixtilas (oğurluq) edənlərin qurşuna
düzüldüklərini qəsdən xəbər verməmişizmiş.
Fəqət “Yeni Qafqasiya”nın 3-cü
sayısını alan Bədi, yəqin bu hadisənin də
qarelərimizdən saxlanmadığına şahid
olmuşdur.
Fəqət biz, Bədidən Azərbaycanın iqtisadən
yağma edildigi haqqında və bu qədər
düşündügü köylüsünün lampada
yaxmaq üçün petrol belə bulmadığına aid nədən
sükut eylədigini sora bilirmiyiz? Yoxsa işin bu cəhəti şeir
və şair qəbilindən olmayıb hər
köylünün bizzat hiss eylədigi pək bahir bir həqiqətdir
ki, ona qəzetə sütunlarındakı küfürlər
və ləfzi münqişələrlə cavab vermək
gücmü göründü?!
Köylüyə topraq verildigindən bəhs olunuyor. Fəqət
daha dün idi ki, topraq komisarı Dadaş Bünyadzadə yer
ölçənlər olmadığından bu əməliyənin
daha tədbiq ediləmədigini söylüyordu. Fəqət yer ölçən bulunduğu təqdirdə
belə məhsulatdan alınan vergilərin
ölçüsü o dərəcə böyükdür
ki, köylü aldığı toprağa heç də məmnun
olmuyor.
Bədinin
şətm (qaba söz, söyüş) və tərizinə
(üstüörtülü ittihamına) hədəf
olmuş sayımızda bolşevik və sisteminə aid vaqe
olan nəşriyatımız əksərən yenə
bolşevik səfsətələri miyanında və komunist
nöqteyi-nəzərindən tənvir olunmuş
(işıqlandırılmış) məqalələr və
düşüncələr zimnində (dolayısı ilə)
başqa vasiteyi mütaliəsi olmayan zavallı əsir qarelərə
(oxuculara) təqdim olunurkən, pək də nəzəri-diqqəti
cəlb edəmiyorlar. Halbuki biz o fərəqələri
indi mütaliələrdən təcrid edərək təhlil
və tənqid əşyası ilə tənvir edincə
zavallı komunistlər kəndilərinin mali-məxsusi olan qəbahətlərini
tanızamazlığa gəliyorlar. Şiddəti
infiallarından (həyəcanlarından) müvazənələrini
qeyb edərək natiqlikdən məhrum məxluqat kibi qəribə
bir taqım sədalar çıxarıyorlar.
Bu qəribə sədalardan birisi də heysiyət və
namuskarlığı düşmənlərincə də təhdi
təsdiqə bulunan Rəsulzadə Məhəmməd Əmin
Bəyə istinad olunan “məsləksizlik” sifətidir. 1905 tarixində çarizmə
qarşı Sosyal Demokrat firqəyi-ixtilaliyəsinin bolşevik
fraksiyonu ilə təşriki-məsai (ortaq fəaliyyət) edən
Məhəmməd Əminin çarizm yerinə qaim olan
komunistlərə qarşı dəxi milliyyət prinsiplərini
müdafiə etməsində məsləksizlik görən
Ə.Bədi 1918 sənəsində Qubada bolşeviklərə
qarşı hərb eylədigi ilə 1921-ci ildə
bolşevik müfrəzəsi (dəstəsi) başında
Quba asilərini qurşuna düzdürdügüni bir
müqayisə eyləsə və yaxud bolşevik
ixtilalından bir az əvvəl İttihad Firqəsi heyəti-mərkəziyəsinin
katibi-ümumisi olduğunu xatırlasa, daha sonra Müsavat
qapısında yaltaqlandığını, daxiliyə nəzarətinə
bolşevik təşkilatını kəşf etmək
üçün ərzi-xidmət etdigini, hafizəsinə
sorsa daha iyi olmazmı?
Fəqət
adi bir qəzetə yayqaracısından fəzlə bir rola
malik olmadığı səbəbiylə kəndisinə əhəmmiyət
verməz olursa, o halda Azərbaycandakı “inqilab qəhrəmanlarının”
sicilli əhvalını bir az tədqiq etsə o zaman siyasi nə
kibi təhəvvülatı-əxlaqiyə mənzərələri
qarşısında bulunacağını seyr edər.
Komunistlər nə yaparlarsa yapsınlar, nə söylərlərsə
söyləsinlər, artıq hər kəscə gün kibi
aşikardır ki, Qafqasiya cümhuriyətləri müstəqil
degil, Rusiyanın bir vilayəti dərəcəsinə
enmişlərdir. Hər kəs bilir ki, oranın həqiqi
hakim-ləri Kirilovlarla, Kirovlardır.
Kirov,
Kirilov bəhsində Arnavut Bədi, gürcü Orcenikidze
ağzından alaraq Məhəmməd Əminləri
başımızdan rədd etməkdə, öz hakimiyəmizi
ələ almaq mübarizəsində bizə can və ürəklə
yardım edən Kirovlara “Çox razıyız?” Amma Şuralar Azərbaycanından çıxınızmı,
deyəlim?” - deyə soruyor.
Yox, maraq etməyiniz, biz sizə böylə xitabda
bulunmayız.
Çünki siz böylə xitaba layiq
degilsiniz. Biz pək əla biliyoruz ki,
Kirovları siz degil, sizi Kirovlar tutuyor. Və pək əla
biliyoruz ki, Kirov ilə Kirilov degil, onlardan 100 mərtəbə
aşağı rütbədə olan bir rus məmuruna dəxi
Şura Azərbaycanının “çıx” demək
iqtidarı yoxdur. Çünki onlar Qızıl
Orduya istinad edən qüvvətli və “pək lüzumlu”
adam-lardır. Onlar hər növi
şüun (şan şöhrət) və istiqlaldan məhrum
bir istiqlaliyət şəklini təlim edən mahir müəllimlərdir.
Siz onlara çıx deyəməzsiniz. Çünki onlara vaqe olan bir xitab Qızıl Orduya
tövcih edilmiş bir xitab olur. Qızıl
Orduya çıx demək isə sizin ağzınız
degildir. Çünki onu
çağıran siz degilsiniz, sizi səri-kara (sərkar - başçı,
rəhbər) çağıran odur.
Tühəfdir (təəccüblüdür) Kirovların Azərbaycandan çıxmayıb burada qalacaqlarını 2-ci dəfədir eşidiyoruz. Hər iki dəfəsində də bunu bir azərbaycanlıdan degil, ilk dəfə bir gürcüdən, 2-ci dəfə də bir arnavutdan eşidiyoruz. Qəribə bir istehza degilmi?
Fəqət bir tərəfdən qara, digər tərəfdən qızıl imperyalizmin millətlərə malik olmaq qəsdilə çevirdikləri bütün fırıldaqlara rəğmən gündən-günə təvəssüs edən və getdikcə zehnlərdə yer tutan böyük bir fikir vardır ki ona qarşı heç bir qüvvət dayanamaz və bu gün olmasa da yarın millətlər kəndi müqəddəratlarına haqqı ilə sahib olub hürriyətləri məchul macərapərəstlərə pək müəzzəz hissiyatları ilə iztiqsa (dərindən öyrənmə) etmək imkanı verməzlər.
Qorxmalıdır o gündən!
“Yeni Qafqasiya”, təşrini-sani 1923, ¹4
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2019.- 16 mart.- S.20-21.