Azərbaycan dilinin Tivi şivəsinə aid izahlı lüğət

 

 

Dilin lüğət tərkibi hər bir millətin məişətini, etnoqrafiyasını, adət-ənənəsini digər dəyərlərini əks etdirmək baxımından gərəkli mənbədir.

 

Millətə xalqa aid olan dəyərləri qoruyub saxlayan mənbələrdən biri dialekt materiallarıdır. Ona görə dialektoloji materiallar xam bir material kimi diqqət mərkəzində saxlanılmalıdır. Bu sahəyə dair indiyə qədər aparılmış tədqiqatlar arzu olunan səviyyədə olmamışdır. Bunun obyektiv subyektiv səbəblərini qeyd etməmək olmaz. Yeri gəlmişkən qeyd edək ki, uzun müddət (Sovet dövründə) dialektoloji tədqiqatların aparılmasına imkan yaradılmamışdır. Düzdür, XX əsrin 60-cı illərində Azərbaycan dilçi-liyində bir sıra dialektoloji tədqiqatlar aparılmışdır. Ancaq bu tədqiqatlar sonralar ənənə şəklini almamış, müntəzəm bir işə çevrilməmişdir. Daha doğrusu, bu istiqamətdəki tədqiqatların ənənə şəklini almasına, müntəzəm tədqiqatların aparılmasına imkan yaradılmamışdır. Nəticədə dialektoloji tədqiqatlar yarımçıq qalmış, Azərbaycan dilinin dialektləri, şivələri, ləhcələri tam şəkildə tədqiqat mövzusuna çevrilməmişdir. Onu da qeyd edək ki, Sovet dövründə dilçiliklə bağlı tədqiqatların böyük əksəriyyəti məzmundan daha çox formaya xidmət etmişdir. Bu mənada dialektologiya ilə bağlı tədqiqatların dilin mahiy-yət məzmununa xidmət etməsi o vaxtkı dil siyasətinin tələblərinə uyğun olmamışdır. O vaxt məzmunca sosialist yönümlü dilçilik tədqiqatları aparıcı mövqedə olmuşdur. Təbii ki, belə olduğundan dialektoloji ekspedisiyalar da azalmış, o vaxt ənənə şəklini ala bilmədiyindən sonralar tamamilə unudulmuşdur. Dialektoloji ekspedisiyaların azlığı sonralar tamamilə unudulması saysız-hesabsız dialekt faktlarının "ölü" sözlərə çevrilməsi ilə nəticələnmişdir. Yaşlı nəslin nümayəndələri öz sinəsində çoxlu sayda dialekt nümunələrini dünyasını dəyişərək özləri ilə aparmış, gərəkli dil faktlarını "ölü" bilgilərə çevirmişdir. Xüsusilə, XX əsrin 70, 80 90-cı illərinin əvvəllərinə qədər bu sahə diqqət mərkəzindən kənarda qalmışdır. XX əsrin 90-cı illərindən sonra bütün sahələrdə olduğu kimi, dialektologiya sahəsində görüləcək işlərə təəssübkeşliklə yanaşılmışdır. Ancaq uzun müddət bu sahədə tədqiqatlar ənənə şəklini almadığı üçün tədqiqatçılar çətinliklərlə qarşılaşmışlar. Bundan başqa, dialektoloji ekspedisiyaların aparılmaması bu istiqamətdə görüləcək işlərə əngəllər törətmişdir. Onu da qeyd edək ki, digər türkdilli xalqlarla müqayisədə Azərbaycanda bu sahədə görülmüş işlərin nəticələri daha məqbuldur. Bu da, təbii ki, Azərbaycan dilçilərinin, dialektoloqlarının milli təəssüb-keşliyi ilə bağlı olan missiya kimi qiymətləndirilməlidir. 

XX əsrdə - 80-ci illərin sonunda 90-cı illərin əvvəlində Azərbaycanda baş verən ictimai-siyasi proseslər gündəmə bir sıra həlli əhəmiyyət kəsb edəcək məsələləri gətirdi. Milli özünüdərk prosesi getdikcə geniş vüsət aldı. Milli məzmun kəsb edən hər bir məsələ alimləri, ziyalıları düşündürməyə başladı. Bu mənada dilçiləri düşündürən narahat edən ən vacib məsələlərdən biri dialektoloji tədqiqatların aparılması oldu. Ancaq mövcud ictimai-siyasi vəziyyət bu istiqamətdə uğurlu tədqiqatların aparılmasının qarşısını aldı. İki yüz mindən çox Qərbi Azərbaycandan gələn azərbaycanlıların Azərbaycanın müxtəlif ərazilərinə səpələnmələri, o cümlədən, Qarabağ ərazisindən qovulan azərbaycanlıların müxtəlif yerlərdə məskunlaşması dialektoloji tədqiqatların aparılmasına maneçilik törətdi. Qaçqın köçkün soydaşlarımızın bir-birindən təcrid olunaraq yaşaması sistemli dialektoloji tədqiqatların apa-rılmasının qarşısını aldı. Qərbi Azərbaycandan Qarabağdan qaçqın köçkün düşən soydaşlarımızın böyük bir nəsli dünyasını dəyişdi. Onlardan dialektoloji bilgilərin toplanmasına imkan olmadı. Dialektlərimizdə mədəniyyətimizi, məişətimizi, həyat tərzimizi əks etdirən saysız-hesabsız dialekt sözləri "ölü" sözlərə çevrildi. Bununla da böyük bir mənəvi xəzinəni itirdik. Nəsillər dəyişdi yaşlı nəsil, dünyasını dəyişən nəsil özü ilə böyük bir mənəvi sərvəti apardı. Bu sərvət ulularımızdan bizə qalan unudulmuş bir mirasa çevrildi. Unudulmuş bu miras təkcə dialekt sözlərinin unudulması "ölü" sözlərə çevrilməsi deyil, həm mədəniyyətimizə, məişətimizi, etnoqrafiyamıza, adət-ənənəmizə aid bir sıra dəyərlərin unudulması "ölü" dəyərlərə çevrilməsidir. Açıq deyək ki, ermənilər  təkcə bizim torpaqlarımıza təcavüz etməyib, həm milli-mənəvi dəyərlərimizə təcavüz edibdir. Ermənilərin təcavüzünün nəticəsini heç ilə ört-basdır etmək, heç ilə əvəzini çıxmaq, yaxud da əvəzini qaytarmaq mümkün deyildir. Bu ermənilər tərəfindən Azərbaycan xalqına yönəldilmiş ən böyük geno-siddir. Belə bir genosidin mahiyyətinə dünya varmaq istəmir, ya da nədənsə varmır. Ancaq bu, real bir tarixdir. Bu tarixi unutmaq olar, buna biganə qalmaq olar. Yəqin ki, tərəqqipərvər dünyanın vaxtsa həqiqət naminə, haqq naminə ermənilərə qarşı divanı qurulacaqdır. Bütün bu həqiqətlərlə yanaşı, biz yerimizdə saymamalıyıq. Dialekt şivələrimizə aid dil faktlarını toplamalı, nəşr etdirməliyik. Bu mənada filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışovun birgə hazır-ladıqları "Tivi şivəsinin izahlı lüğəti" adlı monoqrafiya aktuallığı, eləcə elmi əhəmiyyəti ilə gərəklidir, dəyərlidir. Monoq-rafiyanın əhəmiyyətini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Bu əsər dialektoloji tədqiqatların aparılmasının qədər vacib olduğunu dilçilərin nəzərinə çatdırır. Yada salır ki, Azərbaycan dilinin dialekt şivələrinin milli maraqlarımıza, həm dövlətimizin ideologiyasının tələblərinə uyğun şəkildə araşdırılması vacib bir işdir. Müəlliflər  "Tivi şivəsinin izahlı lüğəti" əsasında bu işi bir nümunəyə, örnəyə çevirmişlər.

2. "Tivi şivəsinin izahlı lüğəti" Azərbaycan dilinin dialekt şivələri arasında olan əlaqələri üzə çıxarmaq baxımından da böyük əhəmiyyət kəsb edir. Məsələn, Tivi şivəsindəki ağartı (süddən hazırlananan məhsullar, qaymaq, pendir, şor), anac (toyuq), avazımaq (rəngi qaçmaq, rəngi solmaq), bab (tay, bərabər), cada (tapdanmış), caydaq (uzun, arıq, uzundıraz, yöndəmsiz), cılxa (xalis, bütöv, tam, olduqca, tamamilə, büsbütün), çatı (kəndirdən s.dən hörülmüş yoğun ip) s.

3. "Tivi şivəsinin izahlı lüğəti"ndə bir sıra numerativ sözlər verilir ki, bu da  Azərbaycan dilindən zəngin numerativ sisteminə malik olduğunu təsdiq edir. Məsələn, cələb (dəstə mənasında - bir cələb kəklik), ibçin (dəst mənasında - bir ipçin at mıxı) s.

4. "Tivi şivəsinin izahlı lüğəti"ndə xeyli sayda isimlər (məs: cənə, cıqqır, çatı, dələmə, dingə, həvə və s.), sifətlər (məs.: caydaq, cantaraq, cıvırıq, cingənə, qısraq və s.), feillər (məs: cırnamaq, çimçişmək, eydirmək, ilinmək, ovşarlamaq s.) və digər nitq hissələri özünə yer almış-dır. Daha doğrusu, lüğətə daxil edilmişdir. Bunların hamısı dilimizin zənginliklərini yaşadan dialekt faktları kimi maraqlı və əhəmiyyətlidir. Deməli, Azərbaycan dilinin bütün zənginliklərini yaşadan dialektlərimiz, şivələrimiz, ləhcələrimiz tam şəkildə tədqiq edilməlidir. Hər bir kəndin, qəsəbənin,  bölgənin dialekt xüsusiyyətləri nə qədər dərindən öyrənilərsə, dilimizin imkanları bir o qədər daha çox üzə çıxar.

Filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın və filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışovun hazırladığı "Tivi şivəsinin izahlı lüğəti" adlı əsəri Azərbaycan dilinin dialektologiyasına sanballı töhfə kimi qəbul etmək olar. İnanırıq ki, bu monoqrafiya gələcəkdə bu sahə ilə bağlı yeni-yeni tədqiqat əsərlərinin yazılmasına stimul verəcəkdir.

 

Buludxan XƏLİLOV

Filologiya üzrə elmlər doktoru, professor

 

 

525-ci qəzet.- 2019.- 19 mart.- S.7.