Sabir Yusifoğlunun
oxucularla yeni görüşü
Tanınmış şair Sabir Yusifoğlunun "Dünya ilə heç-heçəyəm" şeirlər kitabı onun oxucularla dördüncü görüşüdü. Ondan əvvəl şairin "Dünyanı özümlə aparmıram ki...", "Yaşamağa bəhanə çox", "Mənə bir məktub göndər" şeir kitabları işıq üzü görüb.
"İnanıram ki, o gün mütləq olacaq" adlı Ön söz əvəzi məqaləsində tanınmış şair İbrahim İlyaslı S.Yusifoğlu poeziyasından, söz dünyasından bəhs edir: "Sabir Yusifoğlu şairliyi həyat tərzi kimi yaşayan, hər addımı şairanə olan, yetərincə cəsarətli bir söz sahibidir. O, millət, Vətən adına qələmə aldığı şeirlərə canının cövhərini sıxan, türk kimliyi ilə qürur duyan və bu qüruru hər misrasında boy verən ünlü bir türk şairidir. Mahiyyət etibarilə, Sabirin şeirləri, əslində, canım Azərbaycanın sərhədlərini çıxadan aşmış və bütün Turan coğrafiyasını çuğlamış bir poeziya örnəkləridir".
Kitabda yer alan şeirlərin ilki elə kitabın özünə həsr olunub. "Kitab söhbəti" adlanan şeirdə şair özünün kitablarının kiçik həcmdə olmasından danışır. Amma bu kiçiklik onu narahat etmir, çünki mahiyyəti çox böyükdür. Burada şair özünün xüsusiyyətini, həyat amalını poetik şəkildə kitablarının fonunda dilləndirir:
Boy-buxun sarıdan sən deyəndi...
Hə, kitablar
içində boyu görünməz.
Nə təhər istəsən
vərəqlə, çevir,
heç bir tərəfindən "dayı"
görünməz.
Şişib böyüdükcə balacaların
hər yerda haqqını yeyən kitablar,
ürək tərəfdəki
yerləri tutur,
gözünə balaca dəyən kitablar!
"Nə uzun yol imiş, Allah, Qələmdən vərəqəcən"
- deyən şairin sözügedən kitabındakı
şeirləri ən müxtəlif mövzulara
həsr olunub. Vətənini
sevən, onun şəhid dərdinə
ağlayan qəhrəman,
bəzən sevgi həsrəti çəkir,
ayrıldığı sevgilisinin
intizarını ağ vərəqlərə
pıçıldayır. Sonra ürək
ağrısıyla əldəki
su təki süzülüb gedən
ömrünə baxıb
"Mən bu ömrün döngəsin
də düz keçdim" deyir.
Sabir Yusifoğlu
"Üzə çıxarmayın
şeirlərimi" desə
də, "Dünya ilə heç-heçəyəm"
kitabında yetəri qədər maraqlı və müxtəlif məzmunlu şeirləri ilə oxucuların görüşünə gəlib.
"Vətənin xatirə şəkli", "Soyuq",
"Vətənə soyuq
dəyməsin", "Qarlı
nağıl", "Gəl",
"Qan çəkir",
"Tutulan Xəzər",
"Büküldüm bu
qadına", "Yollar",
"Ölmək qadağan
deyil", "Payızdan
bir yarpaq", "Arxamca baxan lalə",
"Ürəyimin ağrısı",
"Son ümid", "Mənə
bir məktub göndər", "Bitməyən
dava", "Çıxış
yolu", "Dostlara"
və sair kimi şeirlər belə şeirlərdəndir.
Kitabın Son söz əvəzində
isə Əli Bağış yazıb:
"Mənə bir məktub göndər, - Bilim ki, ölməmişəm",
"Türkün bayrağını
küləkdən öncə,
Başların üstündə
yellədən qandı",
"Ya qalx boynun qılınc görsün, Ya
da otur dizinə
döy. Oğulsuz qalan VƏTƏNim, VƏTƏNsiz oğullarım,
hey", "Xınalı əllərin,
xanım əllərin,
Gündüzlər qızının
qara telini, Gecələr yuxumu qarışdıracaq", "Məni neynirsən, ay ANA,
Doğulub-itən balanam"
kimi şeirləri ANAmızın dili yaşadıqca yaşayacağına
inamım şübhəsizdir..."
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 19 mart.- S.8.