“Əsrlərin sədası” Bakıda dərin rəğbət doğurdu

 

 

Martın 15-də Azərbaycan Dillər Universitetində Germanistika İnstitutunun Avstriyanın Bakıdakı səfirliyinin birgə təşkilatçılığı ilə orta əsr minnezanq minneklanq sevgi poeziyası mövzusunda zaltsburqlu professor Tomas M.Şallabök iləKlang der Jahrhunderte” (“Əsrlərin sədası”) adlı möhtəşəm konsert təşkil edilib.

 

Həmçinin, konsertin təşkilində Avstriya Mübadilə Xidmətinin lektoru Ştefani Matzer, ADU-nun baş müəllimi Lətifə Qurbanova, Germanistika İnstitunun sədr müavini İsmayılzadə Leyla birbaşa iştirak edib. Konsertdə Avstriyanın Bakıdakı səfiri Alexandr Bayerl səfirliyin digər nüməyəndələri,  Azərbaycan Milli Konservatoriyasından dəvət olunmuş qonaqlar da iştirak ediblər. Tədbirin əvvəlində bütün qonaqlara Tomas Şallabökün yaradıcılığı, konsertdə səsləndiriləcək nəğmələr haqqında məlumat, alman Azərbaycan dillərində bu nəğmələrin sözləri qeyd olunan  Ziqlinde Hartman, Ştefani Matzer, İsmayılzadə Leyla Germanistika İnstitutunun tələbələri tərəfindən tərtib tərcümə olunmuş  kitabçalar paylanıb.

Tomas Şallabök, Avropa orta əsr səhnəsinin ən yaradıcı musiqiçilərindən biridir. O, instrumentalist, bəstəkar, eyni zamanda, ifaçılığı da özündə birləşdirir. Buna görə dəfələrlə ən yaxşı minnezanq kimi mükafat qazanıb. Əslində, onun Avropanın  Cənubi Amerikanın 14 ölkəsində 1000-dən çox konserti, Avropa, Yaponiya Amerika Birləşmiş Ştatlarında  saysız televiziya çıxışları otuz illik müvəffəqiyyət hekayəsindən xəbər verir.

Konsertdə avstriyalı professor Tomas M.Şallabök orta əsr çalğı alətlərində həmin dövrə aid müxtəlif musiqiləri ifa edib. Bir-birindən maraqlı 15 fərqli  çalğı alətində ifa edən Tomas Şallabök rəngarəng çıxışlarla tamaşaçıların marağına səbəb olub. O,  səhnəyə milli geyimdə, xüsusi bir rəqs melodiyasıDuctiailə daxil olub. Bu melodiya bugünədək saray musiqisinin ən gözəl nümunələrindən biri hesab edilir. Tomas Şallabök solo ifaları da olduqca fərqli tərzdə ifa edib. İfaçı bir-birinin ardıncaFalkenlied”, “Tagelied”, “Nein, ja”, “Under der linden”, “Nieman kan mit gerten”, “Kalenda Maya”, “Maienzeit one neidt”, “Nu huss”, “Kühhornəsərlərini səsləndirib. O, hər bir əsəri yaşayaraq, özünü obrazın yerinə qoyaraq gah ciddi, qəmgin, gah da gülməli üz ifadələri ilə ifa edib. Müxtəlif hissləri ard-arda yaşayaraq, gah şahin quşunu itirən müğənninin şikayətlərinə qulaq asaraq, gah ayrılıq əzabı çəkən bir aşiqə çevrilərək, gah da sevdiyi qızdan sadəcəcavabı gözləyən bir sevgilinin hisslərini keçirərək, əsərdəki bütün poetik üslubu səhnədən tamaşaçılara ötürməyi bacarıb. 

Bakıda ilk dəfə konsertlə çıxış edən Tomas M.Şallabök çıxışları ilə tamaşaçıların böyük marağına səbəb olub. Onun proqramına  Haynrix fon Morunqen,  Valter fon der Foqelvayde ya Osvald fon Folkenştayn kimi məşhur minnezengerlərin seçilmiş əsərləri daxildir. Konsertdə musiqiçi həm yenidən aranjiman etdiyi orta əsr nəğmələrini təqdim edib. Belə ki, Fransanın ən məşhur trubadoru Rembo de Vakayrasa aid musiqi parçasını özünəməxsus bir şəkildə Rembonun sevgi iztirablarını çatdırıb. Konsertdə Germanistika İnstitunun tələbələri Tomas Şallaböklə eyni səhnəni bölüşüblər. İfa ediləcək hər bir əsər haqqında tələbələr həm alman, həm Azərbaycan dillərində tamaşaçılara ətraflı məlumat veriblər. Konsertin sonunda isə Tomas Şallabökün müşayiəti ilə tələbələr Haynrix fon MorunqeninOveəsərini birgə səsləndirdilər. Konsert bir-birindən maraqlı, fərqli musiqi keçidləri ilə yaddaşlarda qalıb. Konsertdən sonra qonaqlar tələbələr təşkilatçılarla birgə müxtəlif müzakirələr aparıb.

 

NİGAR

 

525-ci qəzet.- 2019.- 20 mart.- S.15.