Azərbaycan və Avstriya musiqisinin birgə təntənəsi

 

 

Martın 16-da Beynəlxalq Muğam mərkəzində avstriyalı professor Tomas Şallabökün Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi Xalq artisti, professor Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altındaƏsrlərin sədasıansamblı ilə birlikdə qədim Şərq Qərb musiqisinə həsr olunmuş birgə konserti baş tutub.

Konsertə Avstriyanın səfiri, səfirlik nümayəndələri, bir çox incəsənət xadimləri qatılıblar. Konserti Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova açaraq tədbir barədə məlumat verib. O, çıxışında  konsertin keçirilməsinin mühüm əhəmiyyətindən bəhs edərək konsertin  təşkilatçıları olan Avstriyanın Bakıdakı səfirliyinə, Azərbaycan Dillər Universitetinə, Beynəlxalq Muğam Mərkəzinə bu konsertin ərsəyə gəlməsində yardımçı olan şəxslərə dərin minnətdarlığını bildirib.  Daha sonra Avstriyanın Bakıdakı səfiri Alexander Bayerli səhnəyə dəvət edib.

Səfir Alexander Bayerl çıxışında bildirib ki, qədim Şərq Qərb musiqisinə həsr olunmuş bu konsert Almaniya Azərbaycan arasındakı əlaqələrin möhkəmlənməsində böyük rola malikdir.  O, gələn qonaqları bir daha salamlayıb onlara dərin təşəkkürünü bildirib. Daha sonra Milli Konservatoriyanın nəzdində olanƏsrlərin sədasıansamblı səhnəyə dəvət olunub. Ansambl üzvləri   Azərbaycanın  qədim musiqi alətlərinin  adı tamaşaçılara təqdim olundu. Konsertdə  professor Tomas Şallabök ilə  Nüşabə Kərimli Sərxan Bünyadzadə eyni səhnəni bölüşüblər. Konsert ifaçı Nüşabə KərimlininMahur rəngiəsərini səsləndirməsi ilə başlayıb. Ardınca Tomas Şallabök, Nüşabə Kərimli Sərxan Bünyadzadə ard-arda gözəl əsərlər ifa ediblər. Professor Tomas Şallabök  Tagelied”, “Nein, ja”, “Under der linden”, “Kalenda Maya”, “Kühhornnəğmələrini təqdim edib. Hər bir ifadan öncə nəğmələrin mövzusu haqqında məlumat verilib. Bir-birindən fərqli musiqi alətlərində, eyni zamanda iki alətdə ifa edilən nəğmələr tamaşaçıların  böyük marağına səbəb oldu.

Yerli ifaçılar Nüşabə Kərimli Sərxan Bünyadzadənin  ifasında  Bəri bax”, “Söylə”, “Küləkəsərləri tamaşaçıların zövqünü oxşayıb.  İfa edilən milli musiqi muğamlar  qonaqların böyük marağına səbəb olub. Konsertdə maraq doğuran məqamlardan biri xalq mahnısıSarı gəlin”in fərqli tərzdə təqdim olunması idi. Belə ki, professor Tomas Şallabökün bəstələdiyiOvenəğməsi iləSarı gəlinmahnısının sintezi səsləndirilib. KonsertBayram axşamınəğməsinin ifası tamaşaçıların alqışları ilə yekunlaşıb.

 

NİGAR

 

525-ci qəzet.- 2019.- 20 mart.- S.15.