Qələmsiz yazılanlar
Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə
belə cavab vermişdi: “Bəlkə bu da bir
ədəbiyyat növüdü,
hələ ki bir söz deyə
bilmərəm”.
Dövrün, innovasiyaların yaratdığı
bu janrın mahiyyəti yəqin ki, gələcəkdə
xüsusi araşdırılacaq!
Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən
sosial şəbəkə
statuslarını “fastfood”
yeməklərə bənzədirəm!
Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı
və razılaşmalıyıq!
10 ildir ki, feysbukdayam!
Sosial şəbəkələrin
meydan suladığını
gördüyüm üçün
kitabın və klassik kağız qəzetlərin gələcəyinə
skeptik yanaşmağa
başlamışam!
Statuslar yazmağım isə ovqatımdan asılıdı
- bəzən hansısa
ictimai-siyasi hadisələrə
münasibətimi operativ
olsun deyə sosial şəbəkələrdə
bildirirəm. Hərdən də qaçhaqaç həyatımızda əlçatmaz
olan bədii yaradıcılıq arzusu
yeni status - esselərin
yazılmasına səbəb
olur! Ona görə zaman
keçdikcə geriyə
çevrilib baxanda bu statuslar həm
qəlbin, həm ovqatın, həm də sürətlə bir-birini əvəz edən gündəmlərin
xronologiyası təsiri
bağışlayır.
Günün birində aglıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında
dərc etdirim?! Bizdə
belə bir təcrübəni xatırlamıram,
xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə ilki mən edim!? - deyə düşündüm.
Beləcə, “Qələmsiz yazılanlar”
kitabından daha bir hissəni “525”in oxucuları üçün
hazırladım.
2019
Rus məktəblərinə meyllənən
valideynlərin nəzərinə
bir neçə faktı çatdırmaq istəyirəm! Məncə,
mediamız və həmkarlarımız bu məsələləri qabartmaqla
rus məktəblərinə
olan xüsusi rəğbəti, çazibəni
biraz azalda bilər!
Sən demə, indi rus məktəblərinin Azərbaycan məktəblərindən
səviyyəli olması
barədə təsəvvürlər
mifdir! Keçmişdən,
Sovet dövründən
qalan illüziyadır!
Yaxşı müəllimlər
və peşəkar kadrlar azlıq təşkil edir! Rus məktəblərində
təhsilin səviyyəsi
müqayisədə geri
qalır! Heç Bakının məzunları
ən çox tələbə adını
qazanan 5 ən yaxşı məktəbi
sırasında da rus məktəblərinin adı yoxdur!
Ona gərə də, rusca bilməyən uşaqlarını zorla rus məktəbində oxutdurmaq istəyən valideynlər səhv qərar verir, övladlarının gələcəyini
indidən riskə atmış olurlar!
***
Kriminal avtoritetləri bütə
çevirməyin, onlardan
az yazın...
Media kriminal avtoritetlərin hər addımından yazmamalıdır! Onları
həqiqətən avtoritetə,
bütə çevirməməlidir!
Sovet vaxtı bu adamlardan
yazmaq yasaq olunmuşdu, qadağa var idi. Düz də edirdilər. İndi yasaq yoxdur, amma
media öz məsuliyyətini
dərk etməlidir.
Bu sarıdan yeni media və saytlar daha çox seçilirlər; kriminal aləmdən daha çox yazır, avtoritetlərin, az
qala, hər addımından şou düzəldir, nəticədə
isə belə həyat tərzinin təbliğatçısı rolunu
oynamış olurlar.
Media təbliğ etdikcə,
belə adamlar gənclərin şüurunda
böyük güc, qüdrət sahibinə çevrilir, pərəstiş
obyekti olurlar! Bu proses cəmiyyəti təhlükəli məcraya
sürükləyir! Media öz
sosial məsuliyyətini
anlamasa, bu, pis nəticələrə
gətirib çıxaracaq!
***
Davide Qualtieri
dopdolu, qaynar, istedadlı və yaratmaq həvəsi aşıb-daşan bir insandır. Çox sevirəm onu! Dost bilirəm! 2015-ci ildə
şeirlərimi italiyan
dilinə çevirib
“O” - “La Donna” adlı kitabımı
Milanda nəşr etdirmişdi. Şeirlərimə musiqi bəstələmişdi.
C.Verdi adına
Milan Konservatoriyasında və
Bələdiyyənin Mədəniyyət
sarayında orijinal təqdimat eləmişdi!
İtaliya və Azərbaycan musiqiçilərinin
ifası, şeirlərin
hər iki dildə səslənməsi
maraqlı atmosfer yaratmışdı! Martın
13-ü ad günüymüş! Xatırladım! Təbrik
etdim! Xalçaçılarımız
onun rəsmini xalıya toxumuşdular! Həmin xalını da tədbirdə Davideyə bağışlamışdım!
Onu da xatırladım!
Minnətdarlığımı çatdırmaq istədim!
***
Fuad Axundov marksizmin banisinin fikrini xatırladı! Qadının
iştirakı olmadan heç bir dəyişiklik, heç bir inqilab mümkün
deyil! Qadın əli, qadın barmağı... qadından
bir damla olmasa...
***
Deyir, müəllimlə dilləşmək
olmaz! Amma baxır dilə! Dil də var
dil də! :)
***
Elə ciddi-ciddi özlərini jurnalist kimi təqdim edirlər ki!.. Saytın
adını da 5 dəfə deyir, heç qulağa yaxın gəlmir! - tozqoparan.com, haykuysalaq.de,
osehvyolda.ru, bashdaaqil.net, beleleriaz.az
***
Cümlə yaza bilməyənlər
serial ssenarisi yazır!
Ona görə bərbad haldadır seriallarımız...
2018
Sevirəm dilləşən, üsyankar,
barışmaz gəncləri!
Hamısını ram edirəm
sonra!!! Mənim gücüm çatmayanı
da zaman ram edir!
***
8 martda hava niyə soyusun ki?!
***
Xalq rəssamı Ağaəli
İbrahimov Napoleondan sitat gətirdi: “Əgər məhəbbətə
qalib gəlmək istəyirsənsə, ondan
qaç!”
***
Nə qədər başqa cür, çoxluq kimi olmağa çalışsan da, təməldəki, dərinlikdəki
xarakter imkan verməyəcək! Sonda dayandıracaq səni...
***
Hər şeyə adi baxıram daha! Heç nəyə təəccüblənmirəm! Ən gözlənilməz
əclaflığı da
sakit, elə belə olmalıymış
kimi qarşılayıram!..
***
Kiməsə xoş üz göstərən kimi nəsə istəyir! Bu, istifadəçilikdir, fürsətcillikdir, mentalitetdir,
nədir?! Yəqin
ona görə bir az səlahiyyətlilərin
və imkanlıların
üzündən zəhm
əskik olmur!..
***
Türkiyədə siqaret yasağından
əvvəl İstanbula
gələn ingilis şərqşünas elə
Hava alanındaca “Siqaret çəkmək olmaz” yazısının yanında dayanıb siqaret çəkən türkləri görəndə
təəccüblənmiş, həm də sevinmiş və özü də onlara qoşulmuşdu: “Ömrüm boyu arzulamışdım ki, yasaq olunan yerdə
dayanıb siqaret çəkəm! İstanbulda bu
arzuma da çatdım!”
***
Topaz-ın tərifi: Hər səhər ümid, hər axşam məyusluq!
**
Adam ömrü boyu kabinetdən çıxmayıb,
bir insan görməyib, bir dərd dinləməyib, bir kənar ağrını hiss etməyib!
Amma insan taleyinə qərar verir!..
***
Səhərlər yazmağın üstün
cəhətləri çoxdur!
***
Kəndli
qadın deyir, bala, nolar neçə
dil biləndə, bir bizim dilimizi
də anlayın, dərdimizi dinləyin, ağrımızı hiss edin!
***
Bizim işimiz Sözdür, gücümüz Sözdədir!
Söz zəifləyəndə,
Sözün gücünə
inam itəndə yaşamaq çətinləşir...
2017
Əgər sənin yazını
bir adam
da oxumursa, sən özün də o bir adam
üçün yazmırsansa,
onda bu əziyyətin
nə mənası var?!
***
Çoxsaylı tədbirlərdən vaxt tapıb oxuya bilmədikcə kitablar üst-üstə qalaqlanır! Hərdən
həsrət və nisgillə baxıram, Vaqif Səmədoğlunun
misralarını xatırlayıram:
Dəniz
sahilində durub
Dəniz
həsrətiylə ölmək!
***
Bayramın mübarək, QADIN!
***
Günəşdə də Günəşlik qalmayıb!
:)
2016
Köhnənin xiffətini çəkmək
həm də gəncliyə qayıtmaq,
gənc olmaq istəyidir!..
***
Üz üzdən utanır ki?!
***
Sən elədiklərini edə bilmirlərsə, sənə qəzəbləri təbiidir! Qanını da içərlər, çarmıxa da çəkərlər!
***
Tarixin çarxını dəyişdirən o qədər addımlar olub ki! Elə bir o qədər də ləngimiş və gecikmiş addımlar olub!..
***
Kin-küdurət, hədsiz nifrət olan yerdə yaxşı nəyisə görmək mümkün deyil!
2015
“Tək qalarsan bu dünyada!..”
Vaqif Bayatlının bu misrası hərdən yada düşür.
***
Siz başladığınız yolu mən gedib qayıdıram!..
2014
“Desələr, şeirinin avazı köhnə -
Od kimi, su kimi köhnəyəm, bala!..”
Niyəsə Məmməd Arazın bu misralarını xatırladım!
***
Gün niyə 24 saatdır ki?!
***
Onu evdən təkcə zəlzələ çıxara bilərdi! Elə də oldu!
2012
Qəşəng qar yağır! Bazar gününə, çərşənbəyə, Novruza, yaza... martın 11-nə... Yağır...
***
Dabbaqda gönünə bələd olmaq! Yəni kəm-kəsirini, pis keyfiyyətlərini bilmək! Ramizin misrasında da var -
“Qalınlaşıb adam gönü
Adamları yemək olmur!”
Rəşad MƏCİD
525-ci qəzet.- 2019.- 20 mart.- S.9.