"Söz" yaradıcılıq birliyi təqdim edir

 

 

Bakı Dövlət Universitetində təhsil alan yaradıcı tələbələri bir araya gətirib onlarla işləmək, onların ilk yazılarını müzakirə etmək ictimaiyyətə tanıtmaq fərqli duyğular yaradır.

 

Hər dəfə bu gənclərin yazılarını mətbuata təqdim edəndə, onların ilk əsərləri haqqında rəy söyləyəndə ya yazanda özümün ilk yazılarımın nəşr olunduğu zaman, keçirdiyim tərəddüdlər gözümün qabağına gəlir. Bu, sadəcə bir nisgil, keçmişi geri qaytarmaq istəyi qeyil: burada, heç şübhəsiz ki, həm minnətdarlıq duyğusu, vaxtilə qarşımda qapı açan insanların əməyinə əməlinə hörmət hissi var.

 

"525-ci qəzet"in keçən buraxılışında köhnə dostum, tələbəlik illərində məni radioya, yazarlar icmasına cəlb etmiş təəssüf ki, aramızdan vaxtsız ayrılmış İnqilab Həsənlinin "Dünyanın qırmızı günü" adlı hekayəsinə kiçik təqdimat mətni yazanda da buna bənzər duyğunun təsirini yaşayırdım: özümdən sonra gələnlər üçün mən hansı örnəyi göstərə bilirəm?!.

 

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin ikinci kurs tələbəsi Cəmil Cəmilbəylinin ilk yazılarını "525-ci qəzet"in oxucularına təqdim edərkən onu da düşünürəm ki, bu, Cəmilin yaradıcılıq yolu üçün bir başlanğıcdır bu başlanğıcın şahidi olmaq, onda iştirak etmək Cəmillə bərabər məni həyəcanlandırır. Əslən Kəlbəcərdən olan Cəmilin yazıları onun gələcəyi haqqında məndə böyük ümidlər oyadır.

 

Məsələnin sonrasını isə zaman həll edəcək. Vaxtilə özün gördüyün bir xeyir əməli başqasına ötürmək, zamanın o biri başında kiminsə yadına düşmək isə, yəqin ki, heç kimin sözünə baxmayan zamanın insan üçün ən böyük mükafatı ola bilər...    

 

Məti Osmanoğlu

 

525-ci qəzet.- 2019.- 28 mart.- S.8.