Türk xalqına açıq məktub
Türkiyə Cümhuriyyəti bütün
Avropanın əvəzinə
terrora qarşı müharibə apardığı
halda xaricdə də, öz daxilində də bəzi ağzıgöyçəklərin
qınaq hədəfi
olsa da, yenə də haqq yolundan dönmür.
Eşq olsun qəhrəman Məhmədçiklərə! Eşq olsun sağlam Türk xalqına. Sağ ol
Türk xalqının
qəhrəman oğlu
Rəcəb Tayyib Ərdoğan!
Sən də hər bir kamil insan
kimi öz əqidəsinin odda yanmaz, suda batmaz
oğlusan! Türkiyədə bu böyük
seçkilər ərəfəsində
mənim bu şeirim də qoy səsim kimi qəbul olunsun.
Azərbaycan göytürklərindən
Fikrət
Qoca Göyüş oğlu
MƏN TÜRKƏM
Türkəm, bu yer üzündə
Neçə yol köç etmişəm.
Şərqdən qərbə getmişəm.
Səhrada, daş içində,
Cücərmişəm, bitmişəm,
Batmaz, yanmaz, alınmaz
Adayam mən,
bir ada.
Hər bir Türkün dünyada
Nəfəsi Türkiyədir.
Durduğu yeri - Vətən
Qibləsi Türkiyədir.
***
Qəzəblənib qalxanda
Mən Atilla olmuşam,
Mən Çingiz
xan olmuşam.
Evlər
yıxan olmadım,
Bütlər yıxan olmuşam.
Arzumu hara əksəm,
O torpaqda dən tutur.
Bir əlim qalxan olur,
Bir əlim
əldən tutur.
Türkün işi bütövdür,
Türkün bütöv sözü
var.
Boynunun dalında da
Türkün görən gözü
var.
Didərgin övladların
Lələsi Türkiyədir,
Dünyada hər bir türkün
Qibləsi Türkiyədir.
***
Göyüş oğlu Fikrətəm,
Zaman kimi qocayam.
Nə böyüyəm, nə kiçik,
Elə öz boyumcayam.
Dünyanın hər yerində
Azəri türküyəm mən.
Millətimin düşmənə
Göz dağı,
görküyəm mən.
Başım üstəki səma
Türkün asimanıdır.
Yer üzünün oğluyam,
Qanım türkün qanıdır.
Türklük piramidadır,
Qülləsi Türkiyədir.
Dünyada hər bir türkün
Qibləsi Türkiyədir.
Bakı-Azərbaycan
Fikrət
Qoca
525-ci qəzet.- 2019.- 28 mart.- S.7.