RUQƏYYƏ
KƏBİRİ
1963-cü ildə Xoy şəhərində anadan olub. İbtidai və orta məktəbi doğulduğu şəhərdə bitirib. Təbriz Universitetinin Tibb fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləyib. Yaradıcılığa erkən yaşlarından başlasa da, uzun müddət əsərlərini nəşr etdirə bilməyib. Müəllifin bədii yazıları şeir, nəsr, ssenari, ədəbi tənqidi məqalə və tərcümələrdən ibarətdir.
Ədəbiyyat sahəsində şair
Kiyan Xiyavla birlikdə
qələmə aldığı "Bir
ocaqda iki kül topası" adlı şeir
toplusu, "Bu qapı
heç döyülməyəcək"
və "İçimdəki qız" hekayələr
kitabları ilə tanınıb.
Güney Azərbaycanın ən
məhsuldar yazarlarındandır. Son illərdə "Quşlar daha qorxmurlar", "Evim"
və "Yerdən uca torpaq"
romanları və "Dünya qabar çalıb, yoldaş!"
hekayələr kitabları, eləcə də Çinə səfərindən
bəhs edən "Saçaqdan
asılmış əjdaha" adlı səfərnaməsi
işıq üzü görüb.
Rejissor Qadir Fərivər
"Qar yağır" hekayəsi əsasında
"Qartal" adlı film
çəkib. Bakıda 2012-ci ildə "Azadlıq" radiosu tərəfindən keçirilən
hekayə və şeir müsabiqəsində
"Mavayl" adlı hekayəsi birinci yerə layiq görülüb.
2016-cı ildə isə "Varlıq" dərgisinin keçirdiyi hekayə müsabiqəsində "Məni Aqorada yandırın" hekayəsi üçüncü yerin qalibi olub.
Məni Dan ulduzundan keçirt
Ac gözlüyəm,
Tamahkaram,
Bilmirəm nəyəm!
Bəlkə də ac qurdam...
Ruhumu sənin coğrafiyanda gəzdirməyə
Bir dəqiqə,
Beş
On beş dəqiqə
yetərli deyil.
Unutma!
Mənə min dörd yüz
qırx dəqiqə ödəməlisən!
Saatımın sarqacı donuq,
Bu gecə yarıldığında
Saniyələrı kipriklərim sayacaq,
Gözüm yol çəkəcək
gəldiyin yolun ilğımında.
Gəldiyində
Donmuş
saatıma
Yer kürəsinin qızğın
nöqtəsindən asılmış
sarqacı gətir,
Samburan dağlarından aş,
Gəl də məni dan ulduzundan keçirt,
Göyün onyeddinci qatında
qonaqlanaq,
Zaman
Dönsün tarıxdən öncəyə...
Mədəniyyət mərkəzindən
uzaq bir noqtədə,
Mənə borclu olduğun
min dörd yüz qırx dəqiqəni
Səksən altı min dörd
yüz dəfə,
Saniyə-saniyə
Sayaq nəfəslərimizlə...
Gecənin doqquz otuzu...
Soyğun
var içimdə,
Doqquz otuz beşdə tutuqlanıram,
Çalıb-çapdığım sevgini məhkəməyə
buraxıram.
Soyğunçu mən,
Hakim mən,
Tək başına qazi önündəyəm...
Saatın
on bir otuzu!
Etiraf edən mən,
Özümü savurub sovuran mən,
Yaln ızlığa məhkum
olan mən,
Tıq...tıq...tıq...
Qazi masasında on iki dəngəsiz tıqqıltı,
Adsız
zaman...
Əqrəblər bir-birinə sancılan,
Birləşdiyi,
Sevişdiyi an
Səs Tanrısının səssizliyi...
Yalnızlığım qulağımda zil çalır
Qaranlıq
Sükuta
cumur...
2
Sən,
Təbriz
boyunda bir şəhər...
Səndə yeriyim, yatım, oturum, qalxım.
Sənin
torpağını
Fransa ətiri kimi
Saçlarıma yayım...
Göy məscid,
Sənin
boğazından günorta
əzanı səslənsin...
Qoşuqlarının dizəsi kimi
Amir bazarında
Altın
çərçivə toxu
Bazarın bir parça sınıq kərpicinə...
Səndən bir töhfə
mənə
Qoy boyunbağım olsun!
Qarına,
Kuləyinə,
Yağışına,
Dumanlı günlərinə belə
dözərəm...
Sən Təbrizim ol,
Gəl,
səndə yaşayım!..
Gözümün quraqlığı
Gözəlim Bakı!
Səndən aldığım ödülə
deyil,
kirpiklərimin arxasında
gözlərimə toxunmadan
bəbəklərimə baxdın
deyə,
duyğulanıram.
Yanaqlarıma,
dodaqlarıma bir toxunsaydın,
kokum sarmaş-dolaş
yüksələrdi Oğuz
qalasına -
Qız qalasına.
Dənizə bağışladığın nəfəsin
Toxunsaydı nəfəsimə,
Xəzər dalğalanardı tənimdə...
Gözəlim Bakı!
İndisə səninlə üz-üzə,
göz-gözə
və ağlımızda
ilmək-ilmək toxunan
ipək buludlar
gözlərimin quraqlığına
yağır.
Tarixin yanlışlarını ödəməyə
gücüm yox,
itirdiyim gəncliyim bir gecədə
qurban kəsildi illərimin uğuruna.
Əllərimdən tutmasan belə, utancaq gözlərim
sığındı sənin
baxışlarının kölgəsinə...
Səssiz-səmirsiz sənə tutunan duyğularımı
ovcumda tuturam yaralanmış incəcik
ruhumu...
Göyərçinlər qanadlanır
Təbrizin havasında,
Gözəlim Bakı...
525-ci qəzet 2019.- 29 mart.- S.7.