Abid Tahirlinin yeni
kitabı işıq üzü görüb
Tanınmış tədqiqatçı alim, yazıçı-publisist, filologiya elmləri doktoru Abid Tahirlinin "Elm və təhsil" nəşriyyatında 8 pərdəli iki hissədən ibarət yeni əsəri çapdan çıxıb.
Müəllif bu dəfə dram janrında qələmə
aldığı "Generalın
qayıdışı" pyesi ilə oxucuların görüşünə
gəlib.
Əsərdə böyük
tarixi şəxsiyyət olan
İsmayıl bəy Qutqaşınlının (1809-1861) ordudan tərxis olunduqdan
sonrakı həyat və fəaliyyətindən bəhs edilir.
Abid Tahirli fransız dilində yazılan və Polşada nəşr olunan ilk yeni məzmunlu, yeni formalı "Rəşid bəy və Səadət xanım" povesti ilə çağdaş bədii nəsrimizin, eləcə də doğma dildə yazdığı "Səyahətnamə" əsəri ilə publisistikanın səyahət oçerki janrının əsasını qoyan, yeni tipli məktəbin qurucusu, Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin ilk həqiqi üzvü, ilk azərbaycanlı general İsmayıl bəy Qutqaşınlının doğma Vətənə qayıtdıqdan sonrakı maraqlı, zəngin, eyni zamanda, kədərli həyatının diqqətçəkən epizodlarını dramaturji konfliktin mərkəzinə çəkməyə nail olub.
ŞAHANƏ
525-ci qəzet 2019.- 29 mart. -
S.7.