Lətifələr
Anar Məmmədxanovdan lətifələr:
1aprel dünya gülüş günü münasibətilə
25
yaşında Azərbaycan Respublikası Milli Məclisinin deputatı
olmuş, 15 il bu mötəbər
kürsüdən öz sözünü demiş Anar Məmmədxanovdan
qalan həm də yüzlərlə
lətifədir - səhnəciklərdir.
A.Məmmədxanov
sağlığında bu yumoristik yazıları feysbuk səhifəsində
paylaşıb, amma rus dilində. Bu lətifələrin
(“bayka”ların) bir qismini ana dilimizə çevirmək qərarına
gəldim. Əlbəttə, buna görə hər şeydən
öncə millət vəkili Elmira Axundovaya minnətdar
olmalıyıq. Çünki bu yazıların
toplanmasında və kitab
halında (rus dilində) çap olunmasında pay sahibidir; Elmira xanım kitabın
müqəddəməsində yazır ki, qeyri-adi yumor
duyğusuna malik, son dərəcə gözəl hekayəçi Anar Məmmədxanovun bir
zamanlar internet saytlarında
paylaşdığı bu məzəli tarixi hadisələri kitab
halında nəşr etməyi ona görə gərəkli
hesab edib ki, bu nümunələr
A.Məmmədxanovun portretini
yeni cizgilərlə tamamlayır.
Beləliklə, Anar Məmmədxanovdan yeddi lətifə.
1978-ci ilin 20 sentyabrı. Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin nümayəndə
heyəti Birinci katib Heydər
Əliyev yoldaşın başçılığı
ilə 26 Bakı
komissarlarının güllələnməsı ilə
bağlı 60 illik anım tədbirlərinə
qatılmaq üçün Bakıdan Türkmənistana
uçur.
Aşqabaddakı
rəsmi qarşılanma səmimi təmənnəşmələrlə
tamamlanır.
Leninin abidəsinə çələng qoyurlar. Türkmənistan SSR-in
Ağcaqum rayonuna
yola düşürlər. Bir xeyli yol qət edəndən sonra
çatırlar komissarların güllələndiyi əraziyə. Sonra Ağcaqum rayon Mədəniyyət
sarayında matəm iclası keçirilir.
Əvvəlcə
Türkmənistan KP MK-nın Birinci katibi, sonra Azərbaycan KP
MK-nın Birinci katibi çıxış edirlər. Sonra meydan verilir
tarixçilərə və ictimaiyyət nümayəndələrinə -
komsomolçulara, pionerlərə və s.
Daha sonra söz verilir Ağcaqum rayon partiya komitəsinin Birinci katibinə. Kürsüyə qalxan yekəpər,
tosqun türkmən öncədən hazırlanmış məruzənin
mətnini
oxumağa başlayır. Bir
saatın tamamında o, bir dəqiqə su içir. Bəs neyləsin? İstiyə dözmək mümkün
deyil, axı... Amma
bununla belə, iştirakçılar bilirdilər
ki, bu sonuncu
çıxışdı və səbirsizliklə, məruzənin
bitməsini gözləyirdilər. Nəhayət ki, o, gözlərini
qarşısındakı vərəqlərdən
ayırıb, çıxışını bitirdiyini
nümayiş etdirmək istəyəndə
gurultulu alqışlar qopur və sanki bu coşqunluq onu həvəsləndirir
ki, son sözlərini bədahətən
söyləsin:
- Biz
xoşbəxtik ki, 26 Bakı komissarlarını məhz bizim torpaqda güllələyiblər.
Pərdə
qapanır!
***
Ukrayna prezidenti Leonid Kuçmanın Azərbaycana rəsmi
səfəri.
Artıq üç saatdır ki, fəxri qarovul dəstəsi
aeroportda məşq eləyir. Fəxri
qarovul dəstəsinin rəisi, hərbi qaydada addımlayan və sonra
da farağat dayanan əsgərlərə
yaxınlaşır, cibindən
kağız parçası çıxardır,
kağıza gözucu nəzər
salır və gur səslə deyir: “Zdorovenki bulı!”.
Əsgərlər xorla cavab verirlər: “Bulı!”
Hər beş dəqiqədən bir məşq təkrar
olunur. Daha doğrusu, fəxri qarovul dəstəsinin
rəisi Kuçmanın “mətnini” söyləyir.
“Zdorovenki bulı” salamlaması
və “bulı” cavabı yüz dəfə təkrar olunduğundan iki
kilometr aralıda dayananları
da bezdirir. Hə, budur, aeroporta Heydər
Əliyev gəlir. Demək görüşə hamı
hazırdır. Səmada Ukrayna prezidentinin təyyarəsi
görünür. Uçaq yerə enir. Prezidentlərin
görüşündən sonra fəxri qarovul dəstəsinin rəisi
(protokola uyğun olaraq)
Kuçmaya yaxınlaşıb məruzə eləyir ki, fəxri qarovul düzlənib. Hə,
indi Kuçma
sizin də güman etdiyiniz kimi söyləməlidir:
“Zdorovenko bulı!” Amma Kuçma qarovul dəstəsinə yaxınlaşıb
başqa söz deyir: “Salam, əsgər!”
Belə
görünür ki, sürpriz etmək qərarına gəlibmiş. Qarovul dəstəsi
isə Kuçmanın
sürprizinə cavab olaraq, sinə dolusu nəfəs
alır, vəssalam. Kuçma Əliyevə nəzər
salır, Əliyev Kuçmaya. Kuçma güman eləyir
ki, sözünü ucadan söyləməyib, ona görə
də dərindən nəfəs
alıb var səsilə dillənir: “Salam, əsgər!” Amma
qarovul dəstəsi bu
salamın da cavabını qaytarmır və ətrafa iniltiyə bənzər bir səs
yayılır. Kuçma və Əliyev bir-birinə
baxırlar. Əliyev
situasiyanı öz əlinə almaq istəyir və
sərt tərzdə deyir:
“Salam, əsgər!” Qarovul dəstəsi bir nəfər
kimi hay verir: “Salam!” Rəhbərlər xalçanın
üstü ilə addımlayarkən Kuçma astadan
soruşur:
- Heydər
Əliyeviç, bəyəm mən düzgün tələffüz etmirdim?
Əliyev
cavab verir:
- Yox,
düzgün tələffüz edirdiniz, indi hər şeyi
aydınlaşdırarıq. - Və Heydər Əliyev protokol
xidməti rəisini yanına çağırıb soruşur ki, bu nə məsələdir?
O, dərhal cavab
verir: “Qarovul “Zdorovenko bulı”nı
məşq eləyib.
Pərdə qapanır.
***
Avstraliyada
olimpiya oyunlarını
izləyirdim. Yəqin ki, xatirizdədir, bizim ilk qızıl
medalımızı stend atıcılığı üzrə
yarışda Zemfira Meftahəddinova qazandı. Sözün düzü, bu, çoxdan
gözlənilən qələbə idi və bizə hava, su
kimi gərəkdi. Zemfiraya qızıl medal təqdim olunanda mən həyatımda
ilk dəfə sevincdən
ağladım və elə qışqırdım ki, yəqin
bu qitənin aborigenləri də bu səsdən vahiməyə düşdülər
və bəlkə də hesab etdilər ki, ağlar yenə də onları
qırmağa gəliblər və
bu səs də bir işarədir.
Mən, əlbəttə,
dostlarıma növbə ilə telefon açmağa və sevincimi
paylaşmağa başladım.
Yaxın
dostlarımın sırasında növbə Aleksandr Abdulova çatdı.
Məlum oldu ki, Saşa bir erməni dostunun ad günündədir
və masa
arxasında oturanların demək olar ki, hamısı ermənilərdir.
Amma mən bunun fərqinə
varmadan sevincdən bağıra-bağıra dedim:
-
Saşa, bizim qızımız stend
atıcılığında qızıl medal qazandı!
Məclisdəki
ermənilərin kədərlənməsinin səbəbini kəsdirən
Abdulov başa düşür ki, bu
uğura burda sevinən olmayacaq. Bir qədər fikrə gedəndən sonra
sözünü belə tamamlayır:
- Yəqin
ki, Qarabağda məşq eləyib.
Pərdə qapanır.
***
1992-ci il. Nyu-York. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik
Şurasının növbəti
yığıncağı. İclas zalının
giriş qapısında erməni tərəfinin nümayəndələri
ilə Həsən
Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətləri
üz-üzə dayanıblar. Hiss olunur ki, gözləmə
zalı bir qədər iri olsa, heç münaqişə
tərəfləri bir-birinə, ümumiyyətlə nəzər
salmazlar. Amma indi
bir-birinə qarşı düşməncəsinə
baxmaq və baxışları
ilə daha çox kin-küdurət nümayiş etdirmək məcburiyyətindədirlər.
Yaranmış
gərginliyi və həm də sükutu erməni nümayəndəliyinin
başçısı üzünü Həsən Həsənova
tutaraq pozur:
- Həsən
Əzizoviç, bax, indi biz belə bir anturajda
dayanmışıq (ermənilər “trivialno”, “tolerantno”,
“anturaj” kimi mənalı ifadələr işlətməyi
xoşlayırlar), amma siz əvvəlcədən bildirsəydiniz ki, Qarabağ Ermənistan ərazisidir, heç bir problem
meydana gəlməzdi.
Erməni
susur və təbii, gözləyir ki, qarşı tərəf cavab versin və
bu minvalla da münaqişə başlasın. Gözlərini erməni nümayəndə
heyətinin başçısından çəkməyən Həsən
Həsənov əsla dillənmir.
Erməni nümayəndə heyətinin
başçısı dözmür və
sırtıqcasına sözünün ardını gətirir.
-
Özünüz düşünün, Həsən
Əzizoviç, Qarabağın tarixi Ermənistanın
yarasıdır, bütün bu tarix bizim folklorumuzda,
nağıllarımızda, mifologiyamızda, əfsanələrimizdə
əks olunub.
Həsən
Həsənov xəfifcə gülümsəyib deyir:
- Tamamilə
düzdür, siz bir daha təsdiq etdiniz ki, Ermənistanın
bütün tarixi - nağıl, mifologiya və əfsanədir.
Pərdə qapanır.
***
Polad
Bülbüloğlunun yubileyi ilə əlaqədar banketdə məşhur rəqqas
Mahmud Esambayev təntənəli tost deyəndən sonra, qəfildən
papağını çıxardıb qoyur Poladın başına. Mahmud Esambayevin daz başı
hamını heyrətləndirir, həmçinin,
onun daz olduğunu birinci dəfə
görən İosif Kobzonu da.
İ.Kobzon onun daz başından gözünü çəkmədən deyir:
- Polad,
növbəti tostu mən söyləyəcəm, amma mən
parikimi sənə verə bilmərəm.
Pərdə qapanır.
***
Dostlarım Şəkiyə, Marxal gölünə dincəlməyə gedirlər. Məlumdur ki, bizdə bir çoxları üçün yaxşı dincəlmək anlayışı yaxşı yeməkdən, o ki var içməkdən və doyunca yatmaqdan ibarətdir. Gölün sahilindəki yeməkxanada onların daha çox xoşuna gələn çay balığı olur. Onlar dördüncü dəfə də çay balığı sifariş verəndə xörəkpaylayan ciddi tərzdə deyir:
- Balıq məsləhət deyil...
Dostlarım çaşıb qalırlar. İkisini elə o andaca qarın ağrısı tutur. Nisbətən diribaşı isə qorxa-qorxa soruşur:
- Niyə məsləhət deyil?
Xörəkpaylayan tükü də tərpənmədən cavab verir:
- Çünki yoxdur!
Pərdə qapanır.
***
Bir jurnalistlə parlamentin binasından təzəcə çıxmışdım ki, seçicilərimdən biri qarşıma keçib qolumdan yapışdı və yalvarmağa başladı:
- Ay qurban
olum, mənim oğlumu tutublar, 15 il veriblər.
Kömək elə.
Soruşdum:
- Məhkəmə
qərar çıxardıb?
O, cavab verdi:
- Qərar
çıxarılıb, amma məhkəmə yox, Ali Məhkəmə
tərəfindən. Dedim ki, belə olan təqdirdə kömək etmək
mümkünsüzdür. Amma o, yenə qolumu buraxmadı və oğlunun
günahsız olması haqqında mühakimələrinə
davam elədi. Hətta söylədi ki,
oğlunu heç nədən ilişdiriblər. Mən soruşdum
ki, axı oğlu neynəyib? O, sakit tərzdə, hətta deyərdim
ki, saymazyana cavab verdi:
-
Heç nə eləməyib, polisi öldürüb!
Pərdə qapanır.
Məmməd
ORUC
525-ci qəzet.- 2019.- 30 mart.- S.17.