Şeir qoxusu   

 

 

 

Anam oxumaq, yazmaq bilmirdi. Bir dağ kəndində anadan olmuş, nənəsinin dizinin dibində laylalar, nağıllar mahnılarla böyümüşdü. Ona görə yaşlananda da ağzıdualı, könlü şeirli, nəğməli bir qadın idi. Mən məktəbə gedib hərfləri öyrənməyə başlayanda, yazdığım hər hərfi Quran ayəsi kimi oxşayar, qələm tutduğum balaca barmaqlarımdan öpərdi.

Gün gəldi, artıq sellər-sular kimi yazmağa oxumağa başladım. Mən yazdıqca o, mənim yazdığıma baxmadan mahnılar oxuyar, şeirlər deyərdi. Sanki mənim gələcəkdə yazacağım kitablara toxum səpərdi. Həqiqətən ən çox oxunan  Ayrılığın rəngi hüzünkitabımı öz adımla yayınlasam da, anamın yazdığı kitab kimi oxuyuram. Digər kitablarımı da diqqətlə oxuyanda sətir altında anamdan izlər görürəm.

Bir gün bu şeir ruhlu qadının yanına bir dostumla gəldim. On altı yaşında idik. Orta məktəbdə oxuyurduq, utana-utana şeirlər yazırdıq. Yazdığım şeirləri həmin dostuma göstərər, fikrini öyrənərdim. Çünki dostum təkcə şeir yazmırdı, ədəbiyyatdan da anlayırdı. Məktəbimizdə ibtidai sinifdə əruz vəznini bilən yeganə şagird o idi. Anam dostumun qarşısında oturdu, uzun-uzadı saçlarına, üzünə, gözlərinə baxdı eynən belə dedi: “Oğlum, bu dostundan şeir qoxusu gəlir”.

Anama dostumun şeir yazdığını, ədəbi bilgisindən bəhs etmişdim. Anam uzaqlara dalan kədərli baxışlarından, daraqsız saçlarından titrəyən dodaqlarından şairi tanımışdı. O gündən mən insanların saçlarına, gözlərindəki ifadəyə dodaqlarındakı titrəyişə baxar oldum. Hətta şeir yazıb çap etdirməyən şair ruhlu insanları da belə tanıya bildim.

Azərbaycanda ilk dəfə təxminən 2007-ci ildə Yazıçılar Birliyinin qurultayında dağınıq saçlı, yanaqları qəmzəli, qaşları kədərlə sağa-sola boylanan, alnı qırışlı bir adam gördüm heç tanımasam da, içimdə “Bu adam şairdirdedim öz-özümə. Yanımdakı mərhum Tofiq Abdindən soruşdum, gülərəkTanımırsan?” - deyə soruşdu. “Xeyr, ilk dəfə görürəm” - dedim. “Gözəl şairdir, adı Qəşəm Nəcəfzadədir” - dedi. Yazıçılar Birliyinin qapısının önündə tanış olduq. Qəşəm Nəcəfzadənin əl sıxışı, gülüşü isti şairanə idi.

Məni gənc yaşlı, uzun saçlı oğlu ilə tanış etdi, onun yazdıqlarından bəhs etdi. Almaniyaya qayıtdıqdan sonra yaddaşımda o qurultaydan qalan bir neçə simadan biri Qəşəm Nəcəfzadənin şair siması idi. Sonradan Tofiq Abdin mənə onun bir neçə şeirini göndərdi, yanılmamışdım. Şair qoxusu gələn adamın şeirləri gözəl idi.

Aradan illər keçdi. Onunla daha heç bir yerdə qarşılaşmadıq. Bəzi insanlar əgər gözümdə könlümdə yer ediblərsə, onları görməsəm , axtarmasam da, hafizəmdə onlardan izlər daşıyır arabir onların etdiklərini izləyirəm. Qəşəm Nəcəfzadə ilə belə oldu. Bəzən şeirlərini oxuyur, xoşuma gələnləri Türkiyə türkcəsinə alman dilinə çevirirdim.

Bir gün Kölndə burda doğulub böyüyən türkcədən daha çox almanca danışan universitet tələbələrinə ana dilinin önəmi haqqında seminar keçirdim. Seminara qatılan qızlardan biri ədəbiyyatla maraqlanırmış. MənəBir cümlə ilə şeir nədir desəm, tərifini necə edərsiniz?” - deyə sordu. Ani sualı qarşısında çaşdım, amma həmən özümü toparladım. Şeirlə bağlı bütün izahları kənara qoyub, anamın şeir haqqında dediyini təkrarladım: “Şeir bəzən bir gülüş, bəzən bir baxış, bəzən ayrılıqdır”. Sözlərimin ardından o anda cibimdə olan elə yenicə Türkiyə türkcəsinə çevirdiyimYadındamı?” şeirini çıxarıb oxudum: 

Hatırında ?

Senin küçücük bir masan vardı...

Üstünde çiçek gibi

Asabi, titrek ellerin...

Ellerinin yanında

Bir bardak soğumuş çay...

Çox diqqətlə dinlədilər sualı verən qız gülərək mənim izahıma şeirdən ağlında qalan bir sözü əlavə etdi: “Bəzən soyumuş bir fincan çay da şeir ola bilirmiş”.

Biz Azərbaycan türkləri başdan-başa şeirin içindəyik, xəbərimiz yox. Bu, qədimdən belə olub. İstanbula Təbrizdən, Gəncədən, Şirvandan şairlər gələndə Osmanlı şairləri onları qısqanır, hətta onların əleyhinə şeirlər yazardılar. Çünki bizim coğrafiyadan ora gedən söz ustaları sarayda baş üstündə tutulurdular. II Bəyazid dövründə (1492) yaşayan Məsihi məsləkli şair bu qısqanclığı belə dilə gətirmişdi: 

Mesihi! Gökten insen sana yer yok.

Yürü var,  gel Acem'den, ya Arap'tan.

İndi bəzi axmaqların bizəAzəridedikləri kimi, o dövrdə bizim coğrafiyadan İstanbula gedənlərəAcemdeyirdilər. Bu cür örnəklər çoxdur. Yəni Füzulimizin maaşını gözü doymaz rüşvətxorlar yesələr , o maaşı kəsən Qanuni Sultan Süleyman idi.

Bu böyük şairlərin mirasçısı olan Qəşəm Nəcəfzadənin şeirlərində özünə xas bir lirizm incəlik var. Həyatdan qopmayan, hətta həyatın bəzən görünməyən üzünü gətirib gözlərimizin önünə sərən bir kamera var elə bil onun şeirlərində:

Əllərin bulud kimi

kölgə salır

saçlarımın işığına,

Deyəsən, yağış yağacaq

axşama,

xəbərin varmı, bilmirəm?

Onun hər bir şeirində, sanki çiskin yağan yağışların mülayimliyinin hiss olunma səbəbi şeirlərinə mütləq eşqi qoxlatmağıdır. Sosial şeirlərində belə, eşq qoxusundan sərxoş olmuş misraların zərifliyi gözə çarpır:

Yıxılmış evlər kimi

Yarpaqları qaldırın.

Yanan şamlar kimi

Tozları söndürməyin.

Əslində, hər şeyi söküb yıxmağı özünə borc bilən bəzi daş ürəklilərə yazılmış bu şeirdə yıxılan evlərin düşən yarpaqlara bənzədilməsi bir yarpağı yerdən qaldırmış kimi hər şeyin qaldırılmasındakı zərafət eşq qoxusu deyilsə, nədir? - 

Ağac səslərini su kimi tökür,

Bir yarpaq səs qalıb əlimdə

Ağac ölüb-dirilir...

Doğrusu, Qəşəm Nəcəfzadənin həyatının keşməkeşlərindən xəbərim yoxdur. Yəni niyə Bakıya köçüb, nə zamandan bəri bu şəhərdə yaşayır və harda işləyir, bilmirəm. Amma onun şeirlərini oxuyanda çıxdığı şeir səyahətini addım-addım izləyə bilirəm. Bəlkə də öz kəndindən gətirdiyi ağacların, çiçəklərin, suların qoxusu, rəngi və ahəngi demək olar ki, bütün şeirlərinə yansıyıb.

Onunla keçən il, isti bir yay axşamında Bulvarda bir çayçıda görüşdük. Yanında üzüşeir kimi duru və təmiz olan başqa bir şair də vardı: Nuranə Nur. Bir saatdan çox ədəbiyyatdan, sənətdən, şairdən, şeirdən və ürəyimi yaralayan qürbətdən söhbət elədik. Qəşəm bəyin hərdənbir şeir qoxulu barmaqları ilə çay dəmliyini tutub stəkanıma çay süzməsi hələ gözümün önündədir. Onların yanında özümü rahat və xoşbəxt hiss edirdim. Eynən kənddəki evimizdə, anamın dizləri dibindəki kimi... Və ona görə o qədər çox danışmışdım ki, sonra buna görə özümə hirslənmişdim.

zaman Köln küçələrində tək gəzirəmsə, anamı, şeirişair qoxulu insanları düşünsəm, mütləq ağlıma Qəşəm Nəcəfzadə gəlir. Və onun ürəyimi sərinlədən misraları:

Çağır,

Qırış fikirləri

Səslə ütülə.

Saçını qarışdır,

Adını soruş...

Bağla köynəyinin

Kimsəsizlik yeganəsi,

Açıq qalan düyməsini...

Köynəyin nəmini, tərini hürküt,

Orda donub qalan soyuğu kirit.

gündəliyini,

Özünə oxşayan ikisinə bax,

Atası məktəbə gələn deyil,

Keçirt o uşağı, küçədən keçirt...

Bu gün bu saçları dağınıq, qaşları gülən, şeir qoxulu adam 60 yaşına qədəm qoyur. Onu uzaqdan olsa da bir yazı ilə salamlamaq, təbrik etmək və Əli Tüdə kimi demək gəldi içimdən:

Yetmiş də, səksən də, öndədir hələ

Ürək qocalmasın, yaşavar ki!..

 

Orxan ARAS

 

525-ci qəzet.- 2019.- 30 mart.- S.16.