Qələmsiz yazılanlar

 

 

 

Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”.

 

Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarınıfastfoodyeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı razılaşmalıyıq!

10 ildir ki, feysbukdayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam!

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən qaçhaqaç həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə geriyə çevrilib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır.

Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə bəlkə ilki mən edim!? - deyə düşündüm. Beləcə, “Qələmsiz yazılanlarkitabından daha bir hissəni “525”in oxucuları üçün hazırladım.

Jurnalistikamızın korifeyi, ustad müəllimimiz, yorulmaz tədqiqatçı, canlı əfsanə Şirməmməd HüseynovQələmsiz yazılanlar”ı maraqla oxuduğunu dedi, gülümsəyərək statuslarıtəzə janradlandırdı. Çox xoş oldu.

***

Azərbaycanjurnalında istedadlı yazıçımız Məmməd OrucunMalakan kəndinin payızıpovestini oxudum. Axıcı dil, dinamik təhkiyə, lakonik mətləb! Minnətdarlıq duyğusu, vəfa, etibar haqqında ibrətamiz əhvalat! Yığcam əsərdə müəllif xeyli həssas məqamlara toxunub. Bir az da bioqrafik sənədli olması povesti daha diqqətçəkən, maraqlı edib.

Keçən il yenə həmin dərgidə yazıçının “Veteran” povestini oxuyub bəyənmiş müəllifi təbrik etmişdim. Bu əsəri təbrikə layiqdir! Sevinirəm ki, bizim 72 yaşlı istedadlı yazıçımız bu cür şövqlə, gənclik ehtirasıyla, həm ardıcıl səviyyəli bədii nəsr örnəkləri yaradır.

***

Hər şey qədərində olmalıdır! Qədərindən çox olanda şübhə, həsəd, kin, qısqanclıq doğurur! Qədəri bilənlər rahat yaşayırlar!

***

 

“Bu qədər var, mənim işdən başım açılmır, bəs, bu camaat niyə işləmirdeyən adam işi bağlanandan, işdən çıxarılandan sonra depressiyaya düşüb gah şeir, gah roman yazır!

Ədəbiyyat depressiyaya düşənlərin, xiffət çəkənlərin son sığınacaq yeridir!

***

Sosial şəbəkələrdə sadə suallar daha çox reaksiya doğurur! Xeyli istifadəçi asan suallara reaksiya verməklə özünüifadə kompleksini həll etmiş olur!

***

Dariqa Nazarbayevaya qarşı qəzəbin içində qərəz aydın görünür! Ən çox da kişilərdə...

***

Hərdən sevdiyin bir filmə baxmaq istəyirsən - sonra da ekrandan filmin içinə düşüb, çıxıb getmək, arzuladığın atmosferdə qalmaq...

***

Elif Şəfəq yazır ki, qlamur məkanlarda özümü fil kimi hiss edirəm. Elə bil, xortumum bu dəqiqə nəyəsə toxunacaq salıb sındıracaq!

***

Belə gözəl bulvarınız ola,  Siz belə gözəl havada, həm bayramın günündə qaxılıb evdə oturasınız!

***

Mənim məktubumu oxumadız ki?!

***

Əfv olunmayanlar da var. Əfvi mümkün olmayanlar da...

***

Xeyli vaxtdır, metroya minmirdim. “28 may”ın bu qədər dərin olduğunu da unutmuşdum!

***

Günah içində olub sakit yaşayacağını düşünmək sadəlövhlükdür! Nəsə, hardansa dürtmələyəcək.

***

Jurnalist dostumuz Elçin Səlcuqun oğlu Səlcuqun toyundayıq! Elçin cavan rəhmətə getdi! Onun aşıb-daşan enerjisi, çərçivələrə sığmazlığı, üsyankarlığı indi dipdiri yadımdadır! Oğlu Səlcuq sakit, təmkinli, istedadlı gəncdir! Xoşbəxt olsun! Elçinin enerjisi dipdiridir! Yaxınlıqda olduğuna əminəm!

***

Belə gözəl bulvarın ola, belə gözəl hava ola, sən bir “525” alıb, çıxıb bulvarda oxumayasan! Heç insafdan deyil!

***

Axşam unutduqlarını səhər xatırlamaq olmur!

***

Qadınların da sualı eynidir: kimnənsən?! :)

***

kinli adamlar varmış?!

***

Bulvarda, L'Avanue restoranındaFransız kəndlisinin səhər yeməyi”...

***

Sən axtardığın sözü başqası tapanda sevinirsən! Ən əsası yerinə düşən sözdür!

***

Bu mesaj kimə ünvanlanıb?! Yiyəsini tapacaqmı?!

***

Sakit otura bilmək qabiliyyətdir, üstün keyfiyyətdir!

***

Amma qızandan sonra tərləyirsən ! :) - onda soyuq tez tutur! Gərək həddində qızasan! :)

***

Qadın həbsxanasında gözəllik salonu...

***

Kişilər qocaldıqca öz atalarının eyni olur...

***

Zəncəfil qoxusu keçmişi xatırladır! Bəlkə  , 500 il əvvəli...

***

Küləyin səsi qorxulu yuxuya bənzəyir.

***

Nəyisə dərd eləməkdən asan var ki?!

***

Unudanda yaxşı adam olursan! Yaddaş oyanan kimi zalımlaşırsan!

***

Mən həmişə tək gəzirəm!..

***

Köhnə kişilərçox dərin sözdür! Bu sözün içinə o qədər geniş keyfiyyətlər sığır ki...

***

Ovqat azca düzələn kimi bütün ağrılar yoxa çıxır! Əsəb - səbəb, ya da səbəb - əsəbdir!

***

Yumşalma! Sərtlik yaxşıdır!

***

Niyə adam vəzifəyə gedən kimi yerişi, diksiyası, duruşu... dəyişir?! Özünü seçilmiş hesab edir?!

***

Heç yadımda deyil! Ömür unudulmuşdur!!!

***

Təzə dost müşkül işdir! Yaşasın köhnə dostlar!

***

Gözəl qadınla ünsiyyət risklidir!

***

Tonqal haçan qalanmalıdır ki, tullananda arzular qəbul olsun?! :) Deyir, vaxtında tullanmayanda alınmır...

***

Çərşənbəni ayrı, Novruzu ayrı təbrik etmək lazımdır ki?! Birləşdirmək olmaz?! :)

***

Nə qədər şablon səslənsə də, ən uyğunu budur: Baharın nəfəsi duyulur!

***

İranda devalvasiya olub? :) İqtisadi krizisdir!? Cənublu turistlər gözə dəymir!

***

Bayram həm sevimli filmə təkrar rahat baxmaqdır!

***

Meyxananın da yaxşı vaxtları olub!

***

Yaxşılıq ən... etibarlı sərmayədir!?

***

Heç kimnən işim yoxdur! Barışmışam...

***

Votsapın səsli mesajı qədər rahat ünsiyyət yoxdur! Böyük kəşfdir! İstəsən dinlə, istəsən saxlayıb uyğun ovqatda qulaq as! İstəməsən sil getsin!

***

Paxlava dadsız, molla savadsız olsa yaxşıdır! :)

***

İtirmək qorxusu təkcə mənəvi yox, fiziki ağrılara da səbəb olur!

 

 

Rəşad MƏCİD

 

525-ci qəzet.- 2019.- 30 mart.- S.9.