Tanrının imtahanından üzüağ çıxmaq...
Yaxından tanıdığım bir dükançı var.
Həmişə oradan
alış-veriş etdiyimə
görə imkan düşəndə dayanıb
bir az
söhbət edirik. Bəzən sirlərini də mənə etibar edir. Maraqlı, savadlı, dərin
mühakiməsi var.
Dinə, inanca bağlı olduğumu bidiyi üçün bir dəfə ibrətamiz bir hekayə danışdı. Dedi ki, mən Sovet
dövründə institut
qutarmışam, ali təhsilli şərabçı-texnoloqam. Durğunluq dövründə
nəzarət bir az zəifləmişdi,
biz də bir qrup zavod mütəxəssisi
birləşib gizli
sex işlədirdik. Qazancımızdan "yuxarıdakı"ların payını
verdiyimiz üçün
dəyib-dolaşan yox
idi. Pul da sel kimi axıb gəlirdi. Hər axşam əsas
adamlar maya xərcini, öz paylarını bölüb
aparanda üçlük,
beşlik və manatlıqları bizim üçün qoyub gedirdilər. Biz dörd
nəfər "xırda"lar da hər
axşam restoranda bəs qədər yeyib-içəndən sonra
qalan pulları öz aramızda bölürdük. Hərəyə 300-400 manat pul qalırdı
hər gün.
Amma bəzən elə
olurdu ki, qohum-qardaşın toyuna getməyə pul olmazdı. O qədər
qazancın qabağında
bədxərclikdən heç
20-30 manatım olmurdu ki, toya gedim.
Həyətimdə kirayənişin saxlayırdım. Cavan ər-arvad
hər ikisi müəllim idi. Hərəsi 100-200 manat arası maaş
alırdı. Həmişə toy pulunu onlardan borc götürürdüm.
İndi başa düşürəm
ki, Allah mənim haram qazancımın bərəkətindən kəsib
onların halal qazanclarının üstünə
qoyurmuş. Ona görə
də, özüm ibadət etməsəm də, sizin kimi adamlara rəğbətim
böyükdür. Bax, hazırda
dükanda spitli içki də satmıram. Spirtdən
gələn qazancı
istəmirəm...
Həmin dükançının alveri
yaxşı gedirdi. Çox keçmədi
vitrində içkilər
görünməyə başladı,
böyür-başına obyektlər
əlavə olundu.
Qəribədir, yaxınlıqda başqa dükanlar olduğuna baxmayaraq, elə bil hamı
tilsimlənmiş kimi
yalnız oradan alver edirdi.
Dükanın qazancı aşıb-daşırdı. Ürəyimə min cür fikirlər gəlirdi.
Düşünürdüm ki, əsl haqq-hesabın o dünyada olacağını
bilirəm, amma bu cah-cəlal xalqı çaşdırır
axı!.. Düzlüyə, halallığa meyl
azalacaq.
Yenə də dükançı arada söhbətlər edirdi. İnsafən yaxşı adamdı.
Hər dəfə dükana yolum düşəndə
onun keçmişi yadıma düşür.
Açdıqları şərab sexi,
həyətlərindəki kirayəşin müəllimdən
borc alması və sair. İndi də dükan açanda dedikləri ilə indiki əməlinin düz gəlmədiyi halda işlərinin belə "xod" getməsi... Nə bilim vallah!
Dünən yenə ora döndüm. Çox qayğılı
görünürdü dükançı.
Soruşdum səbəbini. Dedi qızım ağır xəstəliyə
tutulub. Orqan köçürülməldir.
Aman Allah! Qeyri-ixtiyari soruşdum:
- Xərci nə qədərdir?
- Hardasa 150 min... Dollarla.
- Çox deyil?
- Bu hələ donorun haqqıdır. Həkimin xərci əlavə
olacaq.
- Bəs neyləmək fikrindəsən?
- Əməliyyat etdirəcəm. Təki donor tapılsın.
Vəssalam. Heç nə
deməyib çölə
çıxdım. Qızın xəstəliyinə
görə bərk sarsılmışdım. Axşama qədər başı dumanlı halda dolaşdım. Evə
qayıdanda bir az fikirlərim
ayazımışdı. Daxilimində bir aydınlıq da var idi.
Yavaş-yavaş aydınlaşdırırdım
ki, məni ən çox sarsıdan İlahi təqdirdir. Başqasının faciəsinə biganə qala bilməsək də, həyat elə budur. Dözməliyik və düşünməliyik.
Qarşımızda olan sonsuz yollardan yalnız biri doğrudur.
Onu müəyyənləşdirməyə
çətinlik çəkəndə
Allaha üz tutmalıyıq. Halal-haram vardır,
hər birinin haqq-hesabı olacaq. Bəzən də elə bu dünya da
qarşımıza çıxır.
Nənəm demişkən,
Allahın min bir iki adı var...
Heç indi də başa düşə bilmirəm
ki, bu necə
saydır?!. Amma nənəm onu da deyir
ki, min dərdin min bir dərmanı var, dərdə düşəndə də
dərmanına gücümüz
çatan olsun!
Bəli, nə xoş
halımıza ki, bu nizamlar xaosunda və xaoslar nizamında halal yolu seçə bilək! Məhz bu zaman Tanrının
imtahanınından üzüağ
çıxarıq!
Şəhla ASLAN
525-ci qəzet.- 2019.- 15 mart.- S.7.