"Dünya bir yarpaq boydadı, biz də, qonmuşuq
üstünə..."
dünya bir yarpaq boydadı
ürəyimə bir səs düşüb,
bilmirəm, bu nə səsdi, nə;
qönçələr təzə
doğuldu,
küləklər durub qəsdinə;
yaz gəldi, sular qaynadı,
göydə ulduzlar oynadı;
dünya bir yarpaq boydadı,
biz də qonmuşuq üstünə;
say görüm, dərdin neçədi,
ömrün bir yanı gecədi;
ürəyim sapdan incədi,
bir də, könlümü küsdürmə;
ötən günləri
saymışam,
ruhumu söz-söz oymuşam;
bir dəstə çiçək qoymuşam,
həsrətin soyuq büstünə;
ütülürəm, ütüm-ütüm,
hara gedim, harda itim;
alışdırıb hara getdin,
gəlib baxarsan tüstümə.
şairə qız verməzlər
deyir, duman çəkilir,
yollar üzü bəridi;
bulaqlar qurumayıb,
hələ sular diridi;
dəli külək atlıdı,
çapıb, suya qatıldı;
sular daşdan atıldı,
aşağıda kiridi;
yarpağı kim qurutdu,
dərdin məni
unutdu;
yazın nəfəsi
tutdu,
buz qalmadı, əridi;
quşların alacası,
uçub, yolun açası;
evin lap balacası,
uşaqların kürüdü;
bu həsrətim yüz ildi,
hara axdı, süzüldü;
əlin məndən üzüldü,
üstümə dağ yeridi;
o qapıdan girməzlər,
bir də, bizi görməzlər;
şairə qız verməzlər,
o, dəlinin biridi.
ürəyim daha yoxdu
hardan gəldi bu ağrı,
ürəyimi nə sıxdı;
hansı yolu aradım,
gedib həsrətə
çıxdı;
könlümü söz tutubdu,
ruhumu toz tutubdu;
elə bil, buz tutubdu,
canım yaman soyuxdu;
ömür-gün də azıymış,
sevgilər ayazımış;
uzaq sularda azmış,
könlüm tənha qayıxdı;
kimlər məni ağladı,
dərdimi qucaqladı;
qara bulud çağladı,
bilmədim, hara yağdı;
mən, niyə kür imişəm,
dinmirəm, kirimişəm;
onu sənə vermişəm,
ürəyim daha yoxdu.
yağışlı yuxu
yatanda elə yatırıq,
elə bil daşıq, yuxuda;
bilmirəm, gördüyüm
nədi,
mən, bu qarışıq yuxuda;
fələk mənə
göz-qaş atır,
göz-qaşını bom-boş
atır;
o kimdi, mənə daş atır,
bu, bircə qaşıq yuxuda;
gözlərim niyə
səyriyir,
buzlu bulaqlar əriyir;
üstümə dağlar
yeriyir,
ruhum dolaşıb, yuxuda;
yenə tutub ağrım-acım,
bilmirəm ki, hara qaçım;
atam, anam, bir də bacım
hamı yığışıb,
yuxuda;
yoluma bir yağış düşüb,
bir yağışlı
yoxuş düşüb;
alnıma bir naxış düşüb,
bu nə naxışdı, yuxuda;
göy üzü gölmə-gölmədi,
sular yerə tökülmədi;
gecə buludlar ölmədi,
hələ yağışdı,
yuxuda.
ürəyimə məktub
salam, necəsən ürəyim,
sinəmin altı
necədi;
məni hər yana çapırsan,
mindiyin atın, necədi;
bu qələmim lələk deyil,
şair hələ mələk deyil;
hamı sənə ürək deyir,
adın, soyadın, necədi;
bezmədin canımdan
mənim,
dərd ötmür yanımdan mənim;
doymursan qanımdan mənim,
qanımın dadı,
necədi;
bilmirəm ki, qışam, yazam,
saçıma baxdım,
bəyazam;
gərək sənə
nəsə yazam,
şeir, bayatı, necədi;
bir gün gələn, bir gün gedər,
dərd-sərin məni
əridər;
ürəyim, bir məktub göndər,
görüm, həyatın
necədi.
unutduğum göyüzü
unutduğum göyüzü,
tanrıya daha yaxın;
burdan dağlar görünmür,
hardan boylanım, baxım;
dünya bağlı
qalaça
gedib harda qalacam;
bir cüt qanad alacam,
yeri tutmur, ayağım;
mən daha nə görəcəm,
bağ becərəm, yer əkəm;
saçlarına hörəcəm,
çiçəklərin ən ağın;
ömrün qırışığı
var,
dərdin qarışığı
var;
üzümdə işığı
var,
gözündəki çırağın;
günüm harda keçinə,
döndüm bulud köçünə;
nə yazılıb içinə,
alnımdakı varağın.
şəklimi divardan as
göy üzü yaman dolub,
buludlar daraq daraq;
gəl, uşaq olaq, bir az,
burda bir evcik quraq;
hərə bir çiçək üzək,
suların üstə
düzək;
kağızdan qayıq
düzəlt,
üzək, dənizi
yoraq;
bulud harda yuxalır,
sular axıb yox olur;
ayrılıqlar çoxalır,
bizdən iraq, min
iraq;
nə istədin, bu yazdan,
yel əsdi, aramızdan;
mən uçacam, bir azdan,
daha, əlimi burax;
daha saçlarım
bəyaz,
mənə düşərmi,
bu yaz;
şəklimi divardan
as,
yadına düşəndə
bax.
tanrı kimə
vaxt verib
payız nə tez qayıtdı,
yarpaqlar sarı-sarı;
yenə döndü könlümə,
ürəyimin qubarı;
ulduzlar kürə-kürə,
gəldik, dərd
görə-görə;
alnımdan düşüb
yerə,
fələyin dərkənarı;
həsrətimə acıma,
əlini qoy ovcuma;
yağdı, qara saçıma,
bu qışın
ağca qarı;
göy üzünün
köçündə,
buludlar kündə-kündə;
bax, ovcumun içində,
cızıqlar, yarı-yarı;
tanrı kimə vaxt verib,
dərdi ikiqat verib;
deyir, orda çat verib,
babamızın məzarı;
bu nə səsdi, kiridi,
qəlbi dağlar
əridi;
gecə yuxuma girdi,
göy üzünün
kənarı.
ulduzların gözü
var
gözümüzün kökündə,
şirin-şirin yuxular;
bu ömür ağacından,
hərə
bir cür yıxılar;
nə yalan, nə gerçəkdi,
nə qardı, nə çiçəkdi;
gözümə pərdə
çəkdi,
uydurulmuş nağıllar;
bu dərd yükü nə imiş,
yolu min sənə imiş;
görən, bu gümüş-gümüş,
sular hara axırlar;
fələk bizi küsdürüb,
dəli yellər əsdirib;
qapımızı kəsdirib,
nə istəyir, yağılar;
bu qar, hər yanı hördü,
itlər ulduza hürdü;
adamlar iki cürdü,
dəlilər, ağıllılar;
kimin mənə sözü var,
hərənin bir üzü var;
ulduzların gözü var,
göy üzündən
baxırlar.
tanrı bizdən
razı deyil
keçdiyimiz işıqfor
da,
qaradı, qırmızı
deyil;
sözdü də, cızıb gedirik,
yazdığımız yazı
deyil;
kim işləyər,
kim qazanar,
kim sərvət, kim qəm qazanar;
yüz il də, ömür uzanar,
heç bu da, bir arzu
deyil;
bura kim gətirib, bizi,
imanlı, dinli, dinsizi;
kasıbın tox olur gözü,
heç nəyə
tamarzı deyil;
kim tanrıdan haqq götürüb,
tac götürüb,
taxt götürüb;
hərə bir çomaq götürüb,
bəşər qoyun-quzu
deyil;
bilmədim, bu nə xınadı,
buz tutmuş sular qaynadı;
ağlımızı dərd
oynadır,
gözəllərin nazı
deyil;
iş bilirik, nə çox, nə az,
molla, dinbaz, quşbaz, işbaz;
başımıza dəyən
qapaz,
özgənin qapazı
deyil;
heç nəyi
düz eləmədik,
ocaqda
köz eləmədik;
dünyanı təzələmədik,
tanrı bizdən razı
deyil
hər şeyi, hər şeyi unut
hər şeyi, hər
şeyi unut
qorxma, ağrıdan-acıdan;
bax, biz yaşda adamların,
payız tökülür,
saçından;
indi də, dərdin yaşıdı,
bu da, fələk naxışıdı;
deyirlər, dünya
yaxşıdı,
indi kim ölür, acından;
ötən sevgi çətin dönə,
saçlarını dara, günə;
bir el düşür
qara günə,
tək bir axmağın ucundan;
o kimdi, bizi talayır,
ruhunuzu qurdalayır;
elə
qızıl xırdalayır,
vicdanının hərracından;
axı, kim durub qəsdimdə,
boğuluram, öz tüstümdə;
şair bir kəlmə üstündə,
sallanır dar ağacından.
çin olurmu, yuxularn,
daha unut, nağılları;
ömrün-günün cığırları,
boylanıb baxır,
ovcundan;
onsuz da, həsrət qarıyır,
dünyanı dərd-qəm darıyır;
bəşər yarımçıq yarıyır,
Tanrının ömür borcundan.
ruhuma savaş qayıdır
bu nə
havadı bilmirəm,
deyən, yenə qış qayıdır;
ruhum havalanıb gedir,
canıma sərxoş qayıdır;
harda itirdim yaşımı,
ağrılar kəs di qarşımı;
altına tutum başımı,
göy üzündən daş qayıdır;
qaldım uçuna-uçuna,
lənət, kafirin xaçına;
həsrətim gedir Laçına,
dönüb əliboş qayıdır;
nə karəyik, nə karə bə,
gül olduq, farsa, ərəbə;
el-oba qalıb xaraba,
evlərə bayquş qayıdır;
qar yağır, qışın içindən,
dərd çıxır, daşın içindən;
gözdəki yaşın içindən,
min illik yaddaş qayıdır;
ürəyimə düşən səsdi,
nə yaxşı, küləklər əsdi;
daha, qul olduğum bəsdi,
ruhuma savaş
qayıdır.
Nazim
ƏHMƏDLİ
525-ci qəzet.- 2019.- 1 may.- S.20.