"Türkiyə ədəbiyyatında yeni hekayəçilik"

 

TANINMIŞ ALİM SƏDAQƏT QASIMLININ DAHA BİR ELMİ ƏSƏRİ ÇAP OLUNUB

 

 

Tanınmış tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlının "Türkiyə ədəbiyyatında yeni hekayəçilik" (XIX əsrin ikinci yarısı - XX əsr) kitabı nəşr edilib.

 

Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən kitabda Türkiyə ədəbiyyatında yeni hekayəçiliyin inkişaf mərhələlərindən bu inkişafda böyük xidmətlər göstərən Türk ədəbiyyatının görkəmli hekayəçilərinin həyat yaradıcılığından söz açılır.

Nəşrin elmi məsləhətçisi akademik, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, elmi redaktoru əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Tofiq Məlikli, rəyçilər filologiya üzrə fəlsəfə doktorları Səriyə Gündoğdu Barat Osmanovdur.

Kitab giriş "Yeni hekayənin təşəkkülü", "Tənzimat ədəbiyyatında hekayə", "Sərvəti-Fünun ədəbiyyatında hekayə", "Milli ədəbiyyat dövründə hekayə", "Cümhuriyyət dövründə yeni hekayənin inkişaf yolları", "50-ci illərdən sonrakı hekayənin yeni ənənələri", "Sosial-psixoloji üslubda yazan hekayəçilər", "Bunalım ədəbiyyatı" "Yeni türk ədəbiyyatında qadın hekayəçilər" adlı doqquz bölmədən ibarətdir.

Müəllif fərqli bölmələrdə Ömər Seyfəddin, Əhməd Mithat, Halit Ziya Uşaklıgil, Səbahəddin Əli, Əziz Nesin, Haldun Tanər, Orxan Kamal, Əhməd Həmdi Tanpınar, Yaşar Kamal, Təhsin Yücəl, Leyla Ərbil, Tomris Uyar, Ədalət Ağaoğlu, Nazlı Eray, İnci Aral başqaları kimi türk ədəbiyyatının tanınmış simalarının həyatı, yaradıcılığını, hekayə janrına gətirdikləri yenilikləri köhnə ədəbiyyatıa bağlılıqlarını geniş şəkildə təhlilə cəlb edir.

Giriş bölməsində müəllif əvvəlcə türk ədəbiyyatının dünya ədəbiyyatındakı yerindən danışarkən yazır: "Çağdaş türk ədəbiyyatı inkişaf etmiş dünya ədəbiyyatları arasında özünəməxsus yer tutmaqdadır. Bu gün Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Orxan Vəli Kanılın poetik əsərləri, Yaşar Kamal, Orxan Kamal, Orxan Pamukun romanları, Əziz Nesin, Sait Faik, Oktay Akbalın hekayələri milli sərhədi keçərək dünya ədəbiyyatının ayrılmaz bir hissəsinə çevrilmişlər. Türk ədəbiyyatının belə bir inkişafı, heç şübhəsiz, siyasi-iqtisadi, mədəni ədəbi reformaları ehtiva edən Tənzimat dövrüylə bağlıdır. Məhz bu dövrdə yeni tip türk romançılığı, hekayəçiliyi formalaşır, dramaturgiya publisistika yaranır, poeziyada islahatlar başlayır".

Sədaqət Qasımlı Türkiyə hekayəçiliyi barədə fikirlərini davam etdirərək yazır: "Türk hekayəçiliyinin uğurlarından danışarkən bir fikri unutmamaq lazımdır ki, Türkiyədə bu janr heç bir zaman milli zəmindən qopmamış, onun zəngin ənənələrindən, "Dədəm Qorqud Kitabı"ndakı boyların hekayələrindən onların üslubundan faydalanmışdır".

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 3 may.- S.14.