Məktub   

 

 

 

"Əvvəla, salam! Salamdan sonra hal-əhvalını bilmək istərəm".

 

İlk məktubumu illər öncə 9 yaşında belə başlamışdım. Nənəmin istəyilə əsgər əmimə yazmışdım. O gün, bu gün kimi yadımdadı. O gün özümü, nənəsinin istəyini yerinə yetirən bir qızcığaz kimi yox, bir əsgərə məktub yazacaq qədər məsuliyyətli böyük kimi təsəvvür edirdim. Nənəm yaza bilmədiyi üçün bu şərəfli işi mənə həvalə etmişdi. Nədənsə mənə elə gəlirdi ki, məktub məhz bu cür başlamalıdı. Əslində isə nənəm əsgər balası üçün vacib olan məktubun necə başlaması yox, məzmunundakı sevgi, həsrət dolu cümlələr idi.

Bu gün məktub yazıb göndəririk. İş ya şəxsi münasibətlərlə bağlı. Elektron poçt ya müxtəlif sosial şəbəkələr vasitəsilə. Vaxt tezlik baxımından, əlbəttə, bu üsul çox rahatdı. Lakin elektron yox, təbii, kağız üzərində mürəkkəbli ya diyircəkli qələmlə həyəcan məsuliyyətlə yazılan məktublar, poçt qutusunu yoxlamaq, konverti səliqə həyəcanla açmaq bambaşqa bir hiss idi. Sanki məktub "canlı idi". Eynilə hər hansı bir kitabın müxtəlif qadjetlərdən (elektron vasitələrdən) yox, kağız ətrini duyaraq, vərəqləyərəq oxunması kimi. Bu məktublarda xəttin çox böyük əhəmiyyəti var idi. Xəttin səliqəli gözəl olması yazanın özünə yazdığına hörmətindən irəli gəlirdi. Bu gün gənc nəsil təəssüf ki, bu cür yazılan məktublara önəm vermir. Bunu vaxt itkisi hesab edir. Halbuki əmək qoyulan hər bir işin nəticəsi daha da qiymətli olur. Bəlkə bu səbəbdəndir ki, adət-ənənlər, milli, insani mənəvi dəyərlər unudulmaq üzrədir. Lakin bu, tam başqa bir yazının mövzusudur. Qayıdaq məktuba.

Məktub - vacib məlumatın, xəbərin, çatdırılması üçün ənənəvi vasitədir. Əsrlər boyu məktublar müxtəlif formada yazılmışdır; daş, ağac qabığı, dəri, kağız üzərində, hazırda isə ən aktual forması (e-mail) vasitəsilə. Hətta keçmişdə məktubların bükülmə formasına görə onu göndərənin, ünvanladığı şəxsə münasibəti bəlli olurdu. Məktubun mətni müxtəlif xarakter daşıya bilər; sevgi, təbrik, siyasi, dostluq, işlə bağlı, fərdi ya dövlət.

Ta qədimdən dövlət rəhbərləri müharibə ya sülh elanı ya təklifləri üçün öz carçılarıyla möhürlənmiş məktublar göndərmişlər. Bunlardan biri Səfəvi şahı tərəfindən Türk sultanı Sultan Süleymana göndərilən məktubdur. XVI əsrdə yazılmış, 10 metr uzunluğu, 7 metr eni olan bu məktub dünyada ən böyük məktub hesab edilir. Məktub perqament (heyvan dərisinin kağız halına gətirilənə qədər aşılanmış forması) üzərində yazılmışdır. Hazırda Ankara Milli Muzeyində (Ankara Etnoqrafiya Muzesi) saxlanılır.

Ən kiçik məktub isə 23-36 mm ölçüdə olub, 1983-cü ildə Stokholmdakı Poçt muzeyində (Postmuseum) aşkarlanmışdır.

"Ginnesin Rekordlar Kitabı"na görə uzun müddət dünyadakı ən bahalı məktub Avraam Linkolnun Memfisdə (Tennessi ştatı) 8 yanvar 1863-cü ildə, general Con Makklernanda yazdığı ən bahalı məktub sayılırdı. Həmin məktub 1991-ci ildə Nyu-Yorkda Kristis auksionunda 748 000 dollara satılmışdır. Lakin 2008-ci ilin 3 aprelində Nyu-Yorkdakı Sotbis auksionunda Linkolnun 1864-cü ildə 195 oğlan qızın köləlikdən azad olunması xahişinə yazdığı cavab məktubuna 3,4 milyon dollar verilmiş şəxsi amerikan kolleksiyasına daxil edilmişdir.

Məktub haqqında tarix boyu bir çox filmlər çəkilmiş, mahnılar bəstələnmiş, əsərlər yazılmışdır. Məktub - ərəb sözü olub, bir başqasına hər hansı bir məqsədlə göndərilən yazılı kağız olub, mənası isə daşımaq deməkdir.

Azərbaycanın görkəmli maarifçilərindən Abbasqulu ağa Bakıxanovun əlyazmaları arasında tapılan elmi ədəbi xarakterli məktubları, Mirzə Fətəli Axundovun bu günə qədər mübahisəli "Kəmalüddövlə Məktubları", Özbək əsilli şair, filosof Əlişir Nəvainin, Türk şairi Namiq Kamalın elmi, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin bir sıra məktubları, eləcə onun 1934-cü ildə İstanbulda işıq üzü görmüş latın qrafikası ilə Azərbaycan dilində ilk dəfə nəşr edilmiş "Şəfibəyçilik Məktublar" adlı əsəri, professor Qəzənfər Paşayevin "Ədəbi Məktublar" əsəri saydıqca bitməyən bir çox qiymətli tarixi, ədəbi sənət inciləri buna nümunədir.

Bu gün də məktub, tarix boyu olduğu kimi göndərilmə üsulundan asılı olmayaraq hər baxımdan çox önəmli yazı nümunəsi olaraq qalmış və texniki imkanları nə qədər geniş olsa da, kağız üzərində yazılan "canlı məktub" özəlliyini qoruyub saxlamışdır.

 

Fidan MALİKQIZI

 

 

525-ci qəzet.- 2019.- 3 may.- S.16.