Gürcü şairin
"Gündüz yuxuları"
Bakıda təqdim olundu
Dünən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Gürcüstan Yazıçılar Birliyinin sədri, "Sxivi-Şəfəq" jurnalının redaktoru, şair Bağater Arabulinin "Gündüz yuxuları" adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycan Tərcümə
Mərkəzi və Azərbaycan Milli Kitabxanasının birgə
təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Azərbaycan Dövlət
Tərcümə Mərkəzi
İdarə Heyətinin
sədri Afaq Məsud qonaqları salamlayaraq, Azərbaycan-Gürcüstan
ədəbi əlaqələrinin
qədimliyindən danışıb,
şair Allahverdi Təhləlinin Azərbaycan
dilinə tərcümə
etdiyi kitabın həmin əlaqələrin
davamı olduğunu qeyd edib. A.Məsud
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri
sahəsində görülən
işlərdən, gürcü
dilinə tərcümə
edilərək, Tbilisidə
nəşr olunmuş
"Azərbaycan ədəbiyyatı
antologiyası" və
Azərbaycan dilində
Bakıda nəşr edilmiş "Gürcü
hekayələri" kitabından
da söz açıb.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov gürcü
poeziyası ilə Azərbaycan oxucusunu tanış edən kitabın dilimizi öz təfəkkür orijinallığı
ilə, bəzi arxaizmləri ana dilimizdə canlandırmaqla
zənginləşdirdiyini qeyd
edib.
Millət vəkili, yazıçı
Aqil Abbas çıxışında şairin
dünyagörüşünü, tərcüməni çox
bəyəndiyini, kitabı
zövqlə oxuduğunu
deyib.
Gürcüstanın Azərbaycandakı
səfiri Zurab Pataradze çıxışında
əsas məqsədi
Azərbaycan oxucusunu, gələcək nəsilləri
gürcü ədəbiyyatı
ilə tanış
etmək olan bu cür kitabın
ərsəyə gəlməsinə
və təqdimatının
təşkilinə görə
Tərcümə Mərkəzinə
təşəkkür edib.
Avrasiya Yazarlar Birliyi adından Yaqub Öməroğlu gürcü ədəbiyyatına
məxsus digər yazarların əsərlərinin
də gələcəkdə
tərcümə olunmasını
zəruri sayıb.
Türkiyənin Azərbaycandakı Səfirliyinin
Mədəniyyət və
Tanıtma müşaviri
İrfan Çiftçi
gürcü ədəbiyyatını
çox sevdiyini, bu kitab ilə
gürcü ədəbiyyatının
300 milyonluq türk dünyasına təqdim edildiyini bildirib.
Kitabın ön sözünün
müəllifi, professor
Rüstəm Kamal qədim gürcü xalqının möhtəşəm
mədəniyyətə malik
olduğunu, gürcü
şairlərin daxilən
azad, sərbəst yaradıcı insanlar kimi modern formalara üz tutduqlarını qeyd edib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təqdima olunan bu kitabın
gürcü ədəbiyyatının
ölkəmizdə təbliğində
mühüm rol oynayacağını diqqətə
çatdırıb.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
professor Bədirxan Əhmədov,
şairlər Zakir Fəxri, Nigar Həsənzadə, yazıçı
Etimad Başkeçid
və digər çıxışçılar nəşrin və ədəbi əlaqələrin
önəmindən danışıblar.
Kitabın müəllifi şair
Bağater Arabuli əsərlərinin Azərbaycanda
ilk dəfə nəşr
olunduğunu bildirib,
dost və qardaş ölkədə tanınmaqdanməmnunluğunu
ifadə edib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 4 may.- S.13