İLK
CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ
DÜŞÜNCƏLƏR
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, onlarla və bu
günümüzlə fəxr edək!
(Əvvəli
ötən şənbə sayımızda)
MAVİ,
QIRMIZI, YAŞIL!
Onun nə
olduğunu mənə sorma, çünki tərif etmək
üçün dilim kafi dərəcədə dönməz.
Nəyi ifadə etdigini öyrənmək istəyirsən gəl
də qəlbimi dinlə və orada uğuldayan zərbələrdən
bu əziz rənglərin mənasını anlamağa
çalış! Əgər o, omuz-omuza vermiş rənglərdən
yeni bir şey anlayamazsan o zaman qafa tasını çıxar
və kəndini bitməz-tükənməz əlyaf
yığınları arasına burax. Qəlblərimizdəki
3 rəngin mədlul olan (anlaşılan) ayətləri orada
görürsən. Fəqət seçə bildigin ayətləri
diqqətlə oxu və əzbərlə. Üç bucuq
milyon Türkün ruhundan doğan bu ucuz mələk
üfüqümüzdə parlayan 9 il oldu. 7 sənə dəxi
var ki göylə-yerin birləşdigi nöqtədə
nazlı-nazlı rəqs edən bu mələyi oradan alıb
yerlərə fırlatmaq və çamurlarda boğmaq istədilər.
Əgər bu gün Mavi, Qırmızı, Yaşıl Xəzərin
sabah məltəmləri ilə menəvişləri yaparaq
gözlərinizi oxşamıyorsa məyus olmayalım.
Çünki onu biz çamurlu ayaqlar altına buraxmadan 3 bucuq
milyon qəlbdən təşəkkül edən təpənin
ən yüksək zirvəsinə tikdik. Və o, o əbədi
taxtından bütün varlığımıza höküm
ediyor. Şimalın təxribkar tayfunları rəngini soldurur
deyə qorxmayınız! Bənizindəki al daima tazə
qalsın deyə damarlarımızda axan qanı
köksümüzün içindəki qədəhlərlə
sunuyoruz.
***
Bayraq!..
Bu, öylə bir isim ki bütün nəbizlər onun
üçün eyni həyəcanla atıyor. Və
bütün millətlər onun hüzurunda eyni imanla səcdə
ediyor. Baltalar, qarğılar, mizraqlar, zirehli köküslər
onun üçün çarpışdı. Atəş
püskürən namlular hala onun səltənəti
üçün uğlduyor. Bükülmədən qəlblərə
saplanan süngülər, onun şərəfi
üçün parıldıyor. Cədlərimiz
(babalarımız) dünyanın bir ucundan o biri ucuna qədər
at oynadaraq və qılınc sallayaraq onu göylərə qədər
yüksəltdilər. Türkün bayrağı önündə
kimlər baş əydi, taxtlar səcdəyə vardı.
Kölgəsində millətlər hüzur və səadətə
qovuşdular. Babalarımız mizraqlarının ucundakı
bayraqları Moskvanın buzlu səmalarında, Vyananın
möhtəşəm burclarında, Hindistanın altun qübbəli
saraylarında, Çinin fağfur qalalarında, Misirin dev
cüssəli ehramlarında dalğalandırdılar. Onu
yaşatmaq üçün öldülər. Çünki
biliyorlardı ki, bu uğurda şəhid düşənlərin
namı millətlərinin bəqasında əbədiyətə
erəcək, çarpışacaq sağ qalanların həyatı
isə, onun qıvrımlarındakı gözəlligi
gözlərilə əmərək və damla damla qəlblərinə
axıdaraq davam edəcək. Göy və qırmızı
bayraqlar yeddi iqlim üzərinə məğrur
qanadlarını gərərək batıya doğru ilərilərkən
uğradığı İslam diyarında da yaşılı
kəndilərinə eş bularaq yanlarına aldılar.
Ayrı ayrı qarğılar ucunda dalğalanan bu rənglər
əsirlərin ənqazı üzərində və bizim qəlblərimizdə
qucaqlaşaraq Mayısın şəşəədar günəşilə
boy ölçmək üçün üfüqümüzdə
yüksəldi. Öncə bir biriylə yarışa
çıxan bu iki məbud çox keçmədən
sevişib öpüşdülər. Bu məbudların yek
digərinə təməssül edən gözəlligi vətəninə
ad olaraq verildigi gündən bəri köyümün
tarlalarındakı başaqlar vücudlarını
yamyaşıl birər çarşafla örtməyə
başladılar. Yurdumun dağlarındakı çiçəklər
göyləri qısqandıran bir maviliyə
büründülər. Baxcamda açan güllərin belə
yanaqlarında dadlı bir qırmızılıq vardı. Fəqət
7 sənədən bəridir Şimaldan uğuldayan bir Sam
yeli, yurdumun üzərinə buzdan atəşlər
yağdırıyor. Və o buzlar arasında dişlərini göstərərək
sırtlan cəhənnəm zəbaniləri Qız
Qalasının təpəsinə, üzərində
qafaları əzməyə məxsus bir çəkic və
boyunları kəsməyə yarar bir oraq daşıyan
qıpqızıl bir peçi tikməyə
çalışıyor!..
Ey
qılıncı önündə tacların bac verdigi
Türkün bu günkü torunları (nəvələri)
olan Azəri oğulları! Gəliniz həp bərabər əl-ələ
verəlim və imanla dolu köküslərimizi o məşum
ulumaya qarşı gedəlim sonra o bayrağı göylərimizə
yüksəldən əziz rəhbərin sözlərini təkrar
edərək hayqıralım:
"Bir kərə
yüksələn bayraq bir daha enməz!"
Ərdoğan
"Yeni
Qafqasiya", 28 Mayıs 1927, ¹17(86)
HƏR
AĞLANAN YER RUHUMUN VƏTƏNİDİR
Əziz və
möhtərəm mühibbim (dostum) Rəsulzadəyə
Azərbaycan,
həssas ruhlarda bir həyəcan mövzuu olmaqda davam ediyor.
İctimai, iqtisadi böyük qiymətlər və qabiliyətlər
göstərən bu Türk qövm, hars, istiqlal və
hürriyətinə qovuşacaqdır. O günə
intizardakı tutuşdurucu və yaxıcı zövq və
iştiyaqı (arzunu) təqdis edərəm. Azərbaycan əsir
və istibdadzədə qaldıqca mən, Türk və insan
mən, fərdən və məşərən (hissən) nə
qədər hür olursam olayım yenə ruhumun sağ qolunu
bir qaya altında sıxışmış hiss edəcəgəm.
O yerlər Prometenin sayhasına aşinadır. Səmadan atəşi,
səmadan nuru alan və insanlara verən Prometeyin seyahəsinə
(nərə) hürr olmaq, hürr görmək, hürr etmək
bu səmadani-şaiqə və saiqələri insandan nəz
edin, insanda nə qalır? Bir ağac, bir makinə. Fəqət
bir ağac, bir makinə hayati yaşamaq üçün
müqtəzi arzu və cəsarəti verə bilirmi? Hürr
Azərbaycan məfkurəsilə yaşayan Azərbaycan gənclərinin
gözlərində yanan iştiyak və fəal intizar atəşini
öpüyoram və öpərkən ruhumun tutuşduğunu
hiss ediyoram. Bu yalnız şair sözü və ya suzişi
degildir. Eyni zamanda hür bir Türk və hür bir insan
sözüdür də.
Min il əvvəl,
min il sonra can gəmirən hər möhnət mənim insan
ürəyimdə kükrəyən bir arslandır. Hər
ağlanan yer ruhumun vətənidir, hər məzlum
vicdanıma, qollarıma hökm edən bir sultandır.
Seyahəsinə
bir qaç kərə 10 sənə əvvəl məhbiti
ilham olmuş olan müştail bir ürəyin yanan bir həyəcan
və bəyani-ayətdir də.
18
Mayıs 1927 İctihad (çalışma) Evi
Doktor
Abdullah Cövdət
Qafqasiya
haqqında Avropa Mətbuatı
Avropa və
Qafqasiya
İşbu
ünvan təhtində Parisdə Fransa Şərq Komitəsinin
vasiteyi-nəşri-əfkarı olan "Fransa de Orient" məcmuəsinin
şubat-mart nüsxəsində salifuzzikr (yuxarıda göstərilən)
ünvan təhdində Qafqasiya Cümhuriyətlərinin əsbabi-süqutlarına
aid qayət mühüm bir məqalə nəşr
olunmuşdur. Məqalə Baltik sahilindəki cümhuriyətlərin
Rusyadan ayrılma hərəkətlərində müvəffəq
olduqları halda nasıl oldu da Ukrayna ilə Qafqasiya
Cümhuriyətləri müvəffəq olmadılar,
sualına cavab olmaq üzərə, birincilərə Avropa
dövlətlərinin yardımı toxunduğu halda ikincilər
bu yardımdan məhrum qaldılar - diyor.
Fransa
de-Orientə görə:
1. Avropa
dövlətlərini Qafqasiyada təmsil edən qüvvələr
Azərbaycan, Ermənistan və Gürcüstan Cümhuriyətlərini
tanıdıqları və kəndilərinə ciddi müavinətdə
bulunacaqlarını vəd etmiş olduqları halda bu vədlərini
tutmamış biləks Bəyaz Rus generallarını təqviyə
etməklə bu cümhuriyətlərin müqavimət
istidadlarını (bacarıqlarını)
azaltmışdır.
2. Dərbəndə
qədər olsun Şimali Qafqasiyaın Azərbaycan
nüfuzunda bulunmasını Azərbaycan Cümhuriyəti,
Qafqasiyanın Rusyaya qarşı hüsni-müdafiəsi naminə
tələb etmişsə də cümhuriyətin bu tələbi
isaf edilməmişdir.
3. Bəhri-Xəzər
donanması Azərbaycan Cümhuriyətinə təslim
olunacağı yerdə Bəyaz Ruslara verilmiş və nəticədə
bu donanma Qızıl Rusların əlinə keçərək
İran hüdudunu bombardman eyləmiş, mütəfiqlər
əleyhinə hərəkət etmişdir. Eyni zamanda Azərbaycan
Cümhuriyətinin süqutunda böyük bir rol
oynamışdır.
4. Gənc
Azərbaycan ordusunun təchizi üçün vəəd
olunan mühümmati-hərbiyə verilməmiş. Halbuki
mütəfiqlərin Qafqasiyada bulundurduqları külli miqdar əsləhə
ilə Azərbaycan ordusunu təslihi çox
mümkündü.
5. Əskəri
və siyasi xətalardan başqa Qafqasiyanın süqutunda amil
olan iqtisadi qüsurlar da vardır. Avropa qüvvətləri ilə
təmaslarından etibarən Qafqasiya Cümhuriyətlərindəki
həyat bahalılaşmış. Əvvəlcə 50-70 rublə
müqabilində olan İngilis lirası sonra 1000-2000 rubləyə
müqabil olmuşdur. Böyük petrol mənbəinə
malik olan Azərbaycan isə vasiteyi-nəqliyə üzündən
böhran və xəsara düçar olmuşdur.
Gürcüstan və Azərbaycan millətlərinin vüqu
bulan ciddi təşəbbüslərinə məvaddi ibtidaiyə
ilə bilxassə petrola şiddətlə möhtac olan Fransa
tərəfindən Qafqasiya ilə iqtisadi münasibət təsisi
üçün heç bir şey
yapılmamışdır.
"Yeni
Qafqasiya", 28 Mayıs 1927, ¹17
VƏTƏNƏ
MATƏM, XAİNLƏRƏ BAYRAM
Məşum
27 Nisan işğal gününün Azərbaycan vətəni
üçün bir matəm günü olduğu qarelərimizə
(oxucularımıza) məlumdur. Xadimlərinin
ağalığı bu gündə bittəbii vətənin
xainləri bayram edəcəklərdi. Öylə də
olmuş. Bu günü bayram edən Azərbaycan bolşevikləri
milliyətçi Azərilərin duyduğu acıyı zəhir
xandələrlə yad etmiş, hətta "Yeni Qafqasiya"
idarəxanəsindəki ictimai belə gözdən
qaçırmamışlar-dır. Öylə ya, millətin
fəlakətilə mütəəllim olmaq bizim, bu fəlakətdən
zövq duymaq da onların təbiətidir.
Bu təbiətlərinə
sədaqətdəndir ki, yövmi-məşum münasibətilə
nəşr etdikləri qəzetələrdə Azərbaycanlı
komunistlər Sovet Azərbaycanın istiqlalından bəhs eyləmiş,
buna müqabil "Milli Müsavat Azərbaycan"ının əvvələn
imperatorluq Türkiyəsi əlində "oyuncaq", sonra da
ingilislər əlində bir müstəmləkə
olduğunu "isbat" etmişlərdir. Şayani-diqqətdir
ki, bu vəzifəyi bu dəfə mahud Qarayev dəröhdə
eyləmiş, bir həmlədə 2 qoca məqalə
yazmışdır.
Vaxtilə
Azərbaycan müməssili Əli Mərdan bəy, Mondros
mütarikə-naməsindəki Azərbaycana aid cüd maddəyi
Azərbaycan istiqlalını müxill olduğundan protesto eyləmişdi.
İştə "Sovet diplomatı" bu protestoyu milli Azərbaycanın
müstəqil olmadığını isbat üçün
tamamilə kafi buluyor və bu "diplomat"la
ağız-ağıza verən "Komunist" qəzetəsinin
baş məqaləçisi dəxi hər türlü həya
və namusu sırtına ataraq, heç çəkinmədən
yazıyor ki:
"Azərbaycanda
aprel inqilabı olmasaydı, Azərbaycanın
"istiqlalından" indiyə qədər bir əsəri-əlamət
qalmazdı. Azərbaycan dəxi başqa xırda milli birliklərin
müqəddəratına şərik olaraq kapitalist
dünyasının müstəmləkəsi halına
çevrilmiş olurdu".
Öylə
ya, şimdiki Azərbaycan, istiqlalını tamamilə
mühafizə eyləmiş, müntəha xarici siyasətini,
əskəri işlərini, iqtisadi idarəsini, zabitai-siyasiyəsini,
dəmir yollarını, petrol işlərini, pambıq ziraətini,
tamamilə Moskvaya tərk eyləmişdir. Müstəqil
olmasaydı Azərbaycan Rusya əleyhinə mücadilə edən
münəvvərlərini Rusyanın hücrə köşələrinə
nəfy (sürgün) edə bilirmiydi? Müstəqil
olmasaydı, kəndi vətəndaşlarını Rus
çekistlərinin əli ilə boğazlata bilirmiydi?
Öylə
ha, Azərbaycan "kapitalist dünyası əlində bir
müstəmləkə kibi qalsaydı" petrollarını
bilahesab Moskvaya göndərə bilirmiydi? Və qızıl
rus ordusunun məmləkəti işğalına imkan verərmiydi?
Nihayət "aprel inqilabı" olmasaydı Moskva mujiklərinin
üzünə həsrət qalan Azərbaycan köyləri
Qarayev kibi "tövhə hökümran"lara nail ola bilirlərmidi?
"Aprel
xəyanəti" ilə işlədikləri denöhətin
məmləkət üçün sözün ən sərih
mənasiylə bir əsarət olduğunu pəkəla anlayan
bu rəzillər, heç olmasa icra etdikləri xəyanətdə
olsun müstəqil olsaydılar, biz bunu kəndiləri
üçün bəlkə də bir mərifət ədd edər,
nə yapalım məmləkətin faydasını bunda
görmüşlərdir - deyə onları haqlı görməsək
də anlardıq. Halbuki zavallılar buna da layiq deyil,
sözün tam mənasilə uşaqdırlar. Həm Azərbaycan,
həm də Türkiyə mənasilə uşaq! Şimdi bu
uşaqların qalxıb da hürriyət və istiqlaldan bəhs
edişləri həqiqətən də gülüncdür.
Həm
gülünc, həm də fəci...
"Yeni
Qafqasiya", 28 Mayıs 1927, ¹17(86)
MİLLƏTİN
RUHU
Həddini
aşan qətl və edam xalqda artıq həyatın əhəmiyyət
və qiymətini düşürmüşdür. Verilən
qurbanları xalq irəlidə iqtibas olunacaq hürriyət və
istiqlalın istehsalı üçün zəruri ədd etməkdədir.
Bu günlərdə Orconikidze, əmələlər
arasında tərtib eylədigi bir mitinqdə söz söylərkən
əski gürcü əmələsindən bir zat kəndisinə
xitabən: "Gürcüstan milləti Noe Jordaniyanın
demokratizm haqqındakı təbliğatı ilə tərbiyə
olunduğundan kəndisini pək əla tanır və sevər,
fəqət yabancı gördügü sizlərlə
heç bir zaman barışamaz" demişdir. Müdhiş
diktator xalq hüzurunda söylənən bu sözə
"Gürcü milləti bizi şüarlarımızla
tanır" deməkdən başqa bir müqabelədə
bulunamamışdır.
İştə
görülüyor ki, bütün bu vəhşətlər
mübariz xalq zümrələrinin ruhunu əzəməmişdir!
"Yeni
Qafqasiya", 16 təşrini-sani (noyabr) 1924, ¹2
AZƏRBAYCANIN
MƏHRUMİYƏTİ
"Pravda"
qəzetəsinin 168 nömrəli nüsxəsində (27 iyul
1927) yazıldığına görə Ermənistanda
Kalakelan stasyonu civarında (Culfa-Bakı dəmir yolunda)
böyük hidroelektrik stansyonunun təməli
atılmışdır. Bu 3-cü stansyondur ki Ermənistanda
yapılıyor. Erivanda Leninakan (Gümrü)də mövcud
stansyonlara bir də bu 3-cüsü əlavə olunuyor. Bu
stansyon 9 milyon 300 min rubləyə, fabrikası da 1 milyon 800
yüz min rubləyə tamamlana biləcəkdir. Əgər
bu məbləğ üzərinə Erivan ilə Leninakan
stasyonlarının məsarifi də əlavə edilirsə 22
milyon rublədən fəzlə bir yekun təşkil edər
ki, Qafqasiyanın Qızıl canişinləri (əski
Çar tərəfindən vali ümumilərə canişin
deyərlərdi) başqa təxsisatdan sərfi-nəzər,
şu məbləğ Erivan vilayətinin nisfini təşkil
edən və min haysu-məcmu səkənəsi bir milyon zorla
bulan Ermənistana sərf etmişlərdir.
"Elektrikləşdirmə"
məlum olduğu üzərə bolşevik
propağandasının əməli şüarlarından
biridir. Fəqət nədənsə bu şüar elektrikləşməyə
mövcud çağlayanları, axar suları və sonra
suvarılmaqla adəta Misiri unutduracaq qədər münbit
ovaları ilə çox istehqaq (ləyaqət, qiymət)
qazanmış olduğu halda, Azərbaycan Cümhuriyəti bu
günə qədər nail olmamuşdur. Bu məhrumiyətin
nihayət bolşevik mətbuatınca da zəif də olsa, nəzəri-diqqəti
calib olduğu görülmüşdür.
Halbuki Azərbaycanın
şu surətlə ehmal olunmasına rəğmən Ermənistan
boyuna elektrikləşiyor. Çarlıq dövründə
Ledigarovlarla Xatisovların təsir və nüfuzu ilə zəngin
Azərbaycandan toplanan vergiləri Ermənistanı sərf
ediyorlardı, şimdi də eyni şəkildə davam ediyor.
Yalnız fərq burasındadır ki Moskvadakı Vedigarov və
Zavriyevləri Mikoyan və Qaraxanlar, Tiflisdəki Xatisov və
Lazarevləri də Bekzadyanla Kasyan və Ambartsumyanlar təmsil
ediyorlar. Anlaşıldığına görə bizim Azərbaycanı
Tiflisdə təmsil edənlər kəndi xüsusi mənfəətlərinin
mütəzərrir olması əndişəsilə
"idarei-məsləhət" ediyorlar.
Əvət,
elektrik stasyonu ibtida Azərbaycanın dağlıq qismində
(ki böyük irmaqlar və dəli çaylar axıyor) təsisi
zəruri idi. Bilxassə Şəki qəzası və Zaqatala
sancağı bu təsisata pək mühüm yardım edə
bilərlərdi. Məzkur 22 milyon rublə ilə elektrik
tramvayları yaparaq Azərbaycanın şimalını,
bilxassə Göyçay və Ərəş qəzalarının
şimal qismini Yevlax və yaxud Ucar stasyonları ilə birləşdirmək
mümkün olurdu.
Azərbaycan
2 vilayət: Gəncə, Bakı və bir sancaq Zaqataladan ibarət
olub 3 milyondan fəzlə səkənəsi (sakini) vardır.
Burası Ermənistandan 6 dəfə böyük və sərvəti
dünyaca məşhurdur. Azərbaycanda yapılacaq elektrik
stasyonuna 22 milyon degil, 132 milyon sərf etmək lazımdır.
Azərbaycanın şimalındakı bilxassə Qax və
Qutqaşen məntəqələrindəki irmaq və şəlalələr
xüsusunda Qafqasiya mətbuatından 1911-1914 sənələrində
pək çox yazılar yazılmış və əcnəbi
mühəndislər vasitəsilə istiqşaf (kəşfiyat)
yapılmışdı. Bu işə Tomanov Tiflisdən və
Tağyanosov Bakıdan iştirak ediyorlardı. Mütəxəssilərin
mətbuatdakı bəyanatına nəzərən Zaqatala və
Şəki məntəqələrinin şəlaləri vasitəsilə
oylə mühüm bir stasyon təsisi mümkündür ki
bilümum Şimali Azərbaycanı tənvir və bu məntəqələri
Zaqafqasiya dəmir yollarına zəpt etmək
mümkündür.
Azərbaycanın
müdirani-umuru Azərbaycnın tək bu ehtiyacını
düşünmələri icab ediyordu. Halbuki nə gəzər
Qızıl Ruslukdan da Azərbaycan siyah Rusluqdan çəkdigini
çəkiyor. Petrol Azərbaycandan qəsb olunuyor
müqabilində isə Azərbaycandan başqa hər yer
elektrikləşdiriliyor.
Şəkili
"Yeni
Qafqasiya", 1 eylül 1927, ¹ 23(92)
XALQ ƏDƏBİYYATI
Qövmlər
və lisan
Bəşəriyyətin
çöl halında yaşadığı və tarixi zəbt
edəmədigi o dumanlı və qaranlıq əsrlərdə
insanlar bir ailə təşkil edərək həpsi bir lisanda söz söylərlərdi.
İnsan nəsli çoxaldıqca, ehtiyacı iqtizasilə
dünyanın müxtəlif cəhətlərinə
yayılaraq, zaman və məkanın onlara böyük təsiri
olduğundan kəndi fikirlərini və hissiyyatını
müxtəlif lisanlarda ifadəyə başlamışlar.
Hər
mühitin bir qism təsiri olduğundan insanlar bəşərə,
sima, təsirat, şəkil və surətcə dəgişiklik
peyda etdikləri kibi, lisanca dəxi müxtəlif şöbələrə
ayrılmışdır. Bu lisan ixtilafından müxtəlif
qövmlər təşkil olunaraq, hər qövm kəndinə
məxsus bir lisan ilə təkəllümə
başlamışdır.
Xəlq və
dil həp bir şeydir; biri ruh, digəri bədəndir. Dil bir
qövmün varlığı və mənliyidir. Bir dildə
söz söyləyən qövm sayca yüz milyonlara belə
baliğ olsa bir şəxs hökmündədir. Şəxsinə
yetişən səadət və fəlakət insana nasıl
təsir edərsə, qövmünə yetişən səadət
və fəlakət də bir o qədər müəssirdir. O
qövm bir gün kəndi dilini qeyb edərsə, kəndi
varlığını, mənliyini qeyb etmiş və o
gündən etibarən ismi cahan tarixindən silinmiş olur.
Din və
adət
Bəşəriyyətin
ibtidai və təfəvvuliyyət dövründə həmən
olduq-ları qövmlər kibi, türk qövmü də həp
bir tərzdə həyat sürür bir hal və şərait
daxilində babalarından görüb götürdükləri
adət və qanun mucibincə yaşarlardı. Dörd bir tərəfdən
türklügü qucaqlayan təbiət içərisindəki
canlı və cansız mövcudat həqqində məlumatları
olmadı-ğından, onlara aid yalan-yanlış etiqad bəsləyərək
ənasirə pərəstiş etmişlərdi. Yer, göy,
günəş, ay onlara görə tanrı idi. Toprağa,
suya, atəşə, ağaca və mədənə hörmət
edər və müqəddəs gözilə baxarlardı.
İnsanların əql və idrakı o qədər naqis və
bəsit idi ki, kəndində olan qüdrət, sətvət və
kəmalı dərk edəmiyərək heyvanlar dəxi
insanlar kibi hər şeyə qadir və mütəkəllim
olduqlarına, təbiət isə insan və heyvandan daha
qüvvətli və iqtidarlı, işıq, qaranlıq, iyi və
kötü ruhlardan mürəkkəb və daima bir-birlərilə
çarpışmaqda davam etdiklərinə iman edərlərdi.
Türklərin ənasirə tapınması və onlar həqqində
böylə fikir və etiqad bəsləməsi pək təbii
idi. Zira ki, kəndi iqtidar və fəaliyyətindən istifadə
edəməyən sadə xəlq təbiətin müxtəlif
hal və hərəkətindən mütəəssir olaraq
üzərində təbiətin nüfuz və hakimiyyətini
hiss etdigindən, nəhayət təslimə məcbur
olmuş və kəndi həyat, məmat, səadət və
fəlakəti də təbiətin yədi-iqtidarında
olduğuna bütün qəlbilə inanaraq, onu canlı,
bacarıqlı bir şey fərz etdigindən
"Tanrı" deyə tanımışdır. Əski
türk tarixində türklərin birinci xaqanı
"Oğuz" xanın Ay Xan, Gün Xan, Göy Xan, Dəniz
Xan, Dağ Xan - deyə yad olunan oğlanlarının hər
birisinə tapındıqları bir tanrının namını
vermiş olması dəxi türklərin təbiətə pərəstiş
etdiklərinə dəlildir.
Türklər
bu ənasiri, bu ruhları kəndilərindən razı salmaq
üçün qurbanlar götürüb kəsərlərdi.
Adətlərinə
gəlincə, türk qövmü tanrılarını sevdikləri
kibi, böyüklərini də sevər və ehtiramlarını
saxlarlardı. İçlərində
"Böyügünü tanımayan, tanrısını da
tanımıyor" məşhur məsəldir.
Miras məsələsi
isə türklərdə bam-başqadır. Həqiqi varis
on-larda övladın ən kiçigidir. "Təkin"
etdikləri ocaq mühafizi, ev bəkçisi həp bu
çocuqdur. İqtidar və əmlakını övladı
arasında istədigi kibi təqsim etmək də ailə rəisinin
həqqidir. Heyvanlar arasında ən ziyadə atı sevərlər.
At onların övladı kibidir. Ətini yeyər və
südündən də qımız yaparaq sevə-sevə
içərlər. Türklərdə qadınlar pək sərbəstdir.
Onlar yalnız ev xanımı degil, ərkəklərin
müharibə işlərinə belə qarışır,
bir qardaş kibi bütün səadət və fəlakətlərinə
iştirak edər.
Ədəbiyyat
Dünyada
dilsiz, dinsiz bir qövm təsəvvür etmək
mümkün olmadığı kibi, kəndinə məxsus ədəbiyyatı
olmayan bir qövm də təsəvvür olunamaz. Əql, idrak
və fikircə nə qədər bəsit və məhdud
olursa olsun tarixinin birinci dövrlərində sənət
işlətməyən bir qövm yoxdur. Hər qövm ruhuna,
həyatına və mühitinə münasib bir ədəbiyyat
yaratmış. Ədəbiyyat ümumiyyətlə ikiyə təqsim
olur: xəlq ədəbiyyatı və yazı ədəbiyyatı.
Xəlq ədəbiyyatı
kimlər tərəfindən söylənmiş olduğunu
bilmək nə qədər güc isə, sənətin də
nə zamanda doğduğunu göstərmək bir o qədər
müşküldür. Sənət bəşəriyyətlə
bərabər, hənuz elm, məzhəb və din zühur etmədigi
əsrlərdə doğduğu iddia edilir. İnsanlar fikir və
məlumatca məhdud, müsavi, bir-birinin eyni olduqlarından
bir fərdin nəzəriyyəsi başqalarına bir qanun
hökmünə keçir və bir hadisə həpsində
eynilə bir qism təəssürat və hissiyyat
doğuruyordu. İştə bu təəssüratını
zaman-zaman oxşayaraq bugünki zəngin və gözləri
qamaşdıracaq dərəcədə xəlq ədəbiyyatımız
vücuda gəlmişdir. Təəssürat ümumi
olduğu üçün də xəlq tarixçəsinin
şəkli-idarə, tərzi-həyat, təəssürat və
idealının əksi olan ədəbiyyatını sevə-sevə
o tufanlar görmüş, böhranlar keçirmiş, bayramlar,
matəmlər ocağı olan sinəsində tarixlərin nəzəri-nüfuzu
yetişəmədigi zamanlardan bəri mühafizəyə
müvəffəq ola bilmişdir. Xəlq ədəbiyyatında
bir fərd kəndini, əfkari-hissiyyatını və
gördügü kibi xəlq də eyni bir şəxs kibi əhvali-ruhiyyə
və təəssürati-milliyyəsinin tərcümanı
olan ədəbiyyatına kəndi malı kibi
baxmışdır. İştə ədəbiyyata xəlqin
kəndi malı kibi baxması və onu hər fərdin mənimsəməsi
zaman iqtizasınca az-çox dəyişikliklər vücuda gətirmiş
və ağızlarda söylənirkən hər kəs kəndi
anlamadan cüzi təğyir və təbdil edə
bilmişdir. Bu təğyir və təbdil xəlqin qüvvəyi-xəyaliyyə
və fikriyyəsinin yüksəlməsinə xadim
olmuşdur.
Xəlq ədəbiyyatı
nağıl, masal, hekayə, nəğmə, bayatı, atalar
sözü, tapmaca, yanıltmacdan ibarətdir.
Xəlq ədəbiyyatının
birinci dövrü əsatir ilə başlar. Fəaliy-yətsiz
və sönük bir dimağın vücuda gətirdigi
şu əsassız mövhumi-xəyalat birinci dövrdə həp
din və etiqada mübnidir. Yer, göy, günəş və
ayı tanrı tanıdıqları kibi, o zaman məliki
dağ pərisi, su pərisi olduğuna etiqad etmişlər.
Əski
nağıllarımızda və nəğmələrimizdə
əsatiri "simvol" müşahidə olunmaqdadır.
Sürəkli
yağmurlar yağarkən köy çocuqları bir təpəyə
toplanıb həmahəng olaraq oxurlar:
"Gün
çıx, gün çıx,
Kəhər
atı min çıx!
Keçəl
qızı qoy evdə,
Saçlı
qızı götür qaç!"
"Gün
getdi su içməgə,
Qırmızı
don biçməgə.
Gün
gedibdi yetirəcək,
Qarı
yerdən götürəcək.
Keçəl
qızı götürəcək.
Duman
qaç, duman qaç,
Səni
qayadan asarlar,
Buduna
damğa basarlar."
Təbiətə tapınan babalarımız təbiət ruhlardan mürəkkəb və on-ların da pəri və qız şəklində olduğuna inanıyorlardı. Təbiətə qan və can verdigi üçün ümumiyyətlə təbiətpərəstlərdə günəşə daha böyük hörmət var. Onu allahların allahı zənn edərlər. Günəş gənc və dilbər bir qız kibi kəhər atına minərək, qırmızı donunu geyinərək çıxmasını və uzun saçlı qızı (yağmuru) götürüb qaçmasını isterham edərlər.
Əsatiri simvol nağıllarımızda daha aydın müşahidə olunur.
Dünyanın pək uzaq bir guşəsində qalın bir orman içində ki "oraya quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar" bir orman mələyi yaşar ki, bütün məxluqatın qəzavü-qədəri onun əlindədir, istədigi kibi yazar, pozar.
Bu qism əsatiri nağıllarımızda dağ çeşmələri: ölüm, sehr və ya dirilik suyudur. Ceyran qəlibinə girmiş bir qız gözəllik pərisidir. Ağ qoç və simurq quşu səadət və işıq mələkləri, qırx qeysər ağ südü ab-həyat və qızıl alma bağı əyləncə məclisidir. Qır atı, yel atı, su atı, pəri cinsindən olub müharibə oyunlarında, yarışlarda tale arxasına düşən sahibinə böyük müvəffəqiyyətlər qazandırıyor, dənizlərdən aşıyor, alov dəryalarından atlıyor. Bunlar iyi ruhların timsalı olduğu kibi, yeddi başlı div, xortdan, əjdaha, hal anası, süpürgəsaqqal, cin və bunlar kibi müdhiş qorxunc mövhumat da kötü ruhların timsalıdır. Nağıllarda ən adi şeylərin də böyük rolları var: süfrə minlərcə insanları doyurur, xalça havaya uçaraq bir təyyarə vəzifəsini görüyor. Papaq, yumurta, göyərçin, düdük və bunlar kibi pək adi şeylər böyük müvəffəqiyyətlərə səbəbiyyət veriyor.
"Yeddi saçlı pəri" qəza işini görəcək, "Məlikməhəmməd" əsatiri dövri nağıllarımızdandır.
Nağıllarda ümumiyyətlə zaman və məkan təyin edilməz, günlərin bir günündə, zamanların bir zəmanəsində - deyə başlar. Vaqeənin nərədə və nə zaman vaqe olduğu da göstərilməz.
İkinci dövr həyata aid nağıllardır ki, xəlq əsatirdən tama-milə silkinib qurtulamadığı halda kəndi həyatını, tərzi-ifadə və şəkli-hökumətini aydın və parlaq bir surətdə təsvir edər. Roman tərzində olan nağıllarımız həp əski məişətlərimizdir.
"Fatma xanım", "Narxanım", "Üç bacı", "Əyri və doğru", "Dikançı" və bunlar kibi bir çox nağıllarımız babalarımızın əski dövrdəki həyatını, tərzi-idarə və hökumətini bəyan edər.
Heyvanata
aid nağıllarımızı da unutmayalım.
Nağıllarımızda heyvanlar da əql və idrak sahibi
olan insanlar kibi söz söylər və mühakimə edər.
İnsanlar daha çöl halında yaşarkən hər qədəmdə
təsadüf etdikləri heyvanlarla daima çarpışmaq məcburiyyətində
olduğundan onlar da insan kibi əql, lisan və iqtidar sahibi
olduqlarına iman etmişlərdi.
"İstiqlal"
məcmuəsi, 28 May 1919
AZƏRBAYCAN
MİSAQİ MİLLİSİ
Mühərrirlərimizdən
Məhəmmədzadə Mirzə Balanın 28 Mayıs Azərbaycan
İstiqlal Bəyannaməsinin təhlilinə mütəzəmmin
olub vaxtilə "Yeni Qafqasiya"da intişar edən məqalələri
meydani-intişara vəz edilmişdir. Milli Azərbaycan Nəşriyatının
5-ci sayısını təşkil edən bu 3 formalıq
risalənin fiyatı 15 quruşdur.
"Yeni
Qafqasiya", 28 May 1927, ¹ 17
Sual: Milli Azərbaycan nəşriyatının bu risalələrini indi kim nəşr edib müasir oxuculara təqdim edəcək? Cavabını gözləyirik!
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2019.- 4 may.- S.20-21.