Həsən Cəbrayılovun 70 illik yubileyi qeyd olunub

 

 

Ötən şənbə günü İranlı Mühacirlər Cəmiyyətində Həsən Cəbrayılovun (Ahəngi) 70 illik yubileyi keçirilib.

 

Cəmiyyət üzvlərinin, tanınmış ziyalıların, elm sənət nümayəndələrinin, media təmsilçilərinin iştirak etdikləri tədbiri İMC-nin sədri Firidun İbrahimi açıb. O, 1949-cu il mayın 1-də Tehranda dünyaya göz açan H.Cəbrayılovun nəsillərə örnək həyat yaradıcılıq yolundan eyni zamanda, "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi fəaliyyəti barədə ətraflı məlumat verib. Bütün bunların nəzərə alınaraq İMC-nin fəxri diplomuna layiq görüldüyünü bildirib mükafatı sahibinə təqdim edib.

Əməkdar jurnalist Rəhim Hüseynzadə yubiliyarı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı ötən əsrin 70-ci illərindən tanıdığını dilə gətirib: "O, cəmiyyətimizin elə bir şənliyi olmazdı ki, parodiyaları, satirik nümunələri ilə iştirakçılarda xoş ovqat yaşatmasın. Sonralar Həsəni məşhur "Məşəl" ansamblını işlədiyim Salyan Neftçala rayonlarına dəvət etdim. Onların ustalığından indiyədək şirin xatirə kimi danışılmaqdadır".

"Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu isə "Tərəqqi" medallı H.Cəbrayılovun çoxsaylı təhqiqat xarakterli yazıların müəllifi, kitabların redaktoru olduğunu bildirib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, doktor Səməd Bayramzadə yubilyara redaktoru olduğu "21 Azər" - 70 almanaxını təqdim edərək deyib ki, bu nəşr həm Həsənin mənsub olduğu nəslin tarixçəsini yaşadan nümunədir.

İMC sədrinin müavini İsmayıl Abdullahi parodiyaçılar arasında birinci dünya çempionatının qalibi Həsən Cəbrayılovun sənət aləmində, ictimaiyyətdə tanıdılmasında onun da ötən əsrin 70-ci illərində üzvü olduğu "Məşəl" ansamblının müstəsna xidmətlərindən danışıb.

İMC sədrinin müavinləri Həsən Babai, Murtuza Nizamoğlu, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin rəhbəri Tofiq Əlizadə, həmçinin, sənətkarın qardaşı Əjdər Cəbrayılov yubilyar haqqında fikirlərini bölüşüblər.

Azərbaycanın tanınmış sənətkarlarından professor Abbasqulu Nəcəfzadə, dosent Elçin Nağıyev, xanəndə Mirməhəmməd Mircavadov yubiliyarı xalq mahnıları və təsniflərlə təbrik ediblər.

 

525-ci qəzet.- 2019.- 8 may.- S.18.