Qələmsiz yazılanlar
Cib telefonuna
zəng edib müsahibə almaq, münasibət öyrənmək
etikdirmi?! Son vaxtlar
yeni medianın yaratdığı qalmaqalların
çoxu cib telefonuyla münasibət öyrənən zaman verilən cavablarla bağlı olub.
Tez-tez mənə
də belə zənglər gəlir. Və çox zaman jurnalistlər sual verərkən, hansısa hadisəyə münasibət
öyrənərkən müsahiblə
bir az
da kobud, nahamar, qaçaraq tonda danışırlar. Təbii ki, belə nahamar
israrların da cavabı əksər hallarda bir qədər
köntöy alınır.
Axı, fikrini öyrənmək istədiyiniz
müsahibin həmin
an ovqatı yaxşı
olmaya bilər, lap belə, verdiyiniz sualın cavabına hazırlıqsız olar. Əsl peşəkar, əsl jurnalist belə şəraitdə müsahibi
cavaba hazırlamağı
bacarmalı, hal-əhval
tutmalı, müsahibi
niyyətinin düzlüyünə,
təmizliyinə inandırmalıdır.
Yoxsa, nə var, köntöy sual verib, elə
o tonda da aldığın cavabı
sayta yerləşdirərək
qalmaqal yaratmağa...
***
Eyni günə, eyni saata iki tədbirə
dəvət gəlir
- ikisi də vacib, ikisi də
israrlı... Bunların hansına üstünlük
verim, hansına gedim deyə götür-qoy elədiyin
məqamda qəfil zəng gəlir və ərklə elə həmin günə, həmin saata başqa bir tədbirə dəvət alırsan.
Bu, həm də
vəziyyətdən çıxış
yolu olur. :) Tədbirlərdən birinə gedib
qalan ikisini küsdürməkdənsə, heç birinə getməməyə qərar
verirsən.
***
"Abdullayevi okumısın?!"
Deyirlər, Çingiz Abdullayevin 60 yaşı tamam olur. Məncə, bir
az şişirdilmiş
informasiyadır. Xeyli gəncdir Abdullayev! Ad günü və yubileyi mübarəkdir! Təbrik edirəm!
P.S. Yessentukidə bir kitab satan
vardı. Milliyyətcə dağlı xalqlarından
idi. Hər gün nahara, şam yeməyinə az qalmış
velosipedlə gəlib,
kitabları sanatoriyanın
girişinə düzərdi.
Azərbaycanlıları görən
kimi şirin ləhcəylə satdığı
kitabları reklam edib, müştəri haylayardı:
- Abdullayevi okumısın?!
))
***
30 il olar,
Aqil Abbas Ağcabədinin Bayat kəndində kitabxana tikdirib. Ora ilk kitab göndərənlərdən
biri də mən olmuşam! Aqil sabah
BDU-nun Jurnalistika fakültəsinin
professor-müəllim heyətilə
Qarabağa gedir. Əvvəl Kəhrizlidə
Həmidə xanım
Cavanşirin ev
muzeyini ziyarət edəcəklər, sonra Bayata, kitabxanaya baş çəkəcəklər.
Aqil arzuladı, mən yenə 300-ə yaxın kitab topladım, kitabxanaya hədiyyə göndərdim!..
***
"Laçın itirilmişdir!"...
Hərbi
diktorun 1992-ci ilin mayında dediyi bu cümlə bütün kədəri,
ağrısı, əzabı
ilə yadımdadır!
Hərdən beynimdə
oyanır, təbəssümümü
üzümdə dondurur,
qəhər olub boğazımda düyünlənir,
bütün həyatımı
alt-üst edir, miskinliyimi yada salır...
***
Sosial şəbəkələr
olmayanda nadanlar və cahillər elə də görünmürdülər, yalnız
lokal məkanlarda hökmranlıq edə bilirdilər. İndi şərait yaranıb,
öz küt düşüncələriylə meydan sulayırlar, bəsit fikirlərini ətrafa təlqin edirlər. Hamısı
da bir-birinə babdır - səs-səsə
verirlər, qruplaşırlar,
indiki leksikonla desək, trollaşırlar.
Ağıllı kəsim isə
təklənir, tənhalaşır,
ümidsizliyə qapılır
və sonda məğlub olur...
***
İndi 19-cu əsr deyil ki, bir həftə
bardaş qurub dastana qulaq asasan. İndi informasiya
dövrü, sürət
əsridir. Çıxışlarda,
nitqlərdə çoxlu
su, artıq bəlağət, uzunçuluq
olanda adam
tıncıxır. Adamları
tıncıxdırmayın!
***
Yağış torpağı və dənizi qaraldır. Yoxsa buludların
kölgəsidir?!
***
İradə Tuncayı dinləmək
həmişə maraqlıdır!
***
Bağışlayın, yazılarınız
lap karikaturadır...
***
Ağ sevən qaralar olduğu kimi, qara sevən ağlar da var...
***
İmtina
etməkdə bir az eqoistlik,
özündənrazılıq da var...
***
O da bir dövr
idi - keçdi getdi.
***
Havada nəsə
var, elə bil. Gicəlləndirir...
***
İndi söyməkdən asan nə var ki?! Hünər söyməməkdir.
***
Hər ağızdan bir avaz gəlirsə nədir - xaos, musiqi, bazar?!.
***
Maraqlı kimsə, nəsə
qalıbsa, hələ
yaşamağa dəyər...
***
Feysbukda
küyə getməmək
hər profilin hünəri deyil!
***
Ələkçinin qıl verənləri də var, itləri hürdürənlər də...
Bir də marıqda yatanlar, fürsət gözləyənlər
var.
Bir də nə var?!
***
Dəyərləri sonacan məhv etməyin, dağıtmayın. Bir gün
gərəyiniz olar.
***
Pul iyi gələndə ağlı başından
çıxan adamlar
var. Çıxmayanlar da
var amma...
***
Yer boş qalmır ki. Gələn bəlkə
də, lap yaxşı
olacaq.
***
Bir xırda korrektura səhvinə görə narahat olub, qəzetə
zəng vuran adamlar var hələ...
***
Nəsimi
də ədəb-ərkan
arzulayıb:
- Ərkansız olanlarla rəfiq olma, Nəsimi,
Yol əhli gözət, sən ədəb-ərkan
tələb eylə...
***
Yasəmənin ətri yoxdur. Gərək gün
vursun. Günəş
də ki, bizdən küsüb, deyəsən...
***
Çalışın xoruz buraxmayın...
***
Sadə yaşamağa öyrənin. Bəhsəbəhs sizi məhv edəcək.
***
Deyirəm, adam mənəvi böhran keçirir. Deyir, yəni pulu
yoxdur?!
Bəlkə də, düz
deyir?!
***
Keçmiş panel zavodunun yerində
möhtəşəm şadlıq
sarayı... Birləşdirmək ənənəsi qalır.
***
Bir nəfər hamı deyil...
***
Cırcırama dızıltısına da bənzəyir, drel səsinə də...
***
Dəyərlər dəyişib...
***
Çoxdan Azdramaya gəlmirdim...
***
Din tək İslam deyil ki... Hamısı barədə bilgi verilməlidir. Hətta
Asif Ata ocağı barədə də...
***
"Çırmanırıq keçməyə çay
gəlməmiş" - sadə,
gəlişigözəl misra
deyil. Sabir xarakter yaradıb bir misrada... Tez-tez rastımıza çıxır, başımıza
gəlir...
***
Gecə
saat 11-dən sonra yazılan statuslardan
"vodka" qoxusu gəlir.,)
***
Bu sözü Nazim
Hikmət desə, indi dillər əzbəriydi. Sən deyirsən deyə fikir verən yoxdur...
***
Yazan adamda Eqonun olması təbiidir, fitrətəndir. Hər yazar
elə bilir ki, ondan üstünü
yoxdur və yaratdıqları şedevrdir.
Bunu müzakirə etmək və müəllifi nəyəsə
inandırmağa çalışmaq
havayı əziyyətdir!
***
Qurdalayanda görürsən ki,
bütün bədbinlik
və pessimistliyin bir səbəbi var - sevgisizlik! Sevgi yoxdursa, hər yer bomboz,
hər tərəf səhradır!
***
Coşqulu, dərinliklərdən gələn, sirrini bilmədiyimiz, doğmaları sevindirməyə yönələn enerjini çoxu həzm edə bilmir, gözləri götürmür. Gözə gəlir, neqativlə rastlaşırsan...
***
Dünya xırdaca ironik bir təbəssümə bərabərdir.
***
Hər ismi və feili xəbərin sonuna "r" hərfi əlavə edəndə Nəriman Qasımoğlunu yada salıb gülümsəyirəm!..
***
İzləyənləri təqdir edirəm! Dostluq atıb qeyri-müəyyən vaxtda çatacaq növbəni gözləməkdənsə, izləmək daha məqbul seçimdir!
***
Hamının sevgisi mümkünsüzdür!
***
Gücün çatmayacaq yükü necə qaldıracağınla bağlı müzakirə açmaq vaxt itkisidir.
***
Bu qədər virtual ünsiyyət imkanı, bu qədər sosial şəbəkələr, dostlar... Amma yenə də adamlar təkdir və darıxır. Niyə?!
***
Tərəddüd etmədən inanırsansa, rahat və əminsənsə, nəticə arzuladığın kimi olacaq.
***
Hərdən başınızı qaldırıb ətrafınıza baxın...
***
Səhər əbədi və daimidir. Səhərin şərini də nahaqdan öyməyiblər. Şərində də ümid və işıq var.
***
Zamanı saxlamaq mümkün deyil. Sürətlə axıb gedir. Həm də hədər yerə...
***
Bazar gününün sakitliyi qonub feysbukun çöhrəsinə...
***
"Xabi-qəflət" əbədidir! Yatanlar və yatmağa meyllilər həmişə tapılacaq...
***
SSRİ dindən imtina etsə
də, öz idarəetməsində İslam ideologiyasından çox
şey əxz eləmişdi, bəhrələnmişdi.
Rəşad MƏCİD
525-ci qəzet.- 2019.- 8 may.- S.11.