"Repressiyalar milli yaddaşda": Bəkir Çobanzadə yad edilib

 

 

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli dilçi alim, professor Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş "Repressiyalar milli yaddaşda" adlı tədbir keçirib.

 

Tədbirdə AMEA-da ali təhsil müəssisələrində Bəkir Çobanzadə yaradıcılığını tədqiq edən alimlər tələbələr iştirak ediblər.

Çıxışlardan əvvəl Bəkir Çobanzadənin həyat yaradıcılığından bəhs edən, MEK tərəfindən hazırlanmış avtobioqrafik videoçarx nümayiş etdirilib.

Mayın 15-də dilçi alim Bəkir Çobanzadənin doğum gününün olduğunu xatırladan MEK direktoru Leyla İmanova keçirilən tədbirin Azərbaycan milli yaddaşına verə biləcəyi töhfədən, MEK- bu kateqoriyaya aid məlumatların sistemli şəkildə mühafizə olunmasından danışıb.

Filologiya elmləri doktoru, professor Cəlal Qasımov Bəkir Çobanzadənin zəngin çoxşaxəli elmi irsindən danışaraq, Azərbaycan elmi-mədəni ictimai fikir tarixində prinsipial əhəmiyyətli mövqeyini, türkologiya elminin formalaşmasında xidmətlərini vurğulayıb. Alimin ədəbiyyat, dil, dil tarixi, dialektologiya, əlifba digər məsələlərlə bağlı bir çox ilklərə imza atdığını deyib. Görkəmli alimin təkcə elmi fəaliyyəti ilə deyil, həm bədii fəaliyyəti ilə tariximizdə müstəsna rol oynadığını söyləyən C.Qasımov Bəkir Çobanzadə yaradıcılığında onun şeirləri, hekayələri publisistik məqalələrinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Bədii əsərlərində əsarət altında inləyən xalqının iztirabının, milləti maarifləndirmək yolunda əzminin əks olunduğunu qeyd edib.

Daha sonra çıxış edən professor Adil Babayev B.Çobanzadənin dilçilik, ədəbiyyatşünaslıq türkologiya sahəsində elmi elmi-təşkilati fəaliyyətindən danışıb. Azərbaycan filologiya elminin baniləri M.Dadaşzadə, M.Şirəliyev, F.Qasımzadə, Ə.Dəmirçizadənin B.Çobanzadənin yetirmələri olduğunu deyib.

BDU-nun kafedra müdiri, professor Ramiz Əsgər, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşları İsmixan Osmanlı, Nizami Muradoğlu B.Çobanzadənin elmi irsində ümumtürk lüğəti ədəbi dili çalışmaları mövzusunda çıxış ediblər.

Professor Yeganə İsmayılova C.Qasımovun müəllifi olduğu, B.Çobanzadənin həyat fəaliyyətini, elmi yaradıcılığını incələyən "Bəkir Çobanzadə" tədqiqat əsəri haqqında fikirlərini bölüşüb.

Tədbirdə, həmçinin, Macarıstanın Türkiyədəki sabiq səfiri, professor Yanos Hovarinin video-müraciəti nümayiş etdirilib. Müraciətdə alimin Macarıstanda təhsil aldığı Eötvöş kollecinin kitabxanası, dərs auditoriyaları, türkologiyaya dair dəyərli mənbələr başqa bioqrafik məqamlar nümayiş etdirildi. Qeyd edək ki, tədbirdə müzakirə edilən çap elektron materiallar ilə oxucular MEK- tanış ola bilərlər.

Ədəbiyyat İnstitutunda türkiyəli təsəvvüf araşdırmaçıları ilə görüş olub

Mayın 7-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyənin Üsküdar Universitetinin nəzdində fəaliyyət göstərən Təsəvvüf Araşdırmaları İnstitutunun rəhbəri Camalnur Sargutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktor müavini, fil.f.d., dos.Aygün Bağırlı açıb. Aygün Bağırlı çıxışında institutun direktoru, akademik İsa Həbibbəylinin salamlarını qonaqlara çatdırıb. O çıxışında bildirib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olan tarixi kökləri təsəvvüflə bağlı tədqiqatlar aparılır bu görüş gələcək əməkdaşlıq üçün əhəmiyyətlidir.

Sonra Camalnur Sargut Türkiyədə Təsəvvüf Araşdırmaları İnstitutunun qurulması fəaliyyəti ilə bağlı çıxış edib. Qonaq çıxışında Türkiyədə Təsəvvüf fəlsəfəsinin tarixi onun müasir tədqiqat istiqamətləri barədə iştirakçıları məlumatlandırıb onları maraqlandıran suallara cavab verib.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizova, filologiya üzrə fəlsəfə doktorları  Fəridə Hicran, Zəkulla Bayramlı, Könül Hacıyeva və elmi işçi Hürnisə Bəşirova mövzuya dair çıxış ediblər.

 

525-ci qəzet.- 2019.- 8 may.- S.13.