Heydər Əliyevin xatirəsi Milli Kitabxanada anılıb

 

 

Mayın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında oxucuların, kitabxana işçilərinin Xətai rayonu 17 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev" adlı sərginin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın direktoru Kərim Tahirov Ulu Öndərin həyat fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması möhkəmlənməsində, dövlətimizin inkişafındakı əvəzolunmaz xidmətlərindən, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində aparılan mədəniyyət siyasətindən, milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyərdən geniş söhbət açıb. Bildirib ki, mədəniyyətimizin hər bir sahəsi Heydər Əliyev qayğısından bəhrələnib.

 

Azərbaycan mədəniyyətinin inkişafına mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət qayğı ilə yanaşan Ulu Öndər, Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini verib: "Çağdaş kitabxana quruculuğunun özülü məhz 70-ci illərin əvvəllərində, Ulu Öndərin birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulub. Bu dövrdə bir sıra şəhərlərdə rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur. 1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait hərci-mərcilik şəraitində Azərbaycanın kitabxana şəbəkələri məhv olmaq dilemması ilə üzləşmişdi. Məhz bu dövrdə Ulu Öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin məhvinin qarşısını aldı", - deyə kitabxananın direktoru vurğulayıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndər dörd dəfə Milli Kitabxanada olub: "Hər gəlişi zamanı bir yenilik gətirib hər birində öz qeydləri, fikirləri olan öz şəxsi kolleksiyasından ibarət kitabları kitabxanamıza hədiyyə etməklə bir növ ziyalılar üçün çağırış edərək kitabxanaya kitab bağışlama ənənəsini yaratmışdır".

Direktor müavinləri Ədibə İsmayılova Mələk Xanım Hacıyeva, şöbə müdiri Səyyarə Məmmədli ictimai-siyasi şərəfli fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətini yaradan onun gələcək inkişaf istiqamətlərini müəyyən edən dahi şəxsiyyətin həyat fəaliyyətindən, kitabxanaya diqqət kitabxana işçilərinə qayğısından danışıblar.

Sonda tədbir iştirakçıları Ulu Öndərə həsr edilmiş "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti Heydər Əliyev" adlı sərgi ilə tanış olublar.

Sərgi bir həftə nümayiş etdiriləcək.

 

525-ci qəzet.- 2019.- 9 may.- S.8.