"Heydər Əliyev və Azərbaycan kinosu" mövzulu konfrans

 

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Dövlət Film Fondunun dəstəyi ilə "Heydər Əliyev Azərbaycan kinosu" mövzusunda konfrans keçirilib.

ARKİ-dən AZƏRTAC-a bildirilib ki, Dövlət Film Fondunda təşkil olunan konfransı ittifaqın birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycan kinosuna göstərdiyi diqqət qayğıdan söhbət açıb. Qeyd edib ki, bu il 121-ci illiyi qeyd edilən Azərbaycan kinosunun inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 2000-ci ildə Azərbaycan kinematoqrafçılarının peşə bayramı, "Milli Kino Günü" yaradılıb onun qayğısı ilə "Nəsimi", "Dədə Qorqud", "Babək", "Cavid ömrü", "Hökmdarın taleyi" başqa tarixi filmlər ərsəyə gəlib.

Tədbirdə kinoşünas Aydın Kazımzadə 1984-cü il mayın 18-də Moskvada SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavini Heydər Əliyevin Azərbaycan Kinematoqrafçıları ilə məşhur görüşünü xatırladıb.

Sonda rejissor Etibar Məmmədovun "Qalxan və Qılınc" filmi nümayiş olunub.

 

525-ci qəzet.- 2019.- 9 may.- S.9.