Yaqub Mahmudov:
"Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunudur"
"Sovet dönəmində böyük ədib Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə,
cəsarət tələb
edirdi. Ulu öndər Heydər
Əliyev bu addımı ilə hələ Sovet imperiyasının mövcud
olduğu dövrdə
sübut etdi ki, bu imperiya
xalqımıza qarşı
çox ağır cinayətlər törədib".
Bunu Azərbaycan
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. O qeyd edib ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin
(BDU) Tarix fakültəsinin
dünya şöhrətli
məzunudur: "Biz I kursda
təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman ulu öndər
dövlət təhlükəsizlik
orqanlarında çalışırdı.
Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb
etdiyini yaxşı anlayırdıq".
Tarixçi alim bildirib:
"1960-61-ci illər idi,
IV kursda oxuyurduq. Özüm də tələbə komsomol təşkilatının
katibi idim. İstedadlı tələbələrdən biri sovet dövlətini
pisləyən vərəqələr
yaymışdı. Hamımız qorxurduq ki, bu
gənci məhv edəcəklər. Mənə dedilər
ki, qapalı komsomol yığıncağı
keçirim. Yığıncaqda Dövlət Təhlükəsizlik
Komitəsindən gəlmiş
Heydər Əliyev də iştirak edirdi. Müxtəlif çıxışlar oldu. Bir qrup gəncin
vəziyyətini yüngülləşdirmək,
digər qrup isə onun universitetdən
qovulmasını tələb
edirdi. Yığıncaqda ulu öndər
bir saatadək çıxış etdi.
Çox
ibrətli çıxış
idi və sonda iki cümlə
ilə bu gəncin taleyini bütün təhlükələrdən
qurtardı. Dedi ki, "görürəm,
burada yoldaşlarını
cəsarətlə müdafiə
edən sağlam gənclik çoxluq təşkil edir, onların bu gəncin tərbiyəsinə
gücləri çatar".
Sonralar başa düşdük ki, bir nəfər
xalqını sevən
cəsarətli azərbaycanlının
DTK kimi təşkilatda
çalışması minlərlə
övladımızın məhvolma
təhlükəsindən xilası
deməkdir. Mən sonralar
da Heydər Əliyevin xalqımızın
bir çox oğullarını, ziyalılarını
repressiya qurbanı olmaqdan xilas etməsinin dəfələrlə
şahidi olmuşam".
Akademik qeyd edib ki,
Heydər Əliyev Atatürk, Cəvahirləl
Nehru, Corc Vaşinqton,
Bismark, De Qoll kimi məşhur siyasi xadimlərlə bir sırada, özü də daha uca zirvədə
durur: "Çünki
Heydər Əliyev onların hamısından
fərqli olaraq bir-birilə daban-dabana zidd olan iki
sistemdə yaşayıb
və bu sistemlərin hər ikisində siyasət olimpinin ən uca zirvəsinə yüksələ bilib. Sovet vaxtı Azərbaycan Dövlət Neft Akademiyasını Volqaboyuna
köçürtmək istəyirdilər.
Ulu öndər bunun qarşısını aldı
və əksinə, Bakıda Dərin Özüllər Zavodunu tikdirdi. Bununla da müstəqil
Azərbaycanın iqtisadi
təməllərindən birinin
özülünü qoydu.
Müasir Azərbaycan dövlətini
qurdu".
C.ABASOV
525-ci qəzet.- 2019.- 11 may.- S.7.