İLK
CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ
DÜŞÜNCƏLƏR
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, onlarla və bu günümüzlə fəxr
edək!
(Əvvəli
ötən şənbə sayımızda)
PARİSDƏN
MƏKTUB
Ötədən
Bəridən
Temuçin Bakıda doğulmuş fəqət Parisdə
böyümüşdür. Temuçin daha
körpə ikən əbəveyni (valideynləri) buraya gəlmişlərdir.
Çocuq şimdi burada fransız məktəbinə
gediyor. Parisdə böyümüşsə
də kəndisinə məxsus ayrı bir vətəni
olduğunu biliyor. Bilməm çocuğun xəyalında
"Azərbaycan və Bakı" sözləri nasıl bir
rəng və ruh alıyor... "Bən Azərbaycanlıyam,
orada nənəm, amcam var" diyor. Arqadaşlarına Azərbaycandan,
Bakıdan, annəsindən, babasından eşitdiklərini bir
az da yaxın kəndi xəyalxanəsindən
əlavə edərək hekayə ediyor.
-
Biliyormusunuz bizim də sizin "Sen"dən daha böyük
irmağımız, çiçəkli, güllü
bağlarımız, çəmənlərimiz, uca
dağlarımız, gözəl ormanlarımız vardır!
Məktəbdə ona hər kəs "La Petit
Azerbaidjanian" diyor.
Temuçini 28 Mayıs İstiqlal Baryamı mərasimində
görməli idi. Köksündə ufacıq bir Azərbaycan
Bayrağı, böyük bir təlaş, sevinc və nəşə
ötəyə-bəriyə qoşuyordu. Ətrafında bəlkə
də qafasının tamamən qavramayacağı
böyük bir bayram olduğunu hiss ediyordu. Arada-sırada
Temuçin bir fransız xanımın yanına qoşaraq
onunla bir şeylər qonuşuyor, gülüyordu.
-
Temuçin bu kur yapdığın xanım kimdir - deyə
şaka etdim. Çocuk bir az qızaraq
güldü.
-
Tanımıyorsunuz əfəndim, bu mənim müəlliməmdir.
Gəlin sizi tanış edəyim. Rizamı bəkləmədən əlimdən
çəkərək həmən xanımın yanına
götürdü. Bizi bir birimizə
"prezante" etdi.
- Madmazel
Martini.
Sadə fəqət çox sevimli tərzdə geyinmiş
bir madmazel.
- Əfəndim, Temuçin bəni də azərbaycanlı
yapdı. Daima Azərbaycandan konuşur. Bizlərdə
məmləkətimizə qarşı ciddi bir əlaqə və
simpati oyandırdı.
Bir az ötədən bəridən qonuşduq. Temuçinin məktəbində birinci olduğunu
gizləmədigi bir heyrət və məmnuniyətlə
söylüyordu. Bu sırada baxdım Temuçin
Şeyx Şamilin torunu (nəvəsi) .... xanımın əlindən çəkərək
bizim yanımıza sürüklüyor. Bunu da
müəlliməsi ilə tanışdırdı. Zənn ediyoram ki o gün Temuçinin bütün
tanışlarını müəlliməsi xanım da
tanıdı.
Ertəsi gün bəzi fransız ricalından (xadimlərindən)
və digər yerlərdən gələn təbrik
teleğraf və məktublarını oxuyurduq. Zərfin birindən 50 frank
ilə qısa bir məktub çıxdı. "Milli
davanızın propağandası yolunda sərf
üçün mənim bu ufacıq payımı qəbul etmənizi
və bundan fəzlə bacara bilmədigimdən dolayı məni
əfv buyurmanızı rica edərəm əfəndim.
Madmazel Martini".
Bu Temuçinin müəlliməsi xanım idi. Arqadaşlardan
biri xanımın evinə getmiş. Səmimi
təşəkkür və minnətdarlıq hislərimizi bəyanla
bərabər parayı bir növi iadə etmək istəmiş.
Bu arqadaş anlatıyordu.
"Parayı qətiyən geri qəbul etmədi. Məhəbbət
və Simpati fədakarlıq istər. Mən bu qədər
yapa biliyoram" dedi.
Şunu da ögrəndim ki, bu müəllimə
xanımın maaşı ayda 800 frankdır. İştə
Pier Lotinin Fransası.
***
"Franse Orient" komitəsində Qafqasiya və
Ukrayna Cümhuriyətləri mürəxxəsləri şərəfinə
böyük bir ziyafət verildigini biliyorsunuz. Həqiqətən
də enteresan bir ziyafət idi. Masada 260 dəvətli
arasında senatorlar, məbuslar, miralaylar, generallar və bir
çox ədib və mühərrirlər vardı. Xariciyə və hərbiyə nəzarətlərinin
birər nümayəndəsi də gəlmişlərdi.
Yemək başladı. Kəndi kəndimə
düşünüyordum: "Bu yaşlı başlı
fransızları buraya bu Qafqasiya ziyafətinə gətirən
amil nədir?" Bu sırada "Franse
Orient" komitəsi rəisi Müsyo Lenay sözə
başladı. Uzun boylu, uzun və qara
saqqalına epey dən düşmüş natiqin səsi
getdikcə yüksəliyordu.
"... Siz Qafqasiya və Ukrayna millətləri bilməlisiniz
ki, sizin bu istiqlal və hürriyət mücadilənizdə
bizim, Fransa millətinin bütün sempatisi sizinlədir.
Zülüm, istila və əsarət
dövrü keçmişdir. XX əsir,
millətlər istiqlalı və millətlər hürriyətinin
əsridir".
Görürsünüz natiq nə qədər hərarət,
nə qədər həyəcanla qonuşuyordu. Səsi bəzən
titriyordu. Yabançı bir adam zənn
edərdi ki, şöylə bir atəşlə söylənən
natiq bir qafqasiyalıdır. Məlum ya, qafqasiyalılar
üçün fəzləcə atəşlidirlər... Fəqət
işbu .... oluyor... Qafqasiyada axıdılan qanlar bir fransız münəvvərini
bir qafqasiyalı qədər həyəcana gətiriyor.
Görünüyor ki insanlıq hissinin insanlarda daha sönmədigi
yerlər də vardır... Natiq
sözünü bitirir-bitirməz salon alqış tufanı
ilə doldu.
Müsyo
Lenaydan sonra senator Renoult, Qafqasiya və Ukrayna Cümhuriyətləri
haqqında qayət dəyərli bir konferans verdi.
Azərbaycandan qonuşurkən Füzulidən, Sabirdən
böyük təqdir və təxəssüslə bəhs
etdi"... Bu millətlər hürriyət və
istiqlallarına qovuşacaqlar, qovuşuyorlar, qovuşmaq
üzrədirlər" deyə sözünü bitirdi.
Ziyafətdən çıxarkən yenə
düşünüyordum. Bunları, bu
fransızları, bu gün buraya gətirən, bizimlə bu
bir qaç həyəcanlı saatı bərabər
keçirdən nədir? Dənizlərin ötə tərəfində,
uzaqlarda bir məmləkət Qafqasiya.... Burada
fransızların bizimlə səmimi və həyəcanlı
bir dərdləşməsi....
Fransızların ötədən bəri hürriyət
dostu olduqları məlumdur. Hürriyətləri
uğrunda çarpışan millətlərdən bir
çoxunun burada dürlü-dürlü cəmiyətləri,
qəzetələri və məcmuələri vardır.
Yalnız Qafqasiya millətlərinin və
ukraynalıların burada bir çox qəzetə və məcmuələri
çıxıyor. İstənilən
zaman sərbəst konferanslar, siyasi milli günlərə aid mərasimlər
icra və konqrelər əqd olunuyor.
Fransızların
da daxili və xarici bir çox mühüm məsələləri,
dərdləri yoxmudur... Dəvə
böyüksə bağrı da böyükdür. Fəqət bununla bərabər dənizlər
ötəsindəki millətləri də unutmuyorlar. Nəyimə lazım zehniyəti burada hakim degildir.
Və bununla da Fransa qazanıyor. Bu qazanc nədir?
- Millətlərin
məhəbbəti!
Böyük Amerika Cümhuriyəti ilə Fransa
arasındakı dostluq və mütəqabil təməyülat
siyasətinin daha bundan bir əsir müqəddəm
qurulmuşdur.
O zaman hürriyət və istiqlal uğrunda mücadilə edən
Amerika millətinə ilk sempati göstərən və
metropoldan ayrılmış Amerika Cümhuriyətini ilk
tanıyan Fransa olmuşdur. Amerika hürriyətinin
qəhrəmanı Vaşinqtonun ən gözəl heykəli
Parisin ən gözəl məhəllində tikilmişdir.
Üç milyonluq ufaq Türk Azəri xalqı 6-7 sənədir
istiqlal uğrunda qanlar töküyor və hala tökməkdədir. Bu
qeyri-müsavi mücadilədə onun başına nələr
qaldı ki gəlmədi. Nə qədər qurbanlar verdi və veriyor. Nə qədər
zülümlərə vəhşi və namussuzca hərəkətlərə
düçar qaldı, qalıyor.
Qanlar içində çarpışan bu millət mənəvi
yardım səsini ancaq uzaqlardan eşidiyor. Uzaqdan da olsa
bu yüksələn səs, pək böyük bir qüvvət
və ümid verir.
Fəqət
gönül arzu etməzmi ki.... Könül arzu etmiyormu ki bu
kibi müəyyid səsləri zavallı Azəri Türkləri
daha yaxından, daha fəzlə ümduqları yerlərdən
eşidə idilər...
***
Bugünlərdə Cenevrədən dönən bir
Ukraynalı ilə görüşdüm. Bir qaç gün əvvəl
xitam bulunan Cəmiyəti-Əqvam
məclisi haqqında fikir və təəssüratını
söylüordu.
Cəmiyəti-Əqvamın bu dəfəki məclisinin
əhəmiyəti ancaq böyük dövlətlərin
xariciyə nazirləri arasında Cenevrədə cərəyan
edən xüsusi görüşmələr, müzakirə və
müşavirələrdə idi. Bu xüsusi müzakirələrdə
İngiltərə, Almanya, Yaponya, Fransa, İtalya və
Belçika nümayəndələri uzun-uzadıya Rus məsələsi
ilə məşğul olmuşlardır. Nə
qonuşulmuş, qərarlar nə olmuş, pək də bəlli
degil, gizli tutuluyor. Fəqət bir şey
mühəqqəqdir ki bu mülaqatlar nəticəsində məsələnin
əsaslı nöqtələrində etilaf hasil olmuşdur.
Hətta sovetlərlə münasibət məsələsində
bir az mövqei-məxsusi olan Almanya xariciyə
naziri Herr Stresemanın da digər rüfəqası ilə tam
mütaqib qalmışdır. Və Renanya məsələsi
ilə Almanyanın Şərq hüdudlarındakı
istehkamlar məsələsi üzərinə də bu dəfə
çox qolaylıqla rəylərdə etilaf hasil olmuş... Bu gizli celsələrin bir nəticəsi
aşikardır. Cenevrə otellərində
bolşeviklərə kredi açmaq ehtimallarına dərin
bir məzar qazılmış və "uzun xəstəlikdən"
şimdiyə qədər bir növi şəfa bulmayan bu məsələ
bir dəfəlik gömülmüşdür. Hər
halda Mister Chamberlain Cenevrədən yəqin ki məmnun
dönüyor... Və ona bu dəfə ən
çox yardım edən bizzat bolşeviklər oldu. Son günlərdə yenə başladıqları
terörləri ilə məhkəməsiz, sualsız,
cavabsız bu qədər adamları sərçə kibi
qurşuna düzmələri ilə İngilis siyasətini təqviyə
etdilər.
Anladığıma görə bu dəfə artıq
Cenevrədən anti bolşevik rüzgarı şiddətlə
əsməyə başlamışdır.
Paris, 20 Həziran
(iyun) 1927
Mustafa
(Çokay oğlu)
"Yeni
Qafqasiya", 1 Temmuz (iyul) 1927, ¹ 19(88)
SOVET
RUSYANIN MƏNƏVİ TƏCRİDİ
I
Nəhayət komunist həqiqətini, onların daxildəki
vəziyətlərini və xaricdəki ikiüzlü siyasətlərini
bilənlərin çoxdan bəklədikləri şey vaqe
oldu. Bu bəkləyənlər günün günorta
çağı Sovetlər tərəfindən istilaya məruz
qalan və şimdiyə qədər Moskva hökumətinin
istilası altında inləyən millətlərdir. Oktyabr ixtilalına (inqilabına) qədər
Kerenskiyi millətlərin həqqi-istiqlal və həqqi-hürriyətlərini
qəbul etdirməklə ittiham edən komunistlər, hakimiyəti
əllərinə aldıqdan sonra, kəndiləri milli
hürriyət və istiqlal hərəkatlarını
kökündən kəsməyə başladılar. Hətta bolşevizmdən daha əvvəl istiqlala
malik və kəndilərinə görə bir dövlət
qurmağa müvəffəq olan Polşa və Finlandiya kibi
millətləri dəxi istiqlaldan məhrum etmək istədilər.
Mavərayi Qafqasiyada dəxi, bolşeviklər
xüsusi agentləri vasitəsilə milli hərəkatı
öldürməyə və bu məqsədlə millətlər
arasında milli ixtilafı qüvvətləndirməyə
çalışdılar. Bu məqsədlə
1917 kanuni-əvvəlində (dekabrında) Tiflisdə hökuməti
ələ almaq istədikləri kimi, Bakıda mart 1918-də
erməni müsəlləh qüvvələrilə Türk
xalqını qılıncdan keçirərək Erməni-Türk
xalqını vəhdətdən uzaqlaşdırdılar və
kəndi istifadələrindən ötürü bu millətlərin
milli ədavətlərini dərinləşdirdilər. Eyni siyasəti Şimali Qafqasiya millətləri
arasına dəxi salmaqdan çəkinmədilər.
Millətlər və milli hökumətlər əleyhinə
bolşeviklər Baltik sahilində dəxi az
əmək sərf etmədilər. Buradakı əməkləri
qanlı müsəlləh müharibələrə qədər
vardı. Türküstan və sair cəhətlərdə
müstəqil olmağa müvəffəq olmayan məhkum millətlər
arasında isə milli hərəkatları öldürmək
üçün bolşeviklər 2 milyondan ziyadə Türk məhv
etmişlərdir.
Bolşeviklərin millətlər məsələsi
daima, Rusya dairəsində olan millətlərin yalnız
istiqlal hərəkatlarını deyil, sadə milli, mədəni
inkişaf arzularının da ən ibtidada öldürmək
və ondan bir əsəri-həyat buraxmamaq və milli hərəkatlarından
müvəqqətən Qərb dövlətləri əleyhinə
istifadəyi təmin etməkdən ibarət olmuşdur. Biz
"müvəqqəti" kəlməsini işlətiyoruz,
çünkü Sovet hökuməti nəzərində millətlərin
istiqlalı qayə və məqsəd deyil, cahan
ixtilalından ötrü bir vasitədir. Yuxarıda
zikr etdiyimiz həqiqəti bolşevik istilasına
"qurban" olunmuş millətlərin nümayəndələri
daima təkrar etmişlərdir. Fəqət
onları dinləyən olmamışdır. Daha qüvvətli dövlətlərlə
hesabları olan millətlər, bolşevikləri kəndilərinə
müttəfiq biliyorlardı. Hətta alman kibi bir millət
bir vaxt az qala Şərqdəki müttəfiq
ilə birləşiyordu. Fəqət komunistlərin
Şərqdə və Qərbdəki fəaliyətləri
cahan millətlərinin gözlərini açdı və
onları təhdid edən komunizm təhlükəsini
gördülər. Bu surətdə
bolşeviklər, ixtilala qədər mövcud olan
bütün nüfuzlarını kəndi daxillərindəki
və xaricdəki millətlər arasında qeyb etdilər.
Bütün bu qüvvətlər, Rusya daxilində Asyada,
İranda, Çində, Misirdə bütün cahan
miqyasında bolşeviklərin sabiq "dostları" əleyhlərinə
çevrilmiş, kəndi istiqlalları üçün qan
axıdıyorlar.
II
Bolşeviklərin məğlubiyət və hizmətləri
yalnız millətlər cəbhəsində degildir. Onlar proletar və
burjua cəbhələrində də məğlub oldular.
Bolşeviklər oktyabr ixtilalında da demokratik
fikirlər və ünsürlər üzərinə qələbə
çaldıqdan sonra o qədər sərməst oldular ki Qərbi
Avropanın demikratisinə ölüm zərbəsi vurmaq
fikrinə düşdülər. Bu məqsədlə
müharibədə məğlub olacaq millətlərə
ümid bağladılar. Filhəqiqə bolşevizmdən
bir il sonra Orta Avropa dövlətləri
müharibədə məğlub oldular və Bolqarıstanda,
Avstriya-Macarıstan və Almaniyada ixtilal baş verdi. Öylə görünüyordu ki, Leninin
"Dünyanın ən çox kapitalist ölkəsində
etimai-ixtilal" ümidi doğru çıxmaqdadır.
Fəqət bu zamanda Rusyanın kəndi içərisində
bolşeviklərdən ötürü böyük təhlükələr
çıxmağa başladı və Admiral Kolçaq ilə
General Denikinin, Antanta dövlətlərinin müavinətilə
bolşeviklərə qarşı "Bəyaz hərəkatı"
başladı. Bu hərəkatın təşkilatsızlığı
və rus olmayan millətlərə qarşı dəxi
mübarizə etdigi və bu surətlə qeyri-rus millətləri
bolşeviklərlə müttəhid hərəkata məcbur
qalmaları idi ki, yalnız bolşevikləri mühafizə
etdi və Ağ hərəkat qalib gəlmədi.
Vəziyətlərinin ən qorxulu zamanında
bolşeviklər, Qərbi Avropanın əmələ hərəkatı
rəhbərlərinə müraciət etdilər. Oğrady,
Lansburğ Makdonald və sairlərinin əfkari ümumiyəyə
və hökumətlərinə etdikləri təsirlər nəticəsində
Antanta, Rusya işlərinə müdaxilədən vaz
keçməyə məcbur oldu. Bəyaz
hərəkat və müdaxilədən sonra Sovet hökuməti
yenə Qərb əmələ hərəkatı rəhbərlərinin
yardımı ilə kəndini burjua dövlətlərincə
təsdiq etdirməgə girişdi. Halbuki
eyni zamanda həmin əmələ rəhbərləri
üçün bolşeviklər dar ağacları
hazırlıyorlardı. Hizmətlərinə
baxmayaraq cahan sosyalist hərəkatının rəhbərləri
olan Kautski, Şeydemanın, Bernştein, Brantinq və
Vandervelde, Makdonald və sairlərini bolşeviklər
burjuazinin quyruğu, ixtilafçı və xain deyə
adlandırmaqda idilər. Bu "rəhbərlər",
məsələ böylə ikən nasıl olur da demokrasi
üzərinə qurulu Qərb sosyalizmi ilə rus bolşevizmi
arasındakı dərin təzadı görməyib də
bolşevik hiyləsinə aldanıyorlardı? Bunların bir qismi doğrudan da bolşeviklərin
"sosyalizm cənnəti" haqqındakı nəğmələrinə
aldanı-yorlardı. Bunlardan bir qismi o qədər
uzaq getdilər ki "Komunist İnternasyonal"ın
şöbələrini Qərbi Avropa dövlətlərində
təsis edərək bolşeviklərin yeganə istinadgahları
oldular. Əmələ rəhbərlərinin
əksəriyəti isə bolşevizmin həqiqi mahiyətini
iyicə anlıyor, onların nə kibi bir barbarlıqdan ibarət
olduğunu təsəvvür ediyorlardı. Fəqət bunlar Rusyada olduğu kibi, əmələ
və proletar kütləsi içərisində nüfus və
etibarlarını qeyb etməmək üçün məcburən
hərəkət ediyorlardı. Bu rəhbərlər
istiyorlardı ki, Sovetlərə hüsni-təvəccöh bəsləyən
Qərb əmələ kütləsi, bolevizmin məzərrətini
və əmələ kütləsinin faydası degil, zərəri
olduğunu kəndisi anlasın. Bunun
üçün dəxi uzun bir müddət və əsaslı
bir taktik lazım idi. 2-ci bir səbəb bu
idi ki, Qərb əmələ hərəkatı
başçıları Lenin, Trotski və sairləri kibi
şəxslərin nəhayət komunizmin qabili-tətbiq
olmadığını görüb anladıqdan sonra fərziyələrindən
əl çəkəcəklərinə ümid bağlamaqda
idilər.
Bir sözlə, bolşevizmin "evolusyon" üsulu
ilə demokratizmə doğru inkişaf edəcəgini bəkliyorlardı. İşdə
bu məqsəd üçün idi ki mükərrərən
bütün əmələ beynəlmiləllərinin birləşməsini
meydana atıyorlardı. Fəqət
bütün bu müvəffəqiyətlər əqim
qaldı. Əgər müvəqqəti
etilaflar vaqe olurdusa da bunlar da bolşeviklər tərəfindən
pozuluyordu. Rusyada sosyalistlərin təqib və edam edilmələri davam etdigi kibi, Qərb əmələ
rəhbərləri əleyhinə propağanda dəxi
susmuyordu. Nəhayət iş bir dərəcəyə gəldi
ki Qərbin yalnız əmələ rəhbərləri
deyil, əmələ kütləsi dəxi Sovet rejiminin və
bolşevizmin həqiqi mahiyətini anladılar, ondan üz
çevirməyə başladılar. Halı-hazırda
Sovetlərə, bolşevizmə və onun III
İnternasyonalına qarşı Viyana və II
İnternasyonalşılar vahid bir təşkilat halına gəlmişlər
və Qərbin bütün mütəşəkkil və
müttəhid proletar sinfi, Sovet hökumətinin terror və vəhşət
siyasətinə qarşı nifrətlər izhar ediyorlar.
İngiltərənin Rusya ilə qəti
münasibətini demək olur ki etiraz etmədən istiqbal edən
əmələ kütləsi və onun liderləri yumuşaq
bir surətdə etiraz etməkdədirlər. Fransa məbusanında isə sosyalistlər tam mənasilə
komunistlər əleyhinə təərrüzə
keçiyor, "siz komunistlər qatilsiniz" diyorlar. Bundan daha əvvəl Almanya, İngiltərə,
Fransa və Belçika sosyalistlərinin konqresi, komunistləri
qovmuş və aralarına buraxmamışlardır. Qərbi Avropada 30 milyonluq mütəşəkkil bir
əmələ kütləsi vardır ki bunları
bolşeviklər bi zaman kəndi tərəflərində
olaraq burjua əleyhinə istifadə etməyi ümid
ediyorlardı. Şimdi bu qüvvət yenə
vardır fəqət bolşevik tərəfində deyil,
bolşevik əleyhinə olaraq bir cəbhədir.
III
Daxildə və xaricdə bu qədər
müşkülatlara məruz qalan bolşeviklər nəhayət
"Müvəqqəti tənəffüs" dövrü
elan etməyə, cahan ixtilalını "təxir etməyə"
məcbur oldular. Burjua arxasında propağandadan maəda
qüvvətli bir ordu dəxi lazım idi. Fəqət
müasir əskəri və müharibə texniki adamdan ziyadə
fabrikaya, mükəmməl yollara və sairəyə
möhtacdır ki bunlar da paradan asılıdır. İştə bu səbəbdəndir ki Bolşeviklər
ixtilala olan ümidləri qırıldıqdan sonra burjua
dövlətlərinin qapılarını döyməyə və
para dilənməyə başladılar. Yeni
bir şüar meydana gəldi "Kapital ilə mücadilə
üçün kapital" və bu kapitalı əldə etmək
üçün bolşeviklər yalnız rus millətinə
aid olan sərvətləri deyil, qeyri-rus millətlərinin
milli sərvətlərini də satmağa hazır idilər.
Bolşeviklərin fikirləri hər kəsə
məlum isə də yenə öylələri bulundu ki
müahidələr sayəsində Rusyada bəzi iqtisadi mənafelər
təmin etməgə və digər tərəfdən də
bolşevikləri komunizm propağanından məhrum
qılmağa ümid bağladılar. O zaman öylə
güman edilmişdi ki, bolşeviklər beynəlmiləl
müahidələrə riayət edəcəklərdir. Lloyd George bu surətlə bolşeviklərə frak
geydirib onları "centlimen" yapmaq istəmişdi. Filhəqiqə Cenevrə Konferansına bolşeviklər
Avropanın ən məşhur dərziləri tərəfindən
biçilmiş kostyum geyərək gəldilərsə də
konferansın ən qızğın bir zamanında Sovetlərlə
Almaniya arasında əqd edilmiş bir Rapallo Müahidəsi
meydana gəldi. Bunu İngiltərə ilə
Fransa ilə İtalya və sairləri ilə əqd olunan
müahidələr təqib etdi. Bu müahidələrin
xarakteristik cəhətləri yekdigəri əleyhinə
propağandadan mütəqabilən vaz keçməkdən
ibarətdi. Fəqət təcrübə
göstərdi ki, bu müahidələr yalnız burjua
dövlətlərindən ötürü məcburi
tutuluyormuş. Cahan ixtilalı
üçün gərək Avropa dövlətləri daxilində,
gərək bu dövlətlərin müstəmləkələrində
bolşeviklər geniş bir sahədə əsaslı surətdə
hazırlanmaqda davam etdilər. Təbiidir ki ən
ağır zərbəyi bu dövlətlərin ən
qüvvətlisi və ən çox müstəmləkə
sahibi olan İngiltərə hiss etməyə
başlıyordu. Halı-hazırda bütün
xəyallar, təkamül və müahidələr təcrübəsi
qüvvəsini qeyb etmiş, müqabilində Avropada və
müstəmləkələrdə bolşeviklərin
vücuda gətirdikləri böyük və dərin ixtilal dəxi
deyilsə də, bir anarşi təhlükəsi
qalmışdır. Vəziyəti qurtarmaq
üçün Sovetlərə qarşı müahidə və
imzadan daha əsaslı tədbirlər lazımdır. Bu təşəbbüsü də İngiltərə
dəröhdə etmişdir ki şübhəsiz kəndi mənafeləri
üçün digərləri də onu təqib edəcəklərdir.
Əkbərağa
Şeyxülislamzadə
"Yeni
Qafqasiya", 15 Temmuz (iyul) 1927, ¹20
SÜRÜLƏN
MİLLİYƏTPƏRVƏRLƏR
1923-dəki ümumi həbslərdən sonra 1924-də
Rusyanın Şimalına və Bəhri-Mühiti-Müncəmidi
(Buzlu okean) şimalındakı Soloveçki Monastra
sürülən milliyətpərvər gənc Azərilər
haqqında "Yeni Qafqasiya" vaxtında təfsilatı ilə
yazmışdı. Bunlar həp darülfünun tələbəsindən
ibarət bir qafilə (dəstə) idi. Bu qafilənin
müddəti-məhkumiyətləri çoxdan tamam olmuş
və Azərbaycana dönmək zamanları gəlmişkən
daha qaytarılmadan arxalarınca 2-ci və 3-cü olmaq üzərə,
keçən il və bu il yeni münəvvərlər
qafiləsi sövq olunmuşdur. Biz 1924-dən bu
vaxta qədər Sibiryaya sürülən, Rusiyanın
müxtəlif yerlərinə sövq olunan tək-tək
milliyətpərvərləri bu qafilələr xaricində
tutuyoruz. Eyni surətlə 1922 sənəsində Urala
sövq olunan sabiq Məclisi-Məbusan əzalarından Səfikürdlü
Arslan, Qaraşarlı Rıza Bəy və tələbələrdən
Feyzullahzadə dəxi bu böyük qafilələr xaricində
bulunuyorlar.
Keçən
ildə və bu il həbs olunub da Rusyaya
sövq olunan qafilələrdən bəhs etməklə biz bu
dəfə bu qafilələri təşkil edənlərin
haqqında qısa bir məlumat vermək istiyoruz.
Bu qafilələr içində bulunanlardan şimdilik
bizcə bəlli olanlar bunlardır. Əli Yusif (Paris Sciencə
Politique Məktəbindən məzun öğrənci), Azərbaycanın
atəşin milliyətpərvər şair və mühərrirlərindən
biridir. 1919-1920-də milli hökumət tərəfindən
Avropaya göndərilən tələbələr içində
bulunmuş, Parisdə məktəbi-siyasi itmamından sonra
1923-də Bakıya dönmüşdür. Əli Yusif Bakıya gəldikdən sonra Bakı Ali
Politexnik İnstitutunda müdərrislik etməklə bərabər
Azərbaycan Ədəbiyat Cəmiyəti və "Ziraət
Bankası" katibi bulunuyordu. 1924 sənəsindən
başlayaraq dəfələrlə tutulmuş və nihayət
hər gün "Çeka"ya gedib təqdim olunmaq şərtilə
sərbəst buraxılmışdır. 1925
sonlarında həbsə alınaraq bu vaxta qədər uzun
müddət geri - insani işkəncələrə məruz
tutulduqdan sonra Rusiyanın Şimalına sövq olunmuşdur.
Dadaş
Həsənzadə, Əli Yusiflə bərabər tövqif və
Şimala sürülən bu gənc 1925-də Bakı
Darülfünunu Tib fakultəsini itmam etmiş münəvvər
milliyətpərvərlərdəndir.
Əhməd
Hacızadə: İstiqlal dövrünün milli ordu
zabitanında bulunan bu gənc hökuməti-milliyə
dövründə telsiz teleğraf ixtisasını kəsb
etmiş və orduda da bu vəzifə ilə xidmət ediyordu.
İstiladan sonra sair zabitlərimizlə bərabər
illərlə Sibiryada bulunmuş və nəhayət bir vasitə
ilə övdət edib Bakıda qəzetələrdə
çalışıyor və Darülfünunun Şərq
fakultəsində təhsillə məşğul bulunuyordu.
Rəhim
Bəy Vəkilli: Bakıda Darülfünunun Şərq fakultəsi
Tarix-İctimaiyat Şöbəsini itmam (qurtarmaq) üzərə
diploma imtahanı vermiş olan və bu zamanda tövqif və
sürülən bu gənc milli hökumət dövründə
Məclisi-Məbusan əzası idi. Rəhim Vəkillinin
ismi Azərbaycan istiqlal tarixilə sıxı surətdə mərbut
bulunmaqdadır. 1918-də, 28 Mayısda Azərbaycan
istiqlalını elan edən Şurayi-Millinin 2 katiblərindən
biri də bu gənc idi. İstiladan sonra Rəhim
Bəy dəfəatlə tutulmuş və bu həbslərdə
böyük qəhrəmanlıqlar göstərməklə məruf
olmuşdur.
Əbülfəzl
Babazadə: Bu gənc, qüvvətli lisana, qələmə,
məlumata malik olub, Azərbaycan Darülfünunun Şərq
fakultəsi Ədəbiyat Şöbəsinin itmam etmək
üzərə bulunuyordu. Əbülfəzl
Babazadə daha gənc ikən, 1914-də ruşdiyə orta məktəblərdə
ikən ictimai həyata atılmış, gizli gənclər cəmiyətlərində
əzalıqdan katib və riyasətligə qədər
yüksəlmiş, Azəri gəncliginin çox sevdigi
simalardan biridir.
Məhəmməd
Həsən Baharlı: Azərbaycanın iqtisadiyat və
ictimaiyət alimlərindən olan Məhəmməd Həsən
Baharlı (Vəliyev) 1917-də Kiyev Darülfünununu itmam
etmişdir. Gərək Kiyevdə gərək
Azərbaycanda ikən Məhəmməd Həsən Bəy
milli hərəkatlarda, istiqlal mübarizələrində
yaxından iştirak etmişdir. İstiladan
sonra isə Məhəmməd Həsən Bəy fəaliyətini
tətəbbö (araşdırma), mühərrirlik və
müəllimlik sahəsinə atmışdır. "Azərbaycan Ali İqtisad Şurası
Əxbarı" namində birinci dəfə olaraq
çıxan elmi və iqtisadi bir məcmuəyi illərdən
bəri idarə edən Məhəmməd Həsən Bəy
"Azərbaycan iqtisadi, etnoğrafi və coğrafisinə
aid" elmi bir əsər yaratmış və Azərbaycan
tarixini tədqiq edərək bu xüsusda dəxi bir kitab
meydana gətirmişdir. Son zamanlarda Məhəmməd
Həsən Bəy, Bakıda Ali Pedaqoji İnstitutu ilə
Darülfünunda Azərbaycan tarixi kursunu tədris etməkdə
idi.
Qəzənfər
Sultanzadə: Bakı Ali Pedaqoji İnstitutu son sinifi tələbələrindən
olan bu gənc, milli hökumət dövründə Məclisi-Məbusanda
maliyə komisyonu katibi bulunuyordu.
Müseyyib
Bədəlbəyli: Bakı Darülfünunu Şərq
fakultəsi Tarix-İctimaiyat Şöbəsinin son sinifində
bulunan bu gənc fədakar bir milliyətpərvərdir.
İsfəndiyar Bəy Vəkilli, Muin Niyazi və Mir
Əbdülqəni Bakı orta məktəblərində
müəllimlik edən münəvvər simalardır.
İbrahim
Axundzadə: Milli Ordu zabitlərindən olan bu gənc istila
dövründə orta məktəblərdə müəllimlik
vəzifəsində bulunmaqda idi.
Rusiyaya sürülən münəvvər milliyətpərvərlərin siyahısı bunlarla bitmiyor. Bu siyahı yüzləri keçən sürülmüşlər içərisindən alınmış və şimdilik bizə bəlli olanlardır. Digərləri haqqında dəxi gələcək nömrələrimizdə məlumat verəcəgiz.
"Yeni Qafqasiya", 31 Temmuz (iyul) 1927, ¹21
BİR MÜLTƏCİNİN MƏKTUBU
(Təbrizdən göndərilən bir məktub)
Sonki təqibatdan qaçaraq Təbrizə iltica edən azərbaycanlı bir gənc bizə aşağıdakı məktubu göndərmişdir:
"... Müdhiş "Çeka" həyatından daha acı və çəkilməz mühacirət həyatına atıldığım hənuz bir ay olmadı. Azərbaycanımızın istiqlal mücadiləsinin bitmədiginə və bitmiyəcəginə əmin olduğunuz yəqinimdir. Son həbslər, sürgünlər, hətta edamlar buna şahiddir. 26 sənəsinin əvvəllərindən etibarən üzərimizə başlayan hücum təşrini-sani (noyabr) və kanuni-əvvəl (dekabr) aylarında bilxassə şiddətləndi. Müsavat naminə anlaqlı ziyalılar və əski Azərbaycan ordusunda bulunan bütün zabitlər "Çeka"ya atıldı. Həbs olunanların miqdarı, bən kanuni-əvvəlin (dekabrın) sonlarında orada ikən, 7-8 yüz kişi qədər təxmin olunuyordu. Bən Bakıdan çıxdıqdan sonra, Səlyan Qışlasını mühasirəyə almış, bütün Türk zabitlərini yenidən həbs etmişlərdir. Bunlardan maəda (başqa) bir çox tələbə və müəllimlər də həbs olunmuşlardır. Məhbusların arasında qadınlar da vardır. Bir sənədən bəri həbsə alınan Yusifzadə Əli, "Çeka"da ağır surətdə xəstədir. Evlərindən heç bir şey qəbul etmiyordular. Ehtimal ki, şimdiyə qədər həyata vida etmişdir.
Yeni həbsə alınanlardan mən tanıdıqlarım bunlardır:
Vəkilli Rəhim, Baharlı Məhəmməd Həsən, Muin Niyazi, Mir Əbdülqəni, Nəsibli Əsəd, Vəkilli İsfəndiyar, Soltanzadə Qəzənfər, zabitlərdən Gəncəli Axundzadə Hüseyin, Bəkdəmir İmanov, gənc doktorlardan Dadaş, Darülfünun Şərq fakültəsi son kurs tələbəsindən 11 zat həbs olunmuşdur. Bunlardan tanıdıq-larım bunlardır: Əhməd Hacızadə, Əbülfəzl Babazadə, Bədəlbəyli Müseyib, Xəlil, Hüseyinzadə Surxay və başqaları. Məhbusların bir çoxunu Sibiryaya sürmək, digərlərini də edam etmək fikrində idilər. Mən həbs edilmək üzərə ikən qaçdım. 15 gündən bəridir ki, Təbrizdəyəm.
Möhtərəm yurddaş! Qüdsi istiqlalımız uğrunda hər şeyə təhəmmül etmək vəzifəmizdir. Ümid şöləsi ilə parlayan gözlərinizə baxar, əllərinizi sıxaram.
Bakıda "Müsavat" Firqəsi gizlin təşkilatı üzvlərindən
Əyn. Ha.
7 şubat (fevral) 1927
Təbriz
"Yeni Qafqasiya", 1 Nisan (aprel) 1927, ¹13
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2019.- 11 may.- S.20-21.