Bəşəriyyətə iman
üfürən kitab
Prof.Dr.
Könül Bünyadzadənin bu illər ərzində
apardığı və "Eşqin hikməti: Rabiə əl-Ədəviyyə
(VIII əsr) və Edith Stein (XX əsr)" kitabında
yekunlaşdırdığı təhlillər elm
dünyasında Stein araşdırmaları üçün
bir çox səbəbdən unikaldır. Bu səbəblərdən
bəzilərinin nəzəri ehtivasını şərh etməmişdən
əvvəl mən diqqəti belə bir məsələyə
yönəltmək istərdim.
İnanıram ki, bu detal kitabı təhlil edən oxucu
üçün çox faydalı olacaqdır. Məhz bu detalı
Bünyadzadə öz araşdırmalarına əlavə etməklə
kitabını əhəmiyyətli dərəcədə fərqləndirib:
əsər iki böyük monoteist din, daha dəqiq desək,
İslam və Xristianlıq arasında çox sıx
ünsiyyətin qurulması üçün möhkəm təməlin
qoyulmasına xidmət edir. Mən xüsusi olaraq "xidmət
edir" feilindən istifadə etdim, çünki təqdim
olunan kitabda müəllif öz mütəmadi
araşdırmaları ilə məhz "xidmət edir" və
bununla da sözün tam mənasında işinin xidmətçisinə
çevrilir. Yalnız belə olan halda, belə bir ciddi
araşdırma bir vasitəyə çevrilir ki, biz hər
şeyin fövqünə baxaq və biz özümüz ona
doğru yol çəkənə qədər "müqəddəs
olan"ın özünün bizə doğru gəldiyini
görək. Müəllifin işinin mənim
kimi digər oxucuları da imkan qazanırlar görsünlər
ki, "ortaq" tədqiqat yolu necə çəkilir. Adətən, iki nəhəng moteist din arasında
ümumi nöqtələr və ya kəsişmə nöqtələri
haqqında danışırlar. Müəllifdə belə
ortaq məqamların kifayət qədər çox
olmasına baxmayaraq, o, radikal bir dəyişiklik edir: o göstərir
ki, Rabiə əl-Ədəviyyə və Edith Stein
"ilahi" və "bəşəri"nin
birbaşa təcrübəsi vasitəsilə yenidən bir
ortaq yol yarada bilirlər. Bu yol imkan verir, anlayaq
ki, "ilahilik" və "bəşərilik" mistik təcrübədə
əriməklə bərabər gedə bilər. Bu
kitabda iddialar çox yüksəkdir, çünki "ortaq
nöqtələr" Haqq və deməli, Müqəddəs
olanın axtarışında ortaya çıxan
"ortaq" maraqla sərt şəkildə sıxışdırılıb
çıxarılır. Beləliklə, insan
mahiyyətin axtaranına çevrilir, çünki
özünün də dərinliyində müqəddəsliyin
izləri var.
Bununla da Bünyadzadə Təsəvvüf və
Xristianlığı təmsil edən iki qadının
müqayisəsini təqdim edir. Belə yanaşma ona
görə mümkün olub ki, müəllif yalnız Rabiə
əl-Ədəviyyənin deyil, hər şeydən öncə,
fenomenoloq Edith Steinin - Göttingen fenomenoloji ictimaiyyətin əhəmiyyətli
üzvünün də əsaslı cəhətlərini
ustalıqla uzlaşdıra bilib. Edith Stein
bir yəhudi ailəsindən gəlsə də, 1922-ci ildə
katolikliyi qəbul etmişdir. Steinin
intellektual yolçuluğu və onun Təsəvvüflə
ilk müqayisə cəhdini Bünyadzadə 2014-cü ildə
İtaliyada nəşr olunan antologiyada etmişdi. Bu
iş Vatikanın bir çox katolik fiqurları tərəfindən
müsbət qarşılandı, çünki Steinin şəxsiyyəti
ilk dəfə Quranın (İslamın) "seçilmiş
qadınları" ilə - hikmətə doğru
yolçuluğa dəvət edən qadınlarla bir müstəvidə
araşdırılırdı. Bunyadzadənin
"Yenidən Edith Steindən başlamaq"
kitabındakı töhfəsi "plüralist
düşüncənin" ilk cəhdidir. Faktiki olaraq, burada dünyanın müxtəlif yerlərindən
bütün Stein mütəxəssislərinin töhfəsi
vardır. Bunların arasında Azərbaycandan
da iki mütəxəssisin - hazırkı müəllifin və
prof. Səlahəddin Xəlilovun töhfəsi vardır.
Onlar yalnız Şərq və Qərbin
arasında kəsişmə nöqtələrini təqdim
etmir, həm də artıq salınmış yolun davam etməsi
üçün təməl qoyurlar.
"Eşq" və "mərhəmət" bu
kitabın etalonudur. Maskulin/feminin ikiliyinin dinamikasında təzahür
edən insanın varlığı haqqında
düşüncələr məhz onlardan başlayır.
Bünyadzadənin istifadə etdiyi istisnasız şəkildə
fenomenoloji metoddur: əgər ilahi çərçivə
bütün həcmi göstərirsə, insan burada mərkəz
nöqtə hesab edilir. Bu mərkəz nöqtə
müəllifin araşdırmada təqdim etdiyi davamlı
narahatlığını, axtarışını
canlandırır. O mənada ki, bir çox hallarda
insanın sosial və dini şərtlər tərəfindən
pozulan ləyaqətini bərpa edə bilir. Faktiki olaraq, öz
fərdiliyində qəbul edilən insan həmişə əlaqələr
üçün açıq olur: bu, nəzəri vəhdət
təqdim edilən kitabı yalnız fəlsəfi baxımdan
deyil, həm də etika nöqteyi-nəzərindən unikal
edir. Nə üçün insana müraciət
edəndə "əlaqələrdən" deyil, "əlaqədən"
danışırlar? Müəllif kifayət
qədər inandırıcı şəkildə göstərir
ki, yalnız "əlaqə" termini insanın fəaliyyətinin
həqiqətini əks etdirə bilir. Belə
ki, yalnız bir "əlaqə" vardır ki, insan
özü ilə, ilahi aləmlə, başqaları ilə əlaqədə
yaşayır. Beləliklə, yalnız
bir əlaqə vardır və o, müxtəlif "səviyyələrdən"
ibarətdir. Yalnız bu yolla insanın
unikallığı təmin edilir, qadının və ya
kişinin hərəkətləri yeni bir keyfiyyət qazanır.
Belə ki, "Mən-başqası-ilahi
Zat" əlaqəsində insan bilir ki, bu üçlükdə
elə bir vəhdət vardır ki, daim qorunmalıdır.
Əvəzində, bir çox hallarda "əlaqələr"
təcrübəsinə gəlib çıxır ki, o da
"Mən-başqası-ilahilik (sifətlər)"
üçlüyündə təzahür edir. Bu üçlük elə bir vəhdət ehtiva edir
ki, istənilən əlaqələrlə ayrıla bilməz.
Beləliklə, Bünyadzadənin əslində,
təhlil etdiyi etik həyatın və
"tolerantlığın" dəyəri bu
üçlükdə yalnız fərqləri deyil, həm də
fərqlərin harmoniyasını görmək
bacarığından asılıdır. Təsadüfi
deyil ki, insan ilk spesifikliyini öz ardıcılları ilə əlaqəni
yaşayanda kəşf edir: məhz onun ilk təcrübəsindən
biz kəşf edirik ki, daha böyük bir Spesifiklik var ki,
bütün dünyanı idarə edir. Buna
görə də Başqaya başqalarından təcrid
olunmuş yolu seçərək gəlmək mümkün
olmur. Düşünün ki, məsələn,
Edith Steinin düşüncələrinin yetişdiyi mühit
həmişə "ictimai", qarşılıqlı əlaqəli
olub. Onun hər bir iş yeri müqayisələrlə,
təxminlərlə, başqa müəlliflərə
istinadlarla zəngin olub. Elə müəlliflər
ki, Steinin görüşlərinin ruhunda, həqiqətə
çatmaq üçün aparan yolda fundamental olub; Husserl məktəbində
öyrəndiyi metod elə işləri ehtiva edirdi ki, sadə
bir monoloq şəklinə tamamilə yad idi. Məhz bu istiqamətdə Bünyadzadənin nəzəri
modeli bizə anlamağa kömək edir ki, "etik fəaliyyət"
ictimai həyatdan doğulur; xüsusilə oxucusunun anlaması
üçün məsuliyyət hiss edən kəslərin fəaliyyəti.
Oxucu anlasın ki, İlahiliyin
axtarışı təbii şəkildə bizi məqsədi
ümumi Xeyirə və insanın, istənilən bir
insanın ləyaqətinin qorunması olan keyfiyyətli
münasibətlərin qurulmasına aparır. "Mən-Başqa-İlahi
Zat" müxtəlifliyi necə bir xəzinənin mənbəyi
olmasına nümunədir və heç bir təhlükə
ola bilməz. Belə bir iddia
irəli sürməyə cəsarət edə bilərik ki,
dünyanı idarə edən müxtəliflik vacibdir, hətta
mən deyərdim, zərurətdir. Belə
ki, hər bir insan dünyada, həyatında öz şəxsi
fərdiliyini qoruyub saxlaya bilər (Lebenswelt).
Müəllif bizi geri - "bərabər işin" əhəmiyyətinə
doğru geri aparır ki, o, bir həyat tərzinə
çevrilə bilər. Belə ki, "Haqqın" axtarışı təcrid
olunmuş şəkildə aparıla bilməz və məqsədə
çatmaq üçün "çoxlarının"
köməyinə ehtiyac var. Ancaq bu yolla hər özünəistinad
vəziyyəti daha artıq təsdiq tapmır, çünki
bizim üçün yeni bir ölçü
açılır: "vəhdət" (Gemeinschaft). Bununla belə, daim "daxili baxışın" (əlaqənin
ilk səviyyəsi) müşayiət etməsi də
lazımdır. Çünki o bilir ki,
özünün və başqalarının fərdiliyində
ən böyük Başqanın ilk nüvəsini
görüb tanıya bilir. Bizim
başqalığımız daxilidir və bizə
Varlığın sonsuzluğuna bənzəyən alter ego-nun
(əlaqənin ikinci səviyyəsi) transsendentliyini
açmağa imkan verir. Beləliklə də,
vəhdətdəki həyatın qarşılıqlı əlaqəsində
insan daha böyük transsendentliyə (əlaqənin
üçüncü səviyyəsi) doğru
özünün ikinci imkanını yaşayır.
Bütün bu aspektlər və müəllifin
onların təhlil etdiyi üslub bu kitabı yalnız unikal
(unicum) deyil, həm də yeni edir. O, bizi idarə etməyi "Hikmətə"
həvalə edəndə necə bir yol cızmağın
mümkünlüyünü göstərir. "Hikmət"
sakitcə bizimlə bərabər gedən yol yoldaşı
kimidir və yalnız bu sakitliyi pozmaqla biz anlaya bilirik ki, bu
sakitlikdən ucalan sözlər bizim gündəlik işlətdiyimiz
sözlər kimi deyil, biz burada ancaq məna dolu sözlər
eşidə bilərik. Bünyadzadənin əvəzsiz
xidməti ondadır ki, bu "sözləri" Rabiənin
poetik dili və Editin artıq Auschwitz-Birkenau həbs
düşərgəsində bitirdiyi "Xaçın
elmi" Kreuzeswissenschaft (Scientia crucis) əsəri vasitəsilə
bərpa edir.
Mənim üçün böyük bir şərəfdir
ki, bu kitabla bəşəriyyətə iman
üfürdüyünə görə professor Könül
Bünyadzadəyə öz minnətdarlığımı
bildirim. Eyni
zamanda, bu həm də davamlı olaraq düşünməyə
dəvət edən bir etik borcdur: Müəllif böyük
bir səxavətlə bizi ruhlarımızın səylərini
təkrar birləşdirməyə dəvət edir. Bu, həm də vəhdətə bir dəvətdir.
Düşünməkdə davam etmək
lazımdır ki, düşünə bilək.
Hörmətli
oxucular! Akademiklər, Professorlar, əziz Tələbələr.
Belə bir əhəmiyyətli kitab haqqında bu yazı ilə münasibət bildirmək mənim üçün böyük fəxrdir. Çünki mən Professor Könül Bünyadzadənin ziyalı səmimiyyətini dərindən qiymətləndirirəm və hər zaman onun elmi araşdırmalarını böyük maraqla izləyirəm.
"Eşqin hikməti: Rəbiyyə əl-Ədəviyyə və Edith Stein" kitabının ərsəyə gəlməsi təkcə Stein Elmi Cəmiyyəti üçün əhəmiyyətli olmayıb, hər şeydən əvvəl İslam və Xristian mədəniyyətinin birgə "dialoqda" birləşdirə biləcək bir "körpü"dür. Biz bu "görüşü" "dialoq" yolu ilə mümkün etdiyi üçün Professor Könül Bünyadzadəyə borcluyuq.
Bir neçə il əvvəl, bir tədbir münasibəti ilə Romada Professor Könül ilə görüşdüm və ondan bu kitabı yazmasını xahiş etdim. Çünki mən onda öz spesifik sahəsində rəngarəngliyi və müxtəlifliyi inkişaf etdirmək üçün mədəniyyəti faydalı alətə çevirə bilən şəxslərin həssaslığını və elmi gücünü sezmişdim.
Hörmət, dinləmə qabiliyyəti, intellektual məsuliyyət, təfəkkür, müxtəlifliyin qəbulu - tolerantlıq Professor Konül Bünyadzadənin elmi yaradıcılığının fərqləndirici tərəfidir və o, mütəxəssislər üçün "birlik" rəmzi olan bu kitabın ərsəyə gəlməsində bu göstərilən keyfiyyətləri bir araya gətirməyi bacardı.
Bununla yanaşı, onu da demək istərdim ki, qadın həssaslığı bu kitabın rəmzidir (ölçüsüdür). Düşünürəm ki, heç bir kişi müxtəlif tarixi dövrlərdə yaşamalarına rəğmən "xoş məramlı" hər bir insanın təqib edə biləcəyi "yolu" vurğulayan Rəbiyyə əl-Ədəviyyə və Edith Steinin mənəvi yolunu təsvir edə bilməzdi. Qadın Allahdan ruh aldı və ilahi biliklər öyrədildi. Əvvəlcə mələklər onlara səcdə etdilər (Quran 2, 34). "İlahi bilik" hədiyyədir və güclü məsuliyyət daşıyır! Bu hədiyyəni sadəcə qəbul etməklə kifayətlənməməli, bu hədiyyəni həm də insanlara "çatdırmaq", "ötürmək" lazımdır. Yalnız bu zaman insan Allahın güvənini qazana bilər. İnsanlara bu "ötürmə" prosesi yolu ilə işlərimiz ilahi işıqla aydınlanacaq və biz, təəssüf ki, insan ləyaqətini alçaldan yalançı yoldan qaytarmaq ideyasının gücü ilə xatırlanan tariximizin inkişafına kömək edə bilərik.
Professor Könül Bünyadzadənin, bütün zamanların ziyalılarının, bizim hər birimizin hər bir insanın ləyaqətini qorumaq və yüksəltmək məsuliyyəti vardır və mədəniyyət bu həssasiyyəti yetkinliyə çatdırmaq üçün hərtərəfli xidmət göstərir. Bu məsuliyyət Professor Könül Bünyadzadə tərəfindən dərindən dərk edilmişdir və bu kitab bunun əyani "sübutudur".
Mən sizin hər birinizə və özümə arzu edirəm ki, mədəniyyətin xidmətçisi olaq və mədəniyyəti öz şəxsi maraqlarımıza çatmaq üçün "istifadə" etməyək.
Hər birimiz üçün "xidmətçi" olmaq, ardıcıl olmaq deməkdir. Bu, Allahın necə ardıcılı olmaq lazım olduğunu bilmək və özünü Onun yerinə qoymamaq deməkdir.
Bu xoş duyğularla, Sizin hər birinizə bütün yaxşılıqları arzu edirəm və Professor Könül Bünyadzadəyə təşəkkür edirəm ki, məndə "məsuliyyət" hissini yenidən dirçəltdi!
Prof.Dr. Francesco ALFİERİ
Pontifik Lateran Universiteti – Vatikan
525-ci qəzet.- 2019.- 15 may.- S.19.