Şair Yusif Həsənbəyin
yaradıcılıq gecəsi keçirildi
Beynəlxalq Muğam Mərkəzində
Əməkdar incəsənət
xadimi, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, şair, dramaturq, tərcüməçi
Yusif Həsənbəyin
yaradıcılıq gecəsi
olub.
Filologiya
elmləri üzrə
fəlsəfə doktoru,
tədqiqatçı Gülhüseyn
Kazımlının aparıcılığı
ilə keçən gecədə akademik Nizami Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli
və şairin sənət dostları onun yaradıcılığı
ilə bağlı düşüncələrini bölüşüblər.
Yaradıcılıq gecəsində çıxış edən
Yusif Həsənbəy
bu günün həyatının ən xoş anlarından olduğunu vurğulayaraq deyib: "Bu görüş
keçmiş görüşlərə
bənzəmir. Uzun yaradıcılıq
yolu keçmişəm,
indi də dostlarımın, oxucularımın
qarşısında bir
növ imtahan verirəm. Mən taleyimdən razıyam.
Çünki həmişə işləmişəm, yazmışam.
Bu illərdə onu başa düşmüşəm
ki, yazıçıyamsa
əsər yazmalıyam.
Çünki yazanda hər
şeyi unuduram".
Şair yaradıcılıq fəaliyyətini
davam etdirəcəyini
vurğulayaraq, belə
görüşlərin davamlı
olacağına əminliyini
bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxışında
bildirib ki, 1960-cı illərdə ədəbiyyatımızda
dönüş yaradan
parlaq şairlərdən
Məmməd Araz, Xəlil Rza, Tofiq Bayram, təəssüf
ki, dünyalarını
dəyişiblər. Amma onlardan
biri olan Yusif Həsənbəy aramızdadır. Anar Azərbaycanda
sözlərinə ən
çox mahnı bəstələnən şair
kimi tanınan Yusif Həsənbəyin bir-birindən maraqlı poeziya nümunələrinin
görkəmli bəstəkarlarımızın
diqqətini cəlb etdiyini söyləyib.
AYB-nin sədri
çıxışının sonunda şairi təbrik edərək ona yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, professor Nizami Cəfərov bildirib ki, Yusif
Həsənbəy yaradıcılığa
erkən çağlarından
uşaq şeirləri
ilə başlayıb.
Özünü yetişdirib böyüdükcə,
yaradıcılığı da tədricən inkişaf edib, kamilləşib. İndi o, peşəkar
şair, ədəbiyyatçıdır,
həyatını şair
kimi yaşayıb, ədəbiyyatın kapitanı
olub. Yusif Həsənbəyin son illərdə
yazdığı şeirlərin
hamısını oxuduğunu
vurğulayan N.Cəfərov
deyib: "Bu şeirlərdə
dəniz, ekoloji mühit, insanın təbiəti, ictimai-siyasi
məsələlər var. Bir sözlə, Yusif Həsənbəy yaradıcılığının palitrası genişdir. O, şeirlərini yazanda dərhal oxumağa vermir, əvvəl özü oxuyur, sonra ədəbi ictimaiyyətə təqdim
edir. Özü də şeirlərini
oxuyanda kövrəlir.
Bu o deməkdir ki, o, əsərlərinin
qəhrəmanları ilə
yaşayır".
Bildirilib ki, Yusif Həsənbəy
1932-ci ildə Quba rayonunda doğulub. İlk təhsilini
Quba Pedaqoji Texnikumunda alıb. Ürəyində dənizə böyük
məhəbbət olan
Yusif Həsənbəy
dənizçi olmaq istəyib. Dənizçilik məktəbinə daxil olsa da,
müəyyən səbəblərə
görə təhsilini
yarımçıq qoymalı
olub. Amma onun ürəyində
hər zaman dənizə getmək, dəniz haqqında əsər yazmaq hissləri baş qaldırıb. Uzun illərdən
sonra - 50 yaşında
olarkən ilk dəfə
dənizə çıxan
Yusif Həsənbəyin
həyatında bundan sonra dəniz dövrü başlayır.
Qeyd olunub ki, onun "Sualtı döyüşlər"
əsərinin qəhrəmanları
gerçək həyatdan
götürülən obrazlardır. Bu roman çap edildikdən sonra Azərbaycan ədəbiyyatında əks-səda
yaradıb. Belə bir
müqayisə də aparılıb ki, uşaqlar böyüyüb
ailə həyatı qurandan sonra pərvazlanıb ata evini tərk edirlər. Bədii əsərlər də belədir, yazıldıqdan sonra müstəqil həyata başlayırlar. Yusif Həsənbəyin
şeirləri də insan qəlbini riqqətə gətirir.
Tədbirdə Xalq artisti, qiraət
ustası Eldost Bayramov şairin şeirlərini səsləndirib. Sonra Xalq
artistləri Gülyaz
və Gülyanaq Məmmədovalar, Əməkdar
artist Gülüstan Əliyeva
və gənc xanəndələr Yusif Həsənbəyin şeirlərinə
bəstələnən mahnıları
ifa ediblər. İfaçıları Azərbaycan
Televiziyasının Əhsən
Dadaşov adına
Xalq Çalğı
Alətləri Ansamblı
müşayiət edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 17 may.- S.11.