Kamal Abdulla imzalı iki hekayə  

 

 

 

Əgər kimsə məndən, keçmiş tələbəsi kimi müəllimim Kamal Abdullanı şərh etməyimi istəsə, yəqin ki, sayacağım uzun epitetlərin başında "fərqli" sözünü işlədərəm. Fərqli insan, fərqli rəhbər fərqli pedaqoq... Ancaq çoxları kimi mən onu öncə yazıçı kimi tanımışdım. Fərqli yazıçı...

 

Hələ Bakı Slavyan Universitetində ondan dərs almamışdan qabaq "Unutmağa kimsə yox" "Sehrbazlar dərəsi" romanlarını oxumuş, oradakı mistikaya, yazıçı baxışına qarışıq situasiyaların rəvan təhkiyəsinə heyran olmuşdum. Sonra isə yazıçı Kamal Abdulla həyatımdakı statuslarını artırmağa başladı. Onun haqqında düşündüyüm "fərqli" sözü isə hər zaman həm onu, həm məni izlədi.

Adətən, oxucular yazıçıların öncə hekayələrini, yəni nisbətən qısa əsərlərini, sonra isə romanlarını oxuyarlar. Kamal Abdulla ilə mənim "tanışlığım" isə romandan hekayəyə davam etdi. Onun hekayəçiliyi haqqında geniş araşdırmalar aparmaq, uzun-uzun məqalələr yazmaq, hətta dissertasiyalar müdafiə edib monoqrafiyalar çap etdirmək olar. Bildiyim qədərilə, bunları edənlər var. Ancaq mən bu yazımda K.Abdullanın iki hekayəsindən söz açmaq fikrindəyəm: "Bir yay axşamı" "Qar". Adlarına nəzər salsaq, fəsil etibarilə bir-birinə zidd zamanlardan söhbət getdiyini düşünə bilərik. Elə seçimimdəki əsas səbəb budur: K.Abdullanın yaradıcılığındakı ilkin təəssüratın yanıldıcılığı.

Hər iki hekayədə hadisələr bir-birinə yaxın zamanlarda baş verir. İkisi hekayədən daha çox novella təsiri bağışlayır. Mövzular obrazlar isə tamamilə fərqlidir.

***

"Bir yay axşamı" gənclik həvəsi məsum sevginin yaratdığı qarışıq duyğulardan bəhs edən romantik çalarlarla süslənmiş realist hekayədir. Hadisələr onun məntiqi nəticəsi real həyatın axışına tamamilə uyğundur. Hisslərin təsviri, duyğuların ifadəsi isə oxucuda romantik ab-hava yaradır.

Orxan ortayaşlı bir adamdır. Ona gənc demək olmur, qocaldığını iddia etmək . Ancaq ruhən, düşüncə etibarilə özünə yanaşmasına görə "ağırbaşlı" biridir. Bir yay axşamı qardaşı da daxil olmaqla bir neçə oğlan qızların birgə oynadıqları qəribə oyuna baxarkən düşündükləri onun özünə yaşına qarşı yanaşmasını bir daha sübut edir: "Bizim vaxtımızda biz belə oyunlar oynamırdıq. Məktəbdə oxuduğumuz zaman qızlarla ən isti təmasımız "əl-ələ" oyunu idi. Əlin ələ toxunması bizim üçün artıq sirr idi..."

Orxanın başında gənclik həvəslərinin qaldığını iddia edə bilmərik. Ta ki qonşuluqdakı Həliməyə qarşı duyğularını öyrənənə qədər. On yeddi yaşlı qıza qarşı hiss etdiyi qəribə duyğular oğlanın özünü çaşdırır o, bunu özünə etməyə cəsarət göstərmədən rədd etməyə çalışır. Bu hissləri ilkin yaradan isə elə Həlimənin özüdür: "...Orxanın bu vaxtacan yadında dəqiq qalan odur ki, bu Həlimə onu təklikdə görəndə yanaqları qıpqırmızı qızarır, qaşının biri təəccüblə yuxarı dartılırdı. dinirdi, danışırdı. Əvvəl-əvvəl Orxan bunun fərqində deyildi. Bir müddət keçdi. Orxan bunun fərqində o zaman oldu ki, təklikdə Həlimə ilə qarşılaşanda başladı hiss eləməyə ki, onun özünün yanaqları belə təkbətək görüşlər zamanı ağırlaşır, isinir".

Bütün bu hallar həm qız, həm oğlan üçün ilkdir, yenidir, əl dəyməmişdir. Ona görə hər ikisi bununla necə davranacaqlarını bilmirlər. Bu sevgini gələcəyə aparan ruhdakı unudulmaz dadını yaradan isə həmin axşam həmin oyunda yaranan kiçik öpüş olur. Həlimənin Orxanın yanağına qondurduğu o şıltaq öpüş 15 il sonra belə onu izləyir, şirin xatirənin alovlu izi kimi dodağının küncünü yandırır.

Kamal Abdullanın "Bir yay axşamı" hekayəsi lal sevginin hələ doğulmadan ölməsi, daha doğrusu, əbədi susqunluğa tərk edilməsi haqqında ən gözəl əsərlərdən biridir.

***

Əbdürrəhim bəy Haqverdiyevin xatirəsinə həsr olunmuş "Qar" hekayəsində hadisələr isti ayların birində baş verir. Şəhərə artıq beş ildir ki, qar yağmır. Müəllifin dili ilə desək, "soyuq, şaxta düşürdü, tufan qopurdu, hətta ağacları kökündən qoparan küləklər əsirdi, amma qar... qar yağmırdı".

Artıq hər kəs qardan əlini üzmüşdü. Bircə Həsən əmidən başqa. O, həm özü inanır, həm camaatı inandırırdı ki, qar yağacaq, hökmən yağacaq, axı "adamın gözü qar görməlidi. Yoxsa olmaz".

Vəziyyət o həddə çatmışdı ki, insanlar Allahı da, təbiəti , qarın yağıb, yağmamasının təbii səbəblərini unudub Həsən əmidən qar tələb edirdilər. Uşaqlı böyüklü hər kəs. Savadlısı da, savadsızı da. "Gözlərindən cin çıxan qonşu uşaqlar" "gözləri itiliyini itirmiş" qocadan əl çəkmir, ona görən kimi "qar yağacaq?" - deyib sual edirdilər.

Elə mənzərə yaranmışdı ki, sanki qarı Həsən əmi yağdırmalıdır, o isə camaatı aldadır, yağdırmır. Yoxsa Qəddar Malik hirslə, nifrətlə "Bax, deyirəm, sabah qar yağmasa, sən bir buralara gəlmə. Eşitdin? Yoxsa... yoxsa səni doğulmağına peşman edərəm, bəlli bil. Eşitdin, dedim mən? - deyib beli bükülmüş qocanın hulqumundan yapışmazdı.

, insanlar Həsən əmiyə vaxt qoymuşdular, bu "andıra qalmış" qar sabah mütləq yağmalı idi. Fəsil isə o fəsil deyildi. Günəş bütün əzəmətilə göylərdəki taxtına oturmuş, yerdə qar gözləməkdən səbri tükənmiş insanların yanında başıaşağı qalan fağır qocanın halına "yanırdı". Yəqin elə buna görədir ki, Həsən əmiyə "biçilən" vaxtın sonunda isti yaz ayı olmağına baxmayaraq, "taxtını tərk" edir düz beş ildən sonra şəhərə qar yağır: "...Yaz günəşinin son şüasının pəncərədən çəkilməyilə yekə-yekə, ağappaq qar lopalarının şəhərə yağmağı, demək olar ki, eyni vaxtda baş verdi. Qar lopaları, elə bil, çətir açıb torpağa doğru ahəstə-ahəstə uçuşurdular. Havada asudəlik, azadlıq, dinclik əmin-amanlıq qoxusu var idi. Az bir zaman içində qar hər tərəfi dümağ rəngə bürüdü. Şəhər əməlli-başlı qaldı qarın altında".

Amma təəssüf, Həsən əmi beş ildir gözlədiyi, inandığı, uğruna az qala bütün şəhəri qarşısına aldığı o qarı görmədi. Bəlkə də gördü. Nə bilim...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 18 may.- S.16.