Gənc ifaçıların IV Respublika Müsabiqəsi başlanıb

 

 

Ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin İsmayıllı rayonunda birinci mərhələsi keçirilib.

Nazirlikdən bildirilib ki, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Şamaxı şəhər, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ Zərdab rayonlarından olan uşaq musiqi incəsənət məktəblərində təhsil alan xalq çalğı alətləri ifaçıları iştirak ediblər.Qeyd edək ki, sözügedən müsabiqə 2 turdan ibarətdir. Müsabiqənin əsasnaməsinə müvafiq olaraq bölgələr üzrə I mərhələ mayın 15-31-də, II mərhələ isə iyunun 7-9-da Bakı şəhərində təşkil ediləcək.

Nəzərinizə çatdıraq ki, Gəncə, Şəki və Lənkəran şəhərlərində, İsmayıllı, Bərdə və Quba rayonlarında müsabiqənin birinci mərhələsi çərçivəsində tar, sazkamança ixtisasları üzrə ustad dərsləri keçiriləcək.

 

525-ci qəzet.- 2019.- 18 may.- S.13.