Azərbaycan Avrasiya Kitabxanalar Assambleyasının iclasında

 

 

Mayın 17-də Qırğızıstan Milli Kitabxanasında  "Rəqəmsal əsrdə kitab və mütaliə" mövzusunda Beynəlxalq Konfrans çərçivəsində Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXII Ümumi iclası keçirilib.

İclasda Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda, BAE-nin prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktorunun müavini Aleksandr Vısliy, Qırğızıstan Milli Kitabxanasının direktoru Jıldız Bakaşova, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, BAE-nin baş direktoru Mariya Neryuyeva, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, Belarus Milli Kitabxanasının direktoru Roman Motulski və digər BAE-yə üzv ölkələrin Milli Kitabxana direktorları iştirak ediblər.

Avrasiya Kitabxanalar Assambleyasının hesabatı haqqında məlumat verilib, MDB ölkələrinin kitabxanalarında islahatların aparılması,  cəmiyyətin çoxfunksiyalı sosiomədəni mərkəzlərə çevrilməsi, kitabxanaçı mütəxəssislərinin hazırlanması sahəsində əməkdaşlıq imkanlarının yaradılması məsələləri müzakirə edilib. Növbəti iclasın 2020-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilməsi qərara alınıb.

 

525-ci qəzet.- 2019.- 18 may.- S.12.