Dünyanın ən ciddi
mövzusu
- Bu mövzu ona görə ciddidir ki, gələcəkdəki
bütün mətnlərə
təsir edəcək.
Əgər sənət
konteksində özündən
əvvəlki digər
ciddi mətnlərdən
üslubu və intonasiyası ilə seçilsə. Mövzu onsuz da kifayət qədər ağır və intellektual bünövrəsi
olan mövzudur. Yerdə qalır onun həndəsəsini qurmaq.
Həndəsə, yəni texnar
olaraq müəllifi digərlərindən fərqləndirən
standartlar, mövzu qədər ciddi desək, kriteriyalar. Üslub bütün bu standartların cəmidir.
Toplu şəkildə qanunauyğunluqlarıdır.
Yazıçını narahat edən
hər şey harmonik olararaq qurduğu həndəsi fiqurun - formanın içində olmalıdır.
Bu formanın mərkəzinə nəyi
qoymaqda isə azaddır. Əlbəttə,
bütün bunlar mətnin atmosferinə bilavasitə təsir edir, ancaq hökmən
olmalıdır deyə
bir mövhum yoxdur, ola
da bilməz. Məsələn, Balzakın mətnləri
ilə Floberin mətnlərini yuxarıdakı
həndəsi forma fərqləndirir.
- Sən hansını seçirsən?
- Floberi...
- Niyə?
- Çağdaş dünyada
oxucunu yalnız mövzu ilə təəccübləndirə bilməzsən.
Texnika dövründə düz mətn yazmaq oyuna məğlub başlamaq deməkdir.
Təbii
ki onun da
öz oxucuları var, xüsusi həvəslə o mətnləri
gözləyənlər var. Sənət prinsipləri isə başqa şeylərdən danışır.
- Nədən?
- Simvollaşdırmadan. Mətnin proqramist
dəqiqliyi ilə simvolik yığılmasından.
Dövrünün bütün gerçək
və yalan olan həqiqətlərini
sənəxas bir üslubda əşyalarla,
səslərlə, obrazlarla
şifrələyib özündən
sonrakı ədəbi
nəsilə - daha geniş masştabda sənətə ötürməkdi.
Bütün ciddi həqiqətlər
və əbədi həqiqətlər bu ifadənin yanında rəngi solğun görünür.
- Belə çıxır ki, biz missionerlər kimiyik?
- "Kimi" deyilsən,
missionersən. Xeyrin tərəfində olan missioner. Sənət Xeyirlə
Şərin müharibəsində
kəşf olunan ən böyük və ən estetik silah oldu.
Odu qoruyan adamlardan biri, nəhayət, bundan bezdi. Yəni olduğu mühitin sərhədlərini qırmaq
istədi.
- Və sənət yaratdı?
- Bəli. Qaya parçalarına təbaşirlə şəkil
çəkəndə. Bu dövr yenidən
təkrarlanacaqdı. İkinci Dünya
Müharibəsindən sonra.
Hətta
daha tez - birinci sənayeləşmə
dövründən dərhal
sonra.
- Bu barədə oxumuşam.
***
- Həm də ona görə ciddi mövzudur ki, oxucuya daha
çox psixoloji təsir edə bilir.
- Necə yəni?
- Yaxşı mətnin yaratdığı atmosfer
daha güclü olur. Bu da daha çox təsiretmə gücündə
olur. Psixoloji mətnləri demirəm
hələ. Məsələn, magikdirsə, dərhal həyəcanlandırır. Amma dediyim kimi, alınıbsa.
Ümumiyyətlə, mətnin alınıb-alınmaması
da bir mövzudu.
Ancaq bunun qədər ciddi deyil. Burada müəlliflə oxucu arasındakı əlaqə
vacib məsələdir.
- Empatiya?
- Hə, tam o da yox, ancaq demək
olar - empatiya. Bu hissin güclü
olduğu müəlliflər
həmişə oyunu
qazanıb.
- Markes kimi...
- Bəsdi də, keç Markesi, məsələn, Foer kimi. Bəzən mətni oxucunun
ixtiyarına verir, bəzən də oxucunu məcbur edir ki, mətnə
itaət etsin. Bunun ən yaxşı yolu isə ironik
sferaya qaldırmaqdı
mövzunu. Barns kimi, Rüşdi kimi. Hətta Rüşdi bir az da sehirli yazır, məcazlardan ustalıqla istifadə edir. Bu da oxucunun diqqətini çəkən
nüansdı.
- Altşüurla bağlıdır?
- Dəqiq! Əlasan! İnsanların toplu şəkildə eyni coğrafiyadan digər ərazilərə yayılması, məskunlaşması, yeni sivilzasiya yaratmaq cəhdləri bəllidir. Müxtəlifliklərin bol olmasına, üzərindən 50 min ilə yaxın (ya da uzaq) dövr keçməsinə baxmayaraq, eyni magik təsirlər, eyni ifadə funksiyaları olduğu kimi qalıb. Çilidəki 11 nəfərlik tayfanın çaldığı qaval ilə Sibirdə 100 nəfərdən az qalan şamanların çaldığı qavalın üzərində eyni simvollar var. Eyni səsi ifa etmək üçün çalışırlar. Hazırda hər iki mədəniyyəti təmsil edən az sakin qalıb.
- Mövzudan yayınırsan...
- Hə, yəni onu demək istəyirəm ki, Latın Amerikası folkloru ilə bizim folklor arasında elə də böyük fərqlər yoxdu.
- Bu barədə də oxumuşam.
- Xüsusən bu xalqın içərisindən çıxan adamlar ciddi mətnlər yarada biliblər. Dünya ədəbiyyatına təsir edən müəlliflərin çoxu o coğrafiyadandı. İnsanları tanıya, anlaya bilirlər. Və dünyanın ən ciddi mövzusunu yazmaq üçün bu amil mütləqdir. Bəşəri ideyalarla milli mətnlər yazmaq.
lll
- Bəs sonra?
- Mütləq araşdırma mətnlər olur. Bu, mövzunun
tələbidir. Yazmaq fiziki
prosesdi, intellektual və
dedektiv çizgiləri olur
mətnin, sona qədər də bu nəfəsi saxlamalısan. Elə romanlar var ki,
onlar başladığı
kimi bitir. Eyni intonasiyada
davam edir. Hətta bəzən yazıçılar
bu sabit intonasiyanı bütün
yaradıcılığı boyu aparır. Bəziləri isə hər
abzasda dəyişir bunu. Oxuduqca hiss edirsən ki, müəllif daha çox oxuyub və daha çox
instansiyalardan keçib.
Mən heç birini tərifləmirəm, ya da hansısa birini tənqid edə bilmərəm.
reallıq budur ki, daha
çox araşdırma
materiallara dayanan romanlar qazanıb. "Qara kitab",
məsələn. Ya da
"Qızılgülün adı". Ya da
"Gündən qalanlar".
"Hər şey
aydınlandı". Bu romanları yazmaq üçün sənə
azı üç-dörd
il vaxt
lazımdı.
- Oxucu bunu hiss edir ki?
- Mövzunu yaxşı işləsən, hiss edir.
Oxucu da sənin oxuduqlarını
oxuyubsa, bilir nədən danışmısan.
Ancaq bu cür romanlarda
kartları tez açmamalısan, yoxsa bez üstündə yamaq kimi görünəcək.
Elə bil mavi rəngli
plastilin topasına qırmızı plastilin yapışdırmısan. Finala qədər elə oynamalısan ki, oxucu kitabı kənara atmasın, həm də içində şübhə
yeri qalsın.
- Nə şübhə?
- "Deyəsən, mən
oxumuşam bunları"
şübhəsi. Həll etmək
lazımdı bildiklərini.
- Sən bacarırsan?
- Yox! Deyəsən, bir şeirdə
bütün bunları
bacara bilmişdim.
- Şeir mənasızlıqdı.
- Razıyam. Müasir dövrün şeiri
mənasız olmalıdır
- absurd.
- Mən başqa mənada demişdim, nəysə...
- Nəsr kimi nəzm də absurdlaşmalıdır. Absurd filmlər, absurd tamaşalar.
Absurd hekayələr, romanlar, absurd fotoqrafiya və nəhayət, absurd
şeir. Mən bunun
tərəfindəyəm. Həm də indiki realizm absurdizmə çox yaxındı.
Gün boyu yaşadıqlarını diqqətlə
müşahidə et. Absurd deyil?
- Yenə mövzu qaldı qıraqda, absurddan danışırıq...
- Mövzunu bildin də. Dünyanın ən ciddi mövzusu "yaxşı
romanı necə yazmaq olar?" sualıdır.
- Roman yazmaq haqqında roman. Kalvinoda belə mövzu var.
- Bizim ədəbiyyatda da var. Sadəcə qorxub, çəkinib yazmaqdan. Ancaq rahat olmaq lazımdır. Alınmayan mətnin də arxasında dayanmalısan. O da sənindi.
- Bu esse kimi...
- Niyə elə deyirsən ki?..
Rəvan
CAVİD
525-ci qəzet.- 2019.- 18 may.- S.24.