Sualların ən gözəli
Əslində, ilk dəfə deyildi
onu belə yana-yana ağlayan gördüyüm, namazında,
səcdəsində, duasında...
dəfələrlə necə
iç çəkdiyini
öz qulaqlarımla duymuşdum; bir də görürdün, yemək yediyi yerdə doldu gözləri, bir də görürdün, qızını oynadan yerdə tutdu ağlamağı... yəqin
səhhətiylə bağlıydı
bu, yəqin əsəbləri yerində
deyildi, yoxsa adam "o atın
gözlərindəki kədər
dəhşətiydi" deyib
niyə uşaq kimi hönkürsün ki? Üstəlik, televizorda görüyü
atın, üstəlik,
filmə baxdığından
neçə gün sonra. Amma bu, başqaydı,
bu dəfə, dayısı oğlu şəhid olanda ağladığı kimi
ağlayırdı.
Ustufca açdım qapısını,
girdim otağına: qardaşım, hər şey yaxşıdı? Başını qaldırdı
masasından, qanrıldı
mənə sarı: əşşi, fikir vermə, dəliyəm də! Amma sonra
hər şeyi danışdı, başa
düşürsən, dedi,
suallarıma cavab tapa bilmirəm, dedi, buna imkanım,
şəraitim, vaxtım
yoxdu, dedi: Bir azdan gedib
o lənət məişət
problemlərinin arxasınca
düşməliyəm, 3-5 manata görə axşamacan əlləşib
vuruşmalıyam, amma
axı, suallarım qalır, axı... Qalın bir dəftər uzatdı mənə, "suallarım"
yazılmışdı üstünə,
vərəqlədikcə gözlərim
kəlləmə çıxdı:
bu nə suallar idi, ilahi!
Ondan sonra qoymurdum tək qala, gecələr zəng edirdim: sizə gəlmək olar? Qımışırdı: sualın
varsa, buyur! Mən də tez bağlamamdan
bir ovuc qəlyanaltılıq sual
götürüb kəsdirirdim
qapılarını. Deyirdim, qaqam,
filankəslərlə niyə
oturub-durmursan? Başını
bulayırdı: sualsız
adamlarla yoldaşlıq
eləyə bilmirəm!
Deyirdim, bəs mən? Qəh-qəhəsi götürürdü
aləmi: mənim ən böyük sualım elə sənsən də!
Jan Piyajenin, Solomon Aşın,
Stenli Milqremin qeyri-adi eksperimentlərindən
danışdı mənə
bir dəfə və alman Vundtun
ilk psixoloji laboratoriyasından,
dedi ki, adamlar bəxtəvər olublar, imkanları olub, suallarına cavab tapmaqçün illərlə gen-bol eksperimentlər aparıblar,
laboratoriyalar qurublar, mənsə kitab oğumağa belə vaxt tapmıram: məsələn, indi dədə malı kimi faydalandığımız
uşaq psixologiyası
bilirsən nəyin, kimin sayəsində yaranıb? Jan Piyajenin suallarının! Müsəlman dünyası sünni-şiə
söhbətlərinin astarını
üzünə çevirdiyi
zamanlarda bu isveçrəli psixoloq öz doğmaca balasını (langitüd
metodla) illərlə,
gecə-gündüz izləyir,
izləyir, izləyir...
ta ki, bu
haqda ilk elmi bir kitab yazır.
Bir gün necə oldusa həvəslənib ona ad da qoydum:
"sual adam"
və bu, onu xoşnud elədi, hiss etdim. Sualları haqda elə qorxa-qorxa, ehtiyatla danışırdı ki,
elə bil, əsgər, avtomatının
darağına toxunur.
Bilirdim ki, onların nazını da, qeyrətini də çəkir. Kefi yaxşı olanda sandığını açıb
mənə göstərirdi
də bəzilərini:
bax, bu üzügöyçəyi
görürsən? Bunun belinin
ən incə yerindən tuta bilsəm, nə dərdim... bu natarazsa adamı gün altında işıqsız qoyar.
Hərdən də müsəlman
gənci haqda danışırdı mənə,
bizim gənclərin sualı yoxdu, deyirdi, tək-tük sualına da dayaz cavablar verib toxtayıb; hərdən də yazığım gəlirdi
ona, az
qalırdım deyəm,
ay qardaşım, camaat
nə hayda, sən nə hayda? Lakin demirdim, əsəbi
hallarını da, ərköyünlüklərini də, hər şeyini bağışlayırdım,
bilirdim ki, hamısı altında qaldığı, cavab tapa (hətta cavab axtara) bilmədiyi
suallarının fəsadlarıdı.
Dəhşət idi: cavabların yerini çox dəqiq bilirdi, amma onları
ordan götürməyə
vaxtı, imkanı, şərayiti yox idi...
Bu günsə özü zəng eləmişdi mənə, bildim ki, yeni nəsə
var. Hal-əhval tutduqdan
sonra dərhal suallara çevirdi valı, qara qüvvələr bəşəriyyətin
sualını dəyişiblər,
dedi, hərzə sualın mərzə də cavabı olacaq, dedi, yanlış
sual səni doğru qapıya apara bilməz, dedi. Bəs çarə nədir?
- Ehtiyatla soruşdum. Dirçəldi: Çarə
- Tanrının etdiyi
kimi etməkdi: tikan haqda soruşanlara
gül haqda cavab vermək!
Bu yeni
tapıntısına görə o qədər
sevincli, o qədər
həyəcanlıydı ki, deyə də
bilmədim: qardaşım, bəsdi, deyəsən, artıq mən
də yorulmuşam...
İlqar
KAMİL
525-ci qəzet.- 2019.- 18 may.- S.24.