Anar   

 

 

 

Təvazökarlığı inanılmaz dərəcədədi. Xalq şairi Rəsul Rzanın oğlu, məlumdur ki, yaxşı bir tərbiyə görüb özünü gözə soxmamağı öyrənib. Romanlarını bir neçə ildə oxudum bunu açıqca ifadə etdim: Azərbaycanda nəsr bizdən irəli keçib.

Hay-küysüz, təmkinli bir vətənpərvərdi.

 

Millətsevərdi.

Azərbaycan ədəbiyyatının böyüklərindəndir. Yazıçılar Birliyinin rəhbəri olduğu üçün deyil, insanlarla çətin adamlar olan yazarlarla ən yaxşı yola gedən, haqqı qoruyan şəxs olduğu üçün. Anarı çoxdan tanıyıram. 1968-ci ildən. Mirzə Fətəli Axundzadə haqqında "Dost" jurnalına bir yazı yazmışdım. Bu məqaləni "Qobustan" jurnalı üçün tərcümə etdilər. Salim Şengül bu dərgini mənə çatdıranda xəbərim oldu, qiyabi tanış olduq. Şəxsi görüşümüz 1983-cü ildə Starsburqda Azərbaycanın Türk dünyasının ən sevilən bilicilərindən olan İren Melikoffanın keçirdiyi Azərbaycan simpoziumunda oldu. O tarixə qədər bu ölkəni tanıdığımı zənn edirdim. Fərqli insanlar vardı. Elya adlandırdığım, çox tez qaynayıb-qarışdığımız Eleanora fransız dilindən kamil bir tərcüməçiydi. Səlis səhvsiz çevirirdi, mükəmməl bir tələffüzlə rusca, fransızca tərcümələr edirdi. Təbii ki, Azərbaycan dilini bilirdi, amma İstanbul türkcəsiylə rahat danışırdı. Sonra Heydər Əliyev onu Parisə səfir göndərdi.

MİLLƏTÇİ VƏTƏNPƏRVƏR

Anarın təvazökarlığı inanılmaz dərəcədədi. Xalq şairi Rəsul Rzanın oğlu, bəlli ki, yaxşı bir tərbiyə görüb özünü gözə soxmamağı öyrənib. Romanlarını da bir neçə ildə oxudum bunu açıqca ifadə etdim: Azərbaycanda nəsr bizdən irəlidədir.

Rus dilini ədəbiyyatını Azərbaycan aydınlarının hamısı kimi o da yaxşı bilir. Hay-küysüz, təmkinli bir vətənpərvərdir. Millətsevərdir. Bu onun rus mədəniyyətinə dilinə ögey düşmənçilik bəsləməsi üçün səbəb deyil, Xalqının tarixini yaşadığı sıxıntıları yaxşı bilir. Bir-birimizi tanıdıqca bunları mənə anladırdı.

AYDIN BİR YAZIÇI

Film rejissorudu. Filmlərini izləyə bilməmişəm. Məni ona yaxınlaşdıran yazıları, bir sovet dövründə Polşaya, Özbəkistana, Macarıstana, Bolqarıstana, Qazaxıstana səfərlərimizdi. Sovet İttifaqının bir çox yerində tanınırdı. Moskvanı onun qədər sevən, özünəməxsus sifəti olan şəhəri onun qədər yaxşı anladan az tapılar. Avropaya səfərlərindən sonra bu bacarığı Avropa şəhərlərindən söz açarkən ortaya çıxır.

Anarın teatr əsərləri , mənim görə bilmədiyim ssenariləri gənc yaşlarında şöhrət tapmasına səbəb oldu.

Cəmiyyəti yaxşı təmsil edən ziyalı bir yazardı. Çingiz Aytmatovla olan dostluq söhbətlərinə qısa vaxtda da olsa şahid oldum.

DÜŞÜNMƏYƏ SÖVQ EDİR

Bundan bir müddət əvvəl İstanbul türkcəsinə çevrilərək çap olunan "Yaşamaq haqqı" əlimdəki son əsəridir. 600 səhifədən artıq əsərdə şəxsi xatirələrinə, sənədlərə, Azərbaycanın seçilmiş zümrəsi arasında duyduqlarına, gördüklərinə ciddi yazılı qeydlərinə əsaslanır. "Yaşamaq haqqı" xronoloji sırasına görə düzülmüş yazılardan ibarətdir. "Mir Cəfər Bağırovun çöküşü", "Mir Cəfər Bağırovun iki mələyi" məqalələrində Bağırovun mənfi tərəfləri qədər iradəsi, Stalini bəzi uğursuz qərarlardan əl çəkməyə inandırdığı anladılır. Beləliklə, Azərbaycanın İkinci Dünya müharibəsinin sonunda çox sayda əhalisinin uzaq yerlərə köçürülməsinin, sürgün olunmasının qarşısı alınır. "Azərbaycandakı Pantürkizm qorxusu", "Sovet Azərbaycanının qurucusu sayılan Nəriman Nərimanovun möhtəşəm şəxsiyyəti" kimi mövzularda yazıları, doğrusu, çağdaş Azərbaycan tarixini bildiyini zənn edən mənim kimilərini belə yenidən öyrənməyə düşünməyə sövq edəcək yazılardır.

Anarın millət vəkili, yüksək təbəqədəki Azərbaycan heyətində yer alması onun çağdaş sovet liderləriylə, xüsusilə, Qorbaçovla görüşüb danışmasını gerçəkləşdirdi.

Baxışları dəyərləndirmələri fövqəladə maraqlı orijinaldır.

VARLIĞI BÖYÜK ŞANSDIR 

Bu xronoloji tarixi seçərək bir araya gətirən son yazıları - Türkiyədə Azərbaycan həsrətini mütləq oxumaq lazımdı. Anar bu həsrəti doğru dəyərləndirir. Turançılığa bağlayır, başqa bir təlimə. Təbii bağlar mədəniyyətdir, mədəni olduqları üçün yaşayırlar.

Anar kimi soyuqqanlı, danışmaqdan çox dinləyən oxuyan bir yazarın varlığı həm Türkiyə, həm Azərbaycan üçün şansdır. Onun yaşaması, çalışması yazdıqlarının çap olunması, Türkiyə türkcəsinə çevrilməsi vacibdir. Ədəbiyyatımızın geniş bir coğrafiyada, birlikdə inkişaf edərək dünyadakı yerini alacağına heç şübhə yoxdur. Anar bunun örnəyi və təmsilçisi olan yazarlardandır.

"Hürriyyət" qəzeti

 

12.05. 2019

 

İlbər ORTAYLI

 

 

525-ci qəzet.- 2019.- 18 may.- S.9.