Bişkekdə  Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

 

 

 

Mayın 17-də Qırğızıstan Respublikasının Bişkek şəhərində 15-18 may tarixlərində keçirilən "Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfrans çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Qırğızıstan Milli Kitabxanası, Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyi, TÜRKSOY, Azərbaycan Respublikasının Mədəniyyət NazirliyiMilli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutmuşdur.

İlk olaraq Qırğızıstan Milli Kitabxanasının foyesində Azərbaycan Milli Kitabxanasının fondunda olan Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin açılışı olmuşdur.

Tədbiri Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiyaTurizm Nazirliyinin nümayəndəsi Jamankulov Azamat Kaparoviç açaraq beynəlxalq konfrans çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsinin əlamətdar bir hadisə olduğunu söyləmişdi.

Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfiri Hidayət Orucov təşkilati dəstəyə görə Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiyaTurizm Nazirliyinə, Qırğızıstan Milli Kitabxanasına və TÜRKSOY təşkilatına dərin minnətdarlığını bildirmişdi.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş söhbət açaraq şairin çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçdiyini, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu, şairin 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına qüvvətli təsir göstərdiyini, əsərlərinin əlyazma şəklində geniş yayılaraq dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanıldığını söyləmişdi. Direktor qeyd etmişdir ki, Milli Kitabxana da öz növbəsində "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ilielan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən milli mədəniyyətimizin nümunəsi kimi il ərzində şairin irsinin tədqiqi və təbliği istiqamətində müəyyən işlər həyata keçirir. Kərim Tahirov çıxışında bildirmişdi ki, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının qeyd edilməsi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ilielan edilməsi və 650 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsidir.

Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxış edərək Nəsiminin əsərlərinin hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik AsiyaSuriyada, eləcə də Orta Asiyada geniş şöhrət tapdığını bildirmişdi.

Daha sonra Nəsimi haqqında qısa filmin nümayişi keçirilmişdi.

Qırğızıstanın TÜRKSOY-dakı daimi nümayəndəsi Kojageldi Kuluyev çıxış edərək dahi sənətkar Nəsiminin irsinin geniş araşdırılaraq tədqiq edilməsini və əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmasını vacib bilmişdi.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairifilosofu İmadəddin Nəsiminin ərəb, farstürk dillərində humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri olduğunu, bizim ana dilində yazan ilk sənətkarlardan olan Nəsiminin əsərlərinin təsiri altında böyük şairlərimizin yetişdiyini söyləmişdi.

Qırğızıstan Milli Kitabxanasının direktoru, professor Jıldız Bakaşova çıxış edərək dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə möhtəşəm tədbirin Qırğızıstan Milli Kitabxanasında təşkil olunmasından qürur duyduğunu bildirmişdi. Professor bildirmişdi ki, türk xalqları hər zaman Nəsimi kimi dahi şəxsiyyətlər yetiribonlarla fəxr edir.

Daha sonra türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Dauletbek Baytursunlu, başqırd şairi Hizmətulla Yuldaşev İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş danışmış və onu türk xalqlarının böyük şairi adlandırmışlar.

Sonda Diaspora təşkilatının incəsənət xadimlərinin ifasında Nəsiminin şeirləri və sözlərinə yazılmış mahnılar səslənmişdi.

 

525-ci qəzet.- 2019.- 18 may.- S.12.