İlham Rəhimlinin yeni kitabları təqdim olundu

 

 

Ötən gün Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimlinin kitablarının təqdimat mərasimi keçirilib.

Tədbir çərçivəsində Azərbaycan teatrının canlı ensiklopediyası İlham Rəhimlinin 5 cildlik "Azərbaycan teatr tarixi", 3 cildlik "Səhnə fədailəri", 3 cildlik "Azərbaycan teatr ensiklopediyası", "Gəncə teatrı", "Azərbaycan dramaturqlarının əsərləri Azərbaycan Milli Dram Teatrında" kitabları, həmçinin, "Abbas Mirzə Şərifzadə", "Ağasadıq Gəraybəyli", "Mustafa Mərdanov", "Kazım Ziya", "İbrahim Həmzəyev", "Həsənağa Turabov", "Məmmədrza Şeyxzamanov", "Mehdi Məmmədov", "Mərziyə Davudova", "Nəsibə Zeynalova", "Fatma Qədri", "Barat Şəkinskaya", "Rza Təhmasib", "Hökümə Qurbanova" "Habil Əliyev" monoqrafiyaları təqdim olunub.

Tədbirdə ADMİU  rəhbərliyi, tanınmış sənət adamları, professor, müəllim tələbə heyəti, media nümayəndələri iştirak ediblər.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova giriş sözündə İlham Rəhimlinin yaradıcılığı, fəaliyyəti, şəxsiyyəti haqqında geniş məlumat verib: "Azərbaycanda elə bir teatr yoxdur ki, İlham Rəhimlinin onun haqqında kitabı olmasın. O, təkcə teatr sahəsini deyil, bütünlükdə incəsənəti yaxşı bilir öz yaradıcılığında da incəsənətin demək olar ki, bütün sahələrinə yer verir. Gənclər onun zəhmətsevərliyini, savadını, araşdırmaq, öyrənmək əzmini özlərinə örnək götürməlidirlər. Belə bir ensiklopedik biliyə malik müəllimləri olduğu üçün onun tələbələri çox şanslıdırlar. Onlar yalnız bu kitablardan deyil, müəllimlərinin biliklərindən, həyat tərzindən, şəxsiyyətindən özləri üçün nümunə götürməlidirlər".

Teatrşünas, professor Məryəm Əlizadə çıxışında İlham Rəhimli ilə tələbəlik xatirələrini bölüşüb, onun hələ o vaxtlardan zəngin biliyə zəhmətkeşliyə sahib olduğunu xatırlayıb: "İlham Rəhimlinin əsas özəlliyi odur ki, o, təkcə teatrdan yazmır. O, Azərbaycan incəsənətinin bütün sahələrini əhatə edən çox dəyərli kitabların müəllifidir. Onun kitabları təkcə gənclər, tələbələr, gənc tədqiqatçılar üçün deyil, elə bizim özümüz üçün qiymətli bir məxəzdir. İlham Rəhimli 98 kitabın müəllifidir. Dediyinə görə, iki kitabı da çapa hazırlanır. Onun gecə-gündüz işləmək qabiliyyətinə yaxşı mənada qibtə edirəm. O, eyni zamanda, fenomenal yaddaşa sahibdir, heç nəyi unutmur. Bu, ona İlahidən verilən xüsusiyyətdir. gözəl ki, İlham Rəhimli ilahinin verdiyi bu xüsusiyyətləri Azərbaycan teatrının tədqiqatına, təbliğinə yönəldib".

M.Əlizadə qeyd edib ki, İlham Rəhimlinin bu günə qədər gördüyü işlər bir adamın görəcəyi işlər deyil. O, bir elmi tədqiqat institutunun işlərini təkbaşına görüb.

Teatrşünas, tənqidçi, ADMİU-nun "Teatrşünaslıq" kafedrasının müdiri, professor Aydın Talıbzadə çıxışında İlham Rəhimlini Azərbaycan incəsənətinin, teatrının təəssübkeşi kimi səciyyələndirib: "İlham Rəhimli Azərbaycan teatrının təkcə yazılmış deyil, həm yazılmamış tarixini öyrənib, araşdırıb öz kitablarına daxil edib. O, həddindən artıq zəhmətsevər insandır. Söhbətlərimizin birində dedim ki, Azərbaycan teatr tarixi gərək elə yazılsın ki, mən bir ona qayıtmayım. O da mənə dedi ki, sən bir ora qayıtmayacaqsan. Həqiqətən sözünün üstündə durdu. Onun hazırladığı 5 cildlik "Azərbaycan teatr tarixi", 3 cildlik "Azərbaycan teatr ensiklopediyası" digər kitablar teatrımızın müfəssəl tədqiqatıdır.

"İlham Rəhimli hər zaman ən məhsuldar teatrşünas olub" - deyən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov onun tədqiqatlarının, kitablarının incəsənətin, xüsusən teatr sənətinin tədrisindəki önəmindən danışıb: "Artıq İlham Rəhimlinin tədqiqatları o dərəcədədir ki, biz elektron kitabxanada teatrla bağlı istənilən mövzunu araşdırarkən qarşımıza məhz onun kitabları çıxır".

Yazıçı Aqşin Babayev çıxışında deyib ki, İlham Rəhimli uzun illərdir istər sənət adamlarının, istər gənc tədqiqatçıların, istərsə , sıravi oxucuların oxuduğu, dönə-dönə müraciət etdiyi tədqiqatçıdır.

Yazıçı, dramaturq, Əməkdar İncəsənət Xadimi Əli Əmirli İlham Rəhimlini layiq görüldüyü Prezident təqaüdü münasibətilə təbrik edib: "Onun 3 cildlik "Azərbaycan teatr ensiklopediyası" böyük bir tədqiqat institutunun işidir. Onun kitabları varkən gələcək teatrşünaslar kitabxanaya müraciət etməli olmayacaqlar. Çünki bu kitablarda teatr tarixi səliqəylə bir yerə toplanıb. Onun bugünlərdə layiq görüldüyü Prezident mükafatı dövlətimizin bu zəhmətə verdiyi dəyərin, qiymətin bir örnəyidir. Həqiqətən Azərbaycan teatrının zəhmətini bu dərəcədə çəkən ikinci teatrşünas yoxdur".

İ.Rəhimlinin bir neçə kitabının redaktoru, Əməkdar mədəniyyət işçisi, teatrşünas Atababa İsmayıloğlu çıxışında onunla işləməkdən məmnunluğunu ifadə edib: "İlham Rəhimlinin Azərbaycan incəsənəti teatrı üçün gördüyü bu cür böyük işlərdə mənim bir payım varsa, özümü xoşbəxt hiss edirəm".

Daha sonra çıxış edən ADMİU-nun professor, müəllim tələbələri İlham Rəhimlini bir tədqiqatçı, teatrşünas alim pedaqoq kimi yüksək keyfiyyətlərindən söz açıb, onu yeni kitabları münasibətilə təbrik ediblər.

Sonda çıxış edən müəllif ona göstərilən yüksək dəyərə görə başda rektor Ceyran Mahmudova olmaqla, ADMİU rəhbərliyinə, tədbir iştirakçılarına çıxışçılara öz təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 22 may.- S.11.