Rübailər

 

 

 

1966-cı ildə Muğan məntəqəsi, Xoruzlu mahalının Limli kəndində anadan olub. İbtidai təhsilini Limli kəndində alıb, orta məktəbi isə Ərdəbildə bitirib.

 

Orta məktəbdə oxuduğu zaman ana dili və ədəbiyyatı ilə çox maraqlanıb. O zaman inqilab yenicə baş verdiyindən türk dilində qəzetlər də təzə-təzə işıq üzü görürdü.

 

Əvvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazılar yazıb, tərcümələr edib.

 

Hazırda Güntay Gəncalp Bayındır Erenol imzası ilə dövri mətbuatda, internet/sanal dünyada isə son vaxtlar Ülgen Tölge adı ilə müntəzəm çıxışlar edir. Bakıda hələlik 6, İranda 2 kitabı çap olunub. Finlandiyada yaşayır, aktiv elmi-ədəbi, həm də ictimai-siyasi fəaliyyətlə məşğul olur.

 

Yalnız sənə özgüdür sevilmək, övülüş,

Yüksəkliyinə nə us ərər də, nə də düş.

Var, köksümüzün boşluğuna göndər işıq,

, könlümüzə mərhəmətindən ver ülüş.

 

Hər nəsnənin öz fitrəti, öz ölçüsü var,

Görməz, görəməz sonsuzu göz, ölçüsü var.

Hər bir dəyərin ölçüsü vardır da fəqət,

Fikrin və düşüncənin də söz ölçüsü var.

 

Yalnızca yürürkən qurulur düşlərimiz,

Sonsuzluq içində durulur düşlərimiz.

Zira hərəkət haqqa qovuşmaq kimidir,

Bulduqda gözəllik vurulur düşlərimiz.

Sənsiz içərim sızım-sızım qavrulacaq,

Gövdəm kül olub küləklərlə savrulacaq.

Yalnızca səninlə mən tutundum yaşama,

Sənsiz dözəməzdir, sönəcəkdir bu ocaq.

 

Varlıq gizini söylə də kimdir biləcək?

Keçmişimiş, şimdi nə, nəymiş gələcək?

Qəm çəkmə və badəni zira ki yarın,

Qəbrin üzərində türlü otlar bitəcək.

  

Mən bal dodağından öpücük istəyirəm,

Könlümdə sorumluluqyük istəyirəm.

Ağlım daracıq düşüncələrdən yorulub,

Bir fərqli düşüncə, düş böyük istəyirəm.

 

Evrimimiş, söylə də Darvindedi?

Ya bilgi, düşüncə, us ya din dedi?

"Hər canlı sudan evrilərək buldu həyat",

Çox əski oluş sirrinə ərdin, dedi?

 

Hər bay-bayana sevgi-səadət dilərəm,

Ölkəmdə dürüstlük rəfaqət dilərəm.

Yurtdaşlara din dincilik istəyəməm,

Yalnızca ədalət ədalət dilərəm.

 

Lütf et geri dön, getmə, üzərsən bizi sən,

Tərk etmə bizim çevrəmizi söyləmədən.

Söylətmə arxanca hüzün şərqiləri,

Sənsiz olamaz könlümüz, olmaz da əsən .

 

Sən bir gecə yalnızca qonaq gəlsə idin,

Köksümdə barınmış gizəmi bilsə idin.

Mən bayattürk ilə saz köklər idim,

Könlümdə birikmiş kədəri silsə idin.

 

Gənclik deyilən o gün gəlib keçdi tez!

Gəlmiş, bizi yaşlı yaşam seçti tez!

Hər sayruluğun  önündə dursaq da fəqət,

Dövran kötü xəstəlik bizə biçdi tez!

 

Mən Türkcə düşünmək dadına doymuyorum,

Zövqün özüdür Türkcə düşün, Türkcə yorum.

Səssiz gecələr düşlərimi Türkcə bəzər,

Həp Türkcə dolaşmaqdadır ağlımda sorum.

 

Yaz gəldi torpaq oyanıb aldı nəfəs,

Ormanda xəfif dolaşdı bir gizlicə səs.

Dünyada coşar oldu bahar duyquları,

Ey mutluluğun elçisi yellər, hadi əs!

 

Artıq bu vətən çölləşiyor qalx gedəlim,

Yağmursuz olan ölkəmizi tərk edəlim.

Göylərdə duran parça bulut yağmadı heç,

Bir başqa diyarda başqa dövran görəlim...

 

Dindən, törədən deyil haqdan yana ol,

Düz yolda dözümlücə ayaqdan yana ol!

Rənglər sömürüb aşındırar kimliyini,

Hər tür ləkəni göstərən ağdan yana ol!

 

İnsan həyat düşməni imiş törəmiz,

Çox köklü qaranlıqlara batmış yörəmiz.

Bir əski xurafat ilə sönmüşdür ağıl,

Aydınlığa doğru yox cığır, yoxdu bir iz.

 

Ey ağrı, mənə arxadaş oldun bir ömür,

Tərk eyləmədin, könlümə doldun bir ömür.

Yalnızlığımın sirdaşı oldun gecələr,

Sevdin məni, sevdin vuruldun bir ömür.

Sevgiylə, sevinclə çox gözəldir yaşamaq,

Ey varlığın gizləri var könlümə ax!

Bir dan yeri köksümdə sökülsün bu sabah,

Doğ, ey günəşim, içimdə zülmətləri yax!

Gerçəkləri anlar olduğum an gec idi,

Zülmət çox uzun sürdü, doğan dan gec idi.

Yanlış yalan çaldı bizim ömrümüzü,

Tez gəldi bu sayruluq da dərman gec idi.

Varkən yaşamaq, sən niyə seçdin ölümü?

Yoxsa bu həyat canlı deyil ölü ?

Ey könlü kədər sevgi ilə dolu gənc!

Gördüm sənin ölməyində mən öz ölümü .

Novruz gecəsi ay, yerə göndərdi öpüş,

Mars ülkərə, ülklər günəşə verdi öpüş.

Gün doğdu yaşıl müjdələrə doldu səhər,

Yel ormanı birdən yalayıb dərdi öpüş.

Yüklən səsə, aləmdə fəqət səs qalacaq,

Eşqin səsi ilə bu cahan qurtulacaq.

Dil səsdə, könül səsdə, gizəm səsdə dərin,

Yax m?siqi ilə dolu səsdən bir ocaq.

Şeyxin şahın süfrəsinə varma, haram,

Cami saray çevrəsini sarma, haram.

Cənnət cəhənnəm deyə söylənti olan,

Bir öylə yerə kəndini axtarma haram.

Zülmət gecədə işıq çağırmış bu kişi,

Durqunluğu, səssizliyi qırmış bu kişi.

İnsan əzilən, haq yeyilən dəmdə durub,

Öz ölkəsinə haqqı bağırmış bu ki şi.

Bir gün o dağın başında öpdüm səni mən,

Çəkdim dəniz gözlərinə sürməni mən.

Tərs yazqı bizi tərs yana göndərdi fəqət,

Həp kəndimə sordum da itirdim nəyi mən?

Eşq ilə sarılmaq gərəkir türkcəmizə,

Ey duyqularım, axın da gir türkcəmizə.

Bəklər səni könlüm uzaq olsan da yinə,

Bol bilgi, düşüncə, düş gətir türkcəmizə.

Yön verməni sevgimə telindən dilədim,

Tam köklücə qurtuluş əlindən dilədim.

Mən düşlərimə zövqsəfa bəklər ikən,

Bal tək qonuşan türkcə dilindən dilədim.

Ulduzlu gecə, uzayda var ay işığı,

Yansıtmadadır dəniz göl, çay işığı.

Səssizlik içində qarda heyran gəzərək,

Ahəstəcə sorqular da Güntay işığı.

Sonsuz bu uzay bu varlıq imiş?

Gündüz imiş, sonra qaranlıq imiş?

Matəm sevinc ilə keçərkən bu yaşam,

Özlənti nədir bəxtiyarlıq imiş?

Dur, getmə bulut, ağla bizim tarlamıza,

Göz yaşlarını bağla bizim tarlamıza.

Düşlər yaşıl, al-qırmızı düş torpağımız,

Bolluq, bərəkət sağla bizim tarlamıza.

Gün doğdu səhər dərsinə vardıq yenə biz,

Aydınlıq içində yoğrular kimliyimiz.

Ey sonsuza yolçuluq edən ər kişilər!

Yalnız duru düş, düşüncə sizdən qalar iz.

Heçlik qaranlıqdı bizim keçmişimiz,

Əsla bu qaranlıqda düzəlməz işimiz.

Her yerdə işıq görsə boğubdur törəmiz.

Yoxdur bu səbəbdən düşünən bir kişimiz.

Nərgis sarı baş güllərə göndərdi gülüş,

Bülbül budaq üstündə durub bəklər ülüş.

Güz gəldi yarpaq yağışı sardı yeri,

Bilməm nə idi ol diriliş şol dökülüş.

 

 

GÜNTAY GƏNCALP BAYINDIR

 

525-ci qəzet.- 2019.- 24 may.- S.14.