Ədəbiyyat İnstitutunda
Cəlil Məmmədquluzadəyə həsr olunmuş
konfrans
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi
Cəlil Məmmədquluzadənin
150 illiyinə həsr
olunmuş "Böyük
demokrat yazıçı
Cəlil Məmmədquluzadə:
bədii düşüncə
ilə ümummilli idealın vəhdəti"
mövzusunda elmi konfrans keçirilib.
Elmi konfrans İnstitutda praktika keçən Azərbaycan
Dillər Universitetinin
tələbələri ilə
birlikdə hazırlanıb
və ardıcıl keçirilən II tələbə
konfransıdır.
Tədbiri giriş sözü
ilə AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli
açaraq İnstitutun
direktoru, akademik İsa Həbibbəyli adından hamını salamalayıb. Əlizadə
Əsgərli Cəlil
Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2019-cu il tarixli Sərəncamının
ölkəmizdə dövlət
səviyyəsində ədəbiyyatımıza
yüksək qiymətin
nümunəsi olduğunu
bildirib. Daha sonra Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı
kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru Nurlanə Mustafayeva AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda keçirilən
tədbirin Universitet tələbələrinin həyatında
silinməz iz buraxacağını vurğulayıb.
Tədbirdə İnstitutun Mətbuat tarixi və publisistika şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Gülbəniz Babayeva "Cəlil Məmmədquluzadə və
Molla Nəsrəddin jurnalı" adlı məruzə ilə çıxış edib.
Daha sonra Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin
IV kurs tələbələri
Nəzrin Pirəlisoy
"Cəlil Məmmədquluzadə
əsərlərinin dil
xüsusiyyətləri", Bahar Ağasıyeva "Cəlil Məmmədquluzadə
əsərlərində cəhalətlə
mübarizə", Aygün
Səmədli "Cəlil
Məmmədquluzadənin publisistikası",
Gülzar Tahirova "Cəlil Məmmədquluzadə
yaradıcılığında qadın azadlığı
problemi", Nərmin
Abdullayeva "Anamın
kitabı" əsərində
Azərbaycançılıq idealı", Aygün Məmmədova "Cəlil
Məmmədquluzadə yaradıcılığında
xurafatın tənqidi",
Əfsanə Nuhova
"Dəli yığıncağı"
əsərinin ideya-bədii
xüsusiyyətləri", Mehriban Baxışova
"Kamança" əsərində
Qarabağ mövzusu",
Nərmin Bəkirzadə
"Danabaş kəndinin
əhvalatları" əsərinin
mövzusu və ideyası", Turanxanım
Cəfərli "Cəlil
Məmmədquluzadə hekayələrində
bədii tipikləşmə",
Nərmin Süleymanlı
"Usta Zeynal" hekayəsinin ideya-bədii
xüsusiyyətləri", Fidan Qaraşlı "Poçt qutusu" hekayəsində kiçik
adam və böyük ideal" adlı
mövzularda çıxış
ediblər.
Konfransın sonunda professor Tahirə
Məmməd, filologiya
elmləri doktoru Aida Feyzullayeva, filologiya üzrə fəlsəfə
doktoru Mehman Həsənli və Cəlil Məmmədquluzadə
yaradıcılığının tədqiqatçısı, İnstitutun
doktorantı Elxan Nəcəfov çıxış
edərək konfransın
mahiyyətini dəyərləndiriblər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 24 may.- S.9.