İlyas Əfəndiyevin anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir
Dünən Milli Kitabxanada Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı
ilə mərhum Xalq yazıçısı,
Respublika Dövlət
mükafatı laureatı,
görkəmli dramaturq
İlyas Əfəndiyevin
anadan olmasının
105 illiyinə həsr
olunmuş tədbir və "İlyas Əfəndiyev - 105" adlı
elektron məlumat bazasının təqdimat
mərasimi keçirilib.
Əvvəlcə Xalq yazıçısı
İlyas Əfəndiyevə
həsr edilmiş qısa film nümayiş edilib. Sonra tədbir iştirakçıları Milli
Kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış
"İlyas Əfəndiyev
105" elektron məlumat
bazası ilə tanış olublar.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, Azərbaycanın teatr məktəbinin formalaşmasında yaratdığı əsərləri ilə mühüm rol oynayan İlyas Əfəndiyevin zəngin yaradıcılığı haqqında geniş söhbət açıb. K.Tahirov İlyas Əfəndiyevin yazdığı əsərlərin bu gün də öz aktuallığını qoruyub-saxladığını, yeni nəsillərin mənəvi tərbiyəsində mühüm rol oynadığını, onun yaratdığı obrazlardan nümunə götürəcəyini söyləyib. Professor çıxışında Milli Kitabxana tərəfindən İlyas Əfəndiyevin yaradıcılığına ehtiram olaraq 5 il bundan öncə "İlyas Əfəndiyev. Biblioqrafiya" kitabının tərtib edilərək istifadəçilərə təqdim edildiyini bildirib.
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev hər bir yazıçının, ədibin xalqın yaddaşında qalmasının, xalqı tərəfindən sevilməsinin olduqca böyük hadisə olduğunu vurğulayıb. Nazir çıxışında İlyas Əfəndiyevin 105 illliyində Milli Kitabxana tərəfindən "İlyas Əfəndiyev-105" elektron bazasının yaradılaraq, təqdim olunmasının əlamətdar hadisə olduğunu, müasir düşüncəyə sahib olan gənc nəslə məlumatları, informasiyanı belə elektron məlumat bazalarından təqdim etməyin vacibliyini bildirib. Ə.Qarayev çıxışında Ulu öndər Heydər Əliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına yüksək qiymət verdiyini söyləyib: "İlyas Əfəndiyevin yaradıcılığı hər zaman müasir olaraq qalacaq. Onun Azərbaycan teatrının inkişafında xidmətləri böyük olub. Onun bir əsəri Milli Dram Teatrında 500 dəfə səhnəyə qoyulub. Teatrın inkişafına İlyas Əfəndiyevin əsərləri böyük təsir göstərib. O, böyük yazıçı olmaqla yanaşı, həm də böyük vətəndaş, vətənpərvər insan olub. Qarabağ mövzusu onun üçün ağrılı mövzulardan idi. Hər il Milli Dram Teatrı mövsümü onun "Hökmüdür və qızı" əsasında hazırlanan "Qarabağnamə" tamaşası ilə açıq elan edilir. Bu da bizim teatr ictimaiyyəti tərəfindən onun xatirəsinə göstərilən böyük ehtiramın bir nümunəsidir". Beş il əvvəl görkəmli yazıçının 100 illiyinin keçirməsi haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamı xatırladan nazir, İlyas Əfəndiyevin adının hər zaman böyük iftixar hissi ilə yad ediləcəyini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Sovet dövründə yazıb-yaratmış, lakin əsərlərinin Sovet ideologiyasına xidmət etməyən ədəbiyyatı sırasında İ.Əfəndiyevin adının xüsusi qeyd olunduğunu bildirib. Xalq yazıçısı Anar İlyas Əfəndiyevin həm nəsr, həm teatr sahəsində daha çox inkişaf etdiyini, nəsrin parlaq nümunələrini yaratdığı qeyd edərək Sovet və müstəqillik illərində yaratdığı əsərlərin Azərbaycan ədəbiyyatının daim qızıl fondunda qalacağını vurğulayıb.
Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında ədəbiyyata nəsrlə gələn Xalq yazıçısının əsərlərindəki adların Azərbaycan dilinin leksikonunda terminə çevrildiyini qeyd edib. Akademik xalqın içindən gəlməyərək ədəbiyyatın yaranmasının mümkün olmadığını, məhz İlyas Əfəndiyevin yaradıcılığındakı milli koloritin formalaşdığı, Qarabağ mühitinin, etnoqrafiyasını mükəmməl şəkildə ifadəsinin öz əksini tapdığını bildirib.
Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək xalqımıza zəngin ədəbi irsi ilə xidmət etmiş İlyas Əfəndiyevin XX əsr Azərbaycan ədəbiyyatının çiçəkləndiyi bir dövrdə yazıb-yaratdığını, əsərlərində lirik-romantik lövhələrin əks olunduğunu söyləyib.
Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı, Xalq artisti Firəngiz Mütəllibova, tənqidçi-publisist Əsəd Cahangir çıxış edərək İlyas Əfəndiyevin zəngin yaradıcılığından geniş söhbət açıblar.
Sonda Xalq yazıçısı Elçin ailə adından çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, çıxışçılara öz dərin minnətdarlığını bildirdi. Xalq yazıçısı Elçin çıxışında İlyas Əfəndiyevin vəfatından 23 il ötməsinə baxmayaraq, bu illər ərzində həmişə oxucuları ilə bir yerdə olduğunu, əsərlərinin 90 faizini Sovet dövründə yazsa da, ideologiyaya deyil, ədəbiyyata xidmət edən yazıçı olduğunu söyləyib.
525-ci qəzet.- 2019.- 24 may.- S.9.