İLK
CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ
DÜŞÜNCƏLƏR
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, onlarla və bu günümüzlə fəxr
edək!
(Əvvəli
ötən şənbə sayımızda)
YENİ
BİR 28 MAYISA DOĞRU
Bu gün 28 Mayısdır. Bu gün bəyaz
rusların Azərbaycanda 100 sənə davam edən qanlı
siyasətlərinin son günüdür. İstiqlal
məfkurəsinin zəfəri bu günə təsadüf
etdi. Bu gün Azəri Türkləri rus
çəmbərini parçalayaraq, ilk Türk Cümhuriyətini
qurdular. Vaxtilə məşum istila Azəri
xanlıqları üzərinə kabus kibi
çökmüşdü. Bu əsarət
sənələrini bir azacıq gözdən keçirsək,
Azərilərin uğradıqları fəlakətləri təqdir
edə biliriz. Çarizm tərəfindən istiqlal və
mövcudiyətlərinə xatimə verilən Dərbənd,
Quba, Şəki, Şirvan, Bakı, Gəncə, Qarabağ,
Erivan və Naxçıvan xanlıqlarının sənələrcə
sürən qanlı mübarizələrini təfsil etmək,
mövzumuzun xaricindədir. Yalnız bunlardan qəhrəman
Cavad Xanın o ilahi qəzasını xatırlamadan keçəmiyəcəgəm.
Rus istilasını düşünürkən əvvəla
ağla Cavad Xanın mübarizəsi gəliyor. Gəncə qalasını Çar generalı Knyaz
Sisiyanova qarşı müdafiə edən bu qəhrəman, dəfələrlə
vüqu bulan təslim təkliflərini kəmali-cəsarətlə
rədd etdi, son nəfəsinə qədər
çarpışdı. Zərrə qədər
yılmadı və nəhayət qalanın topu üzərində
parçalandı. Canını verdi,
fəqət namusunu çeynətmədi.
Cavad
Xanın qatili üzərinə Gəncəyi qətliamə məruz
buraxan vəhşi Çar generalı Sisiyanov bir az sonra cəzasını Bakı
qapılarında buldu.
Faiq və mücəhhəz orduları ilə Azərbaycan
qüvvətlərini məğlub edən ruslara qarşı
Azərbaycan xalqı sənələrcə müqavimət
etdi. Bu fəlakətli sənələr məşum xatirələrini
millətin hafizəsinə tərk edərək keçdi.
Hər fərd məhkumiyətin
acısını tamamilə dadmışdı. Artıq mazinin növmidanə, fəqət
şanlı mücadilələri bir röya olmuşdu.
Şimdi xalq tək bir təhlükə qarşısında
bulunuyordu: ruslaşdırılmaq!..
Bu hal milli vicdanı için-için yaxıyor,
müdafiəi-nəfs hislərini qamçılıyordu. Çarizmin
rusçuluq siyasəti müxtəlif cəbhələrdə
fəaliyəm ibraz ediyordu. Şimal ayısının
qanlı dırnaqları vətənin bədəninə və
can damarlarına keçmişdi.
Azərbaycanlı çocuq öz lisanını öyrənmək
haqqından rəsmən məhrumdu. Tarixini inkar etməyə,
babasının, annəsinin mahiyətlərini
tanımamağa məhkumdu. Hər şey
rusluğun tərəfindəydi. Hər sənə
rus imperyalizmin istilası silsiləsinə yeni müvəffəqiyət
xalqaları əlavə olunuyordu. Mətbuat
susdurulmuşdu. İma (him-cimlə bildirmə)
və kinayələrlə olsun etiraz səsini yüksəldənlərin
boğazına senzorların qanlı pəncəsi
dayanıyordu. Heç bir hadisə məzlumların
qəlbində istiqbal haqqında zəif bir ümid belə
oyandıramazdı. Çarlıq qüvvətliydi.
Çarlıq müzəffərdi. Çarlıq məğrurdu və Azərbaycan,
zaman irəlilədikcə daha fəzlə əziliyor, devir dəyişdikcə
uğradığı kabusun
ağırlaşdığını daha ziyadə duyuyordu.
İştə 28 Mayıs bu kabusun birdən birə
qalxdığı məğrur və müzəffər
Çarlığın başdan başa zəlzələlər
içində qaldığı və milli ruhun yenidən həyata
doğduğu böyük və tarixi bir gündür.
28 Mayıs sabahıdır ki ixtiyar tarix, bir ovuc əsirdən
ibarət tələqqi edilən Azərbaycanın yekparə
bir kütlə halında zülmə, istilaya qarşı
çıxaraq sorduğu hesabı qeyd etdi. 28 Mayıs
sabahındadır ki haqqın gur səsi qaranlıq gecələrin nihayətə
erdiyini elan etdi. 28 Mayıs insaniyətin vəhşətə,
ədalətin cinayətə qələbə eylədigi
gündür. 28 Mayısda əsir bir millətin
və yağmaçı bir Çarlığın tarixləri
qapandı. Hür və diri bir millətin
tarixi başladı. 28 Mayıs fəlakətli
günlərin xitamı, şərəfli bir dövrün
başlanğıcıdır.
Fəqət!... Türk dünyasının çiləsi
dolmamış olacaq Azərbaycanın qara alın
yazısında hənuz oxunacaq sətirlər varmış...
Bir zəfər məbdəi olan 28 Mayıs, 27 nisan
zərbəsinə məruz qaldı. Bu gün təsid
eylədigimiz istiqlal bayramı, qəsblərimizdə saf bir
intiba vücuda gətirmiyor. Qapanan yara
açılmışdır. Mücadilə
təkrar başlamış bulunuyor, 9 sənə əvvəlki
28 Mayıs bəyaz ruslara qarşı qazanılan zəfərdir.
Müstəqbəl bir "28 Mayıs"da
Qızıl Rusiyanın qüruruna qarşı qazanılacaq
bir qalibiyət olacaq və inkar edilən tarix yenidən
başlayacaqdır.
Əvət!.. Bu gün qəlbimizdə
qaynayan yara tamamilə qapanmamışdır. Bu gün Azərbaycanın mühiti-nəsimisində
əsən hava hənuz əsarət qoquyor. Bilqüvvə yüksələn 3 rəngli bayraq,
bilfeil düşmüşdür. Şimdi 28
Mayısın sürurunu idrak eyləyən ürəklərimiz
bir az əvvəl 27 nisan matəmilə
parçalanıyordu. Bu gün ruhlarımız
gülüyor. Fəqət Azərbaycandakı
həmşirələrimizin boyunları bükükdür.
Duyduğumuz səadəti sevimli ana vətənin
bağrında elan haqqından məhrumuz!...
Bu
günün bizə verdiyi yarım sürur yanında əmr
eylədigi böyük vəzifə şudur: Yeni bir 28
Mayıs yaratmaq, 27 nisanın intiqamını almaq!
Azərbaycanlı
gənc bu günün 9-cu ildönümü ilə sevinsin, bu
sevinc onun haqqıdır! Fəqət sevinci yarım buraxan 27 nisan zərbəsini də unutmasın. Arxadan vurulan 28 Mayıs, 100 sənə əvvələ
aid bir fəlakətin intiqamıydı. Azərbaycanlı
Türkün 27 nisanı təmin edəcək yeni bir 28
Mayıs vücuda gətirmədikcə rahat haqqı yoxdur.
O halda əziz
vətəndaşlar! Şu dəqiqələrdə əzəmətini
duyduğumuz mazinin 28 Mayısdan istiqbalın 28 Mayısına
doğru iləri!..
Kamal
"Yeni
Qafqasya", 28 Mayıs 1927, ¹17
FRANSIZCA
"AZƏRBAYCAN" MƏCMUƏSİ
Türk Federalist Müsavat Xalq Firqəsinin nəşri-əfkarı
olmaq üzrə Parisdə təb olunan fransızca "Azərbaycan"
məcmuəsinin ilk nüsxəsi idarəxanəmizə gəlmişdir. Ayda bir dəfə
nəşr olunan bu məcmuənin ilk nüsxəsi Müsavat
Firqəsinin məqsədinə, proğramına və fəaliyətinə
aid materyalları ehtiva etməkdədir.
"Məqsədimiz"
ünvanı ilə yazılan baş məqalədə məcmuə
Müsavat firqəsincə, Azərbaycan İstiqlal
davasının Avropa və Amerika əfkarı-ümumiyəsi
qarşısında müdafiəsinə verilən əhəmiyət
təsbid olunuyor, sonra firqənin proğramından bəzi
mühüm maddələr iqtibas olunuyor, bədə II firqə
konqresinin Qafqasyanın Rusya istilasına qarşı
hüsni-müdafiəsinin təmini üçün
qafqasyalıların konfederatif bir şəkli-ittihad vücuda
gətirmələri lüzumu haqqında ittixaz eylədigi təqrir
surəti dərc olunuyor. Bundan sonra firqənin
surəti-təşəkkülü, məqsədi və
icraatı haqqında tarixi məlumat veriliyor. Daha sonra İstanbulda Milli Azərbaycan Nəşriyatı
xülasə olunaraq, bu nəşriyatın əhəmiyəti
tərif olunuyor və nihayət müsavatçıların
müstovli (işğalçı) Rus hökuməti tərəfindən
düçar olduqları təqibat və təzyiqat
haqqında məlumat veriliyor.
Azərbaycan İstiqlalının ələmdarı
bulunan milli bir firqənin nəşri-əfkarı olaraq
meydanı-intişara atılan yeni arqadaşımızı təbriklə
kəndisinə candan müvəffəqiyət diləriz.
"Yeni
Qafqasya", 16 qanuni-əvvəl 1926, ¹5-6
PETROL
TİCARƏTİ NƏ HALDA?
Bugünlərdə petrol sindikası əzası
V.S.Polyakin 27 kanuni-sani 1925-ci ildə Moskvada petrol ticarətinin
vəziyəti xüsusunda etdiyi məruzənin surətini məhəlli
qəzetələr nəşr etmişlərdir. Petrol ticarətinin vəziyəti-hazırası
ilə gələcəyini tənvir edən bu mühüm
statistik məlumatı verməyi faydalı buldum:
Rusyanın daxilində 1923-1924-cü illərdə 195
milyon pud neft satılması nəzərə
alınmış və buna görə plan tərtib
edilmişdi, fəqət həqiqətdə 177 milyon pud
satılmışdır.
Qaz
yağı bu illərdə 33,8 milyon pud
miqdarında istemal edilmişdir. Məruzəçi bu
miqdarın fəci surətdə az
olduğunu və hərbdən əvvəlki ehtiyaca görə
nisbətən qəbul etməyəcək bir yekun təşkil
etdiyini qeyd ediyor.
Benzin 1,811 min pud miqdarında satılmışdır. Avropanın ən kiçik
və zəif dövlətlərində istemal olunan benzin
miqdarına nisbətən bu miqdarın heç dərəcəsində
olduğunu qeyd etdikdən sonra məruzəçi daxili bazarda
neft ticarətinin böylə bərbad bir şəkil
almasının səbəbini bir çox nöqsanlarda
görüyor: daş kömürün çoğalması və
ucuzlaşması əhalidə lampa bulunmaması, avtomobil
münaqalatının yoxluğu və sairə... Hətta "Bakinski Raboçi" başqa bir məqaləsində
petrol sindikasının xalqa lampa kibi ləvazimat verməklə
neft ticarətini irəlilətməyi tövsiyə ediyor.
"Yeni
Qafqasya", 15 Mayıs 1924, ¹16(40)
PETROL
ƏTRAFINDA MÜCADİLƏ
AZƏRBAYCAN
SƏRVƏTİNİN İSTİSMARI
Amerika ilə Avropanın 4 böyük petrol
kampanyaları arasında Azərbaycan petrolu ətrafında
baş verən ixtilaf şiddətli mücadilə şəklini
almış və bu mücadilə son günlərdə
bütün cahanın əfkari-ümumiyəsini məşğil
etməyə başlamışdır.
Amerika
petrol kampanyalarından Standard Oil Kompanyası ilə Vakuum Oil
Kompanyası müştərəkən Rusya Sovet hökumətilə
bir müahidə əqd edərək Sovetlərin Azərbaycandan
qəsb etmiş olduqları petrolu cahan bazarında
satmağı dəröhdə etmişlərdir. Petrol sindikası rəisi Kalininin Yunayted Press agentliyi
müxbirinə vaqe olan bəyanatı böylə bir
müahidənin vüqu bulduğunu təsdiq etməkdədir.
Bu bəyanatdan anlaşıldığına
görə Nyu-York Standard Oil ilə Vakuum Oil Kampanyaları
Sovet hökuməti üçün 100 min ton petrol
satmağı dəröhdə etmişlərdir. Sovet hökuməti petrolu bu kampanyalara İstanbulda,
Port Səid və Qolomboda təhvil verəcəymiş.
Amerikanın
ən qüvvətli kampanyalarından Nyu-Cersi Standard Oil
yuxarıki kampanyaların hərəkətlərini şiddətli
surətdə tənqid edərək Avropanın ən qüvvətli
şirkəti olan Royal Doyc kampanyası ilə birlikdə sovet
hökuməti ilə heç bir əlaqəyə girməyəcəgini
elan etmişdir. Bu sonuncu kompanilər, Sovet
hökuməti tərəfindən çalınmış
petrolun Avropada satılmaması üçün geniş bir
propağandaya başlayaraq cahan əfkari-ümumiyəsini
protestoya dəvət etməkdədirlər.
Yuxarıda zikr olunan 3 Amerika kompanilərinin əsil sahibi
və səhmdar olan məşhur Rokfeller isə bu kompanilərin
getdikcə şiddət kəsb edən mücadiləsinə
hənuz bitərəf bir seyirçi vəziyətində
qalmaqdadır.
Halbuki mücadilənin bitməsi onun qərarından
asılı ədd olunmaqdadır. Vaxtilə
bu 3 kompani Standard Oil Trust şəklində müttəhid idi.
1911 sənəsindən
sonra böyük sindikalar əleyhində nəşr olunan
Amerika qanununun təzyiqi ilə bu müttəhid kompani
parçalandı və bu parçalar Nyu-Yorkda Standard Oil, Nyu
Cersi Standard Oil və Vakuum Oil Kompani halında meydana gəldilər.
Bunlardan ən qüvvətlisi Nyu Cersi Standard
Oildir. Bütün bu kompanilərdə əsas
kapital Rokfellerə aid olmaqla bərabər, yenə hər
kompani müstəqilən fəaliyətə
başlamış və yekdigərilə müdhiş rəqabətə
girişmişlərdir. 15 sənəlik
müstəqil həyat əsnasında bu kompanilərdən
Nyu Cersi Standard Oil İngiltərə-Holland kompanisi olan Röyal
Döyc ilə daha çox yaxınlıq peyda etmiş
bulunmaqdadır. Bu kompanilər Hərbi-Ümumidən
əvvəl Rusya petroluna yaxından iştirak ediyor və
petrol müəssisələrindəki səhmlərdən əksərinə
malik bulunuyorlardı. Binaənileyh kəndi malları olan
petrolu Sovetlərdən almağa və cahan bazarında
satmağa daha çox haqlı ikən bu iki kompani, Nyu-York
Standard Oil ilə Vakuum Oilin petrol inhisar səlahiyətini
Moskvadan almaq işində əleyhdaranə bir vəziyət
aldılar və Sovet hökumətinə aid olmayan şu qəsb
olunmuş nefti cahan bazarına buraxmamaq üçün təşəbbüsə
girişdilər.
Bunları bu müxalifətə sövq edən səbəb
nədir?
Avropada və Yaxın Şərqdə başqa bir rəqibə
təhəmmülsüzlük, Rusyadan gətiriləcək
neftin Amerika neftinin qiymətini endirəcəyi təhlükəsi
və nəhayət, Rusya ilə İngiltərənin qəti
münasibəti kibi səbəblər daha münasib
görülməkdə ikən, bu müxalif kompanilər əxlaqi
səbəblərdən daha çox bəhs etməgə
başlamışlardır. Royal Doyce kompanisinin müdiri
Deterdinq Henri Amsterdamda müntəşir "Teleğraf" qəzetəsi
müxbirilə vaqe olan müsahibəsində əz-cümlə
diyor ki: "Bu xəbər doğru isə Amerika kompaniləri
İngiltərədə və Hindistanda olan təşkilat və
müəssisələrini Sovet hökuməti idarəsinə
veriyorlar, deməkdir. Bu təşəbbüsdən
bolşeviklərin ixtilal çıxarmaq istədikləri məmləkətlər
zərərdidə olacaqlardır. Çünkü
Moskva parası olmadan heç bir məmləkətdə
ixtilal çıxarmaq mümkün degildir. Amerika kompaniləri kəndilərini əxlaqi-ümumiyyəyə
qarşı qoyamazlar".
Deterdinq, Flemenk (Hollandya) hökumətinin bu etilaf əleyhinə
protestosunu tələb etməkdədir. Şell Kompani dəxi bu
kompanilərin qərarında iştirak ediyor ki: "Rusyada
qeyb olan sərvət və əmlakdan daha mühüm bir məsələ
ilə qarşı-qarşıya gəldigimizi etirafla Şell
Kompani daima Sovet yağmaçılığı ilə
mücadilə etidigi kibi şimdi də Sovet petrolunu Avropa bazarına
buraxmaq istəməyənlərin tərəfini iltizam edəcəkdir".
Rusya ilə etilafa gedən kompanilərdən Vakuum Oilin
müdiri Mister Vehaley isə əleyhdarlarına Rusyadan mal
almaq, ona mal satmaqdan fənamıdır? Amerika firmaları Moskvaya hər
türlü mal satmıyorlarmı?... deyə
cavab verməkdədir. Vehaleyin bu bəyanatına
baxmayaraq, Nyu Cersi Standard Oil kompanisi kəndi rəqiblərinin
təkliflərini rəd ilə müzakirədən imtina
etmişlərdir. Royal Doyc yeni bir bəyannaməsində
diyor ki:
Nyu-York Standard Oil kompanisi ilə Vakuum Oil, Sovet Petrolunun mənsub
bir mal olduğunu bildikləri halda böyük miqdarda petrol
almışlardır. Məzkur kompanilərin böylə bir
işə təşəbbüsləri siyasi bir
hırsızlıq əleyhində ictimai bir protes-tonun ədəmi
mövcudiyətindən iləri gəlməkdədir. Şimdi, Sovet petrolunu satın almaq əleyhində
ictimai hərəkatın ədəmi-mövcudiyətindən
dolayı baş verəcək ağır nəticələri
böyük kompanilərin ümuma bildirmək zamanı gəlmişdir.
Bu, sınayei intihara götürür və həyat
Sovet Rusyadakı dərəcədə enər. Kim inana bilir ki Sovet hökuməti
çaldığı petrolu bəşəri bir hislə ucuz
satacaqdır? Bolşeviklərin məqsədi
təcrübədən görüldüyü vəchlə,
cahan mədəniyətini məhv etməkdir. Bunu mütəaqib 44 böyük petrol şirkəti
İngiltərədə, Sovet neftini alıb
satmayacaqlarını elan etmişlərdir.
Qəzetələrin yazdıqlarına görə, Sovet
hökuməti ilə Amerika kompaniləri arasındakı
razılıq, uzun müddət davam edən gizli
müzakiratdan sonra meydana gəlmişdir. Rusya
çoxdandır ki, Avropa və Amerika kapitalını cəlb
etmək məqsədilə Berlin, Nyu-York və Vaşinqton ilə
müzakirədədir. Gürcüstanda "marğanez imtiyazı"
almış olan Harriman, Azərbaycan petrolu ilə də
şiddətli surətdə maraqlanıyordu. Bütün Bakı dairəsini imtiyazına almaq istəyən
Harriman və onun mütəxəssisləri Bakını ziyarət
və tədqiq dəxi etmişlərdir. Çox
zaman Harriman üçün müvafik şəkildə həll
olunmaq üzərə görükən "Bakı Petrol
imtiyazı" nədənsə birdən-birə unudulmuş
bir vəziyətə girdi. Ehtimal ki Amerika
kapitalı milyonlarca dollarının müqəddəratını
heç bir beynəlmiləl müahidəyi tanımayan
bolşeviklərə tapşırılmaqdan qorxmuşdur.
Fəqət imtiyaz işinə cəsarətlə
girişəməyən Amerika kapitalı Qara Dəniz
limanlarından Azərbaycanın çalınmış
petrolunu almağı zərərsiz və faydalı
görmüşdür. Bizcə, bu etilafın bir
qaç il əvvəl vaqe olduğunu
göstərən əlamətlər vardır. Sovet Rusya bir
qaç il olur ki Bakı ilə Batum arasındakı petrol
borusunun kafi gəlmədigindən bəhslə, Bakı ilə
Batum arasında dağlar üzərindən kəsmə yol ilə
2-ci bir petrol borusu çəkməyə təşəbbüs
etdigi kibi, Dağıstanın Qroznı petrol ocaqlarından,
Şimali Qafqasya təriqilə Tuapseyə də bir petrol borusu
çəkilməsi lüzumundan bəhs etmişdi.
Əlavə
olaraq Sovet hökuməti Batum, Suxum və Tuapse kibi Qara Dəniz
limanlarında cövhər, benzin və yağ
emalatxanələri inşasına çoxdandır ki
şüru etmiş bulunuyor. Çünkü
bu vaxta qədər dəmir yolu ilə və Bakı-Batum
petrol borusu ilə gətirilən petrol ehtiyacı ödəmiyormuş.
Sovet hökumətinə Çar dövründə və
müstəqil Azərbaycan dövründə ixrac edilən
miqdardan daha ziyadə petrol ixrac etmək lazım olduğundan
Batum, Suxum və Tuapse emalatxanələrinə sərf edilən
milyonlar xaric olmaq üzərə yalnız Qroznı-Tuapse və
Bakı-Batum petrol boruları üçün 100 milyon altun
rublə miqdarında bir təxsisat ayırmışdır. Sovet hökumətinin keçirməkdə olduğu
maliyə böhranı davam etdigi bir zamanda bu qədər para
nərədən əcəba? Haqlı
olaraq Avropa mətbuatı bu paraların Nyu-York Standard Oil,
Vakuum Oil tərəfindən verildiyini iddia etməkdədirlər.
Qarşımızdakı təşrini-sanidə
(noyabrda) bu yeni boruların rəsmi güşadı vaqe
olacağını Sovet qəzetələri xəbər verməkdədirlər.
Bu xüsusda bəhs edərkən rus mühacir
qəzetələri, Rusya nöqteyi-nəzərindən bu yeni
borulara ehtiyac olmadığını iləri
sürüyorlar. Bu qəzetələrcə,
Rusya keçmişdə olmadığı kibi istiqbalda da buna
möhtac olmayacaqdır. Əcəba Rusya
nöqteyi-nəzərindən bu məsələ nə vəziyətdədir?
Hərbi-Ümumidən əvvəl Bakıdan
çıxarılan Azəri petrolunun 85 faizi daxili Rusyaya, 15
faizi Bakı-Batum borusu və dəmir yolu ilə Avropaya,
Türkiyə və Xəzər Dənizilə İrana
çıxarılıyordu. Qroznudan
çıxan petrol dəxi tamamilə dəmir yolu ilə
Rusyaya getməkdə idi. Şimdi Bakı
dairəsindən çıxarılan petrol Hərbi-Ümumidən
əvvəlki miqdarı bulmadığı halda, Avropaya ixrac
artırılmaqdadır. Bu hal Rusyanın
petrola olan ehtiyacının azaldığına və rus sənayesinin
söndüyünə bir dəlil olmaqla bərabər Azəri
və Dağıstan neftinin bilavasitə Avropaya çıxmaq
üçün daha geniş yol açdığına dəxi
bir əlamətdir. Müstəkbel,
müstəqil milli Azərbaycanın Rusya ilə hər bir
siyasi, mədəni və iqtisadi irtibatı kəsməsi
üçün ən müvafiq və faydalı bir vasitə
olan bu yeni borular, Qafqasya millətləri həyatında hər
halda böyük bir rol oynayacaqlardır.
Fəqət
2-ci bir sual dəxi varid ola bilir. Madam ki
Sovet hökuməti Amerika dollarilə Azərbaycan neftinin cərəyanını
Şimaldan Qərbə çevirmişdir, ola bilir ki, eyni
dollar sayəsində Bakı ətrafındakı istehsal sahələrini
də genişlətsinlər və bu surətlə Rusyaya
göndərilən petrol miqdarı daha əski nisbətində
davam etsin. Keçən ilki "Yeni Qafqasya"
nüsxələrində "Abşeronun sənayeləşməsi"
məqaləsində (dekabr 1925, ¹ 5- Ş.H.) Sovet hökumətinin istehsal sahəsini bütün
Bakı vilayəti miqyasında genişləndirmək fikrində
olduğunu qeyd etmişdik. O zaman Sovet mətbuatı, Azərneft
idarəsinə verilmiş bütün Bakı vilayətindən
köylülərin nərələrə
köçürüləcəyi məsələsini dəxi
meydana atmış "ya köçmək və ya
proletarlaşmaq" kibi bir reçetə göstərmişdi.
Fəqət
bütün bunlar uzaq zaman projesi ola bilir.
Şimdiki halda həqiqət olaraq meydanda olan şey Bakı ilə
Batum arasındakı 2-ci petrol borusunun Qroznı-Tuapse borusu ilə
bərabər bu il hazır olacağı və Nyu-York Standard
Oil ilə Vakuum Oil əleyhində davam edən şiddətli
propağandadır. Azərbaycan petrolu ətrafında cərəyan
edən bu mücadilənin davamını qeyd etməklə bərabər
onu da söy-ləməlidir ki, Amerika Ticarət Odası rəisi
Mister Pearson Moskva ilə ticari əlaqəyə girmək
üçün təklifdə bulunan Mister Leeyə
yazdığı məktubunda Amerika hökumətinin Sovetlərlə
olan hər növi münasibətinin əleyhində
olduğunu göstərmişdir. Mister Pearsona
görə Moskva ilə ticarət Amerika hökumətinin
Sovetlərə ittixaz etmiş olduğu rəsmi pozisyonu ilə
mütabiq olmamaq deməkdir. Fəqət məsələ
kompanilərin ixtilaf və mücadiləsi şəklində
qalmamışdır. Gərək Sovet və
gərək Avropa və Amerika mətbuatı, bu məsələni
daha ciddi bir şəklə salmış, dərinləşdirmiş,
hökumət məsələləri yapmağa
başlamışlardır. "Nyu-York Tayms" qəzetəsi
Nyu-York Standard Oil ilə Vakuum Oil tərəfini iltizam ediyor,
"Deyli Meyl" qəzetəsi (İngilis qəzetəsi) isə
Deterdingin bəyanatından bəhs edərkən qeyd ediyor ki:
"Çalınmış petrol ticarətini müdafiə
edənlər, bolşeviklərin bütün mədəni
dövlətlərə elan etdikləri hərbi təshil
(asanlaşdırma) etmiş oluyorlar".
Deterdingin
digər bir bəyanatını xəbər verən
"Yunayted Press" diyor ki, Standard Oil (Nyu-York)un
çalınmış petrol ilə ticarət etməsinə
mane olmaq üçün biz lazımı tədabir ittixaz edəcəgiz.
"Morninq Post" qəzetəsinin rəyincə
"İngiltərə hökuməti, Sovet petrolunun
İstanbulda, Port Səiddə və Qolomboda satılmaması
üçün çalışmalıdır".
İngiltərə Xariciyə Nəzarətinə
yaxın olan "Deyli Teleğraf" bu mücadiləyi, Rusya
ilə İngiltərənin qəti münasibətilə əlaqədar
görməməkdədir. Sovet petrolu ticarətini
kəndi əlinə keçirmiş olan Nyu-York Standard Oil və
Vacuum Oil kompaniləri filhəqiqə İngiltərə ilə
Rusyanın qəti münasibətindən istifadə etməmişlərmi?
Agensi Ekonomik Finanse müməssili ilə vaqe
olan söhbətində Röyal Doyç rəisi bu xüsusu
tənvir edən bəyanatda bulunmuşdur. Bu bəyanat nəzəri etibara alınırsa
mücadilənin qəti münasibət ilə sıxı surətdə
əlaqədar olduğu meydana çıxmaqdadır.
Fransanı da Sovet əleyhinə mücadiləyə dəvət
edən Röyal Doyç rəisi diyor ki: Rusya ilə petrol ticarəti
mümkün olmayacaqdır. Əvvələn
Rusya kəndisi o qədər möhtacdır ki xaricdən
petrol almalıdır. Saniyən Amerika kəndi
petrolunu ixrac etmək məcburiyyətindədir.
Sovet Rusya
möhtac olduğu bir zamanda petrolu kəndi
"endüsturilize"sindən kəsərək ixrac etməsi
Amerikaya bir zərbə olduğu kibi, Amerikanın da Rusya
petrolunu alaraq kəndi inhisarında satması, əvvələn
Rusyanın cahan bazarındakı ticarətinə mane olmaq,
saniyən daxildəki iqtisadi böhranın şiddətləndirmək
üçündür. Fəqət Sovet mətbuatınca
böyük bir müvəffəqiyyət olan bu müahidə
İngiltərənin mücadiləsini daha da şiddətləndirəcəkdir.
Moskvada müntəşir "Pravda" baş məqaləsində
diyor ki: "İngiltərənin petrol kralları daha
çox şiddətlə bizimlə mübarizə edəcəklərdir.
Əfkari-ümumiyəyə və hökumətə
getdikcə təzyiqləri artacaq və böyük bir ciddiyət
və israrla hərbi təsri edəcəklərdir.
***
Son posta ilə gələn Bakı qəzetlərində
oxunduğuna görə Bakı petrol istehsalatı
üçün 84 milyon rublə yeni təsisat
buraxılmışdır. Moskva baş Məhruqat
(yanacaq) idarəsi tərəfindən buraxılan bu məbləğ
1928 sənə inşaatına sərf ediləcəkdir.
Əlavə olaraq 24 temmuz (iyul) tarixli
"Bakinski Raboçi"də Azərbaycan petrol istehsal və
sənayenin istiqbalı nöqteyinəzərindən
Moskvanın nə qədər müdhiş istismar siyasəti
yürütdügünü görməkdəyiz. Moskvanın qərarı üzrə Bakıda
çıxarılan petroldan qaz yağı, benzin, makina
yağı və sairənin emal edilməsi
"mintikalılaşdırılacakmış". Bu
yeni istilah bolşevik qəzetəsində şu surətlə
izah edilməkdədir:
"Bakı-Batum və Qroznı-Tuapse petrol borusu vasitəsilə
sövq ediləcək xam petrol, petrol nahiyəsindən
alınıb Qara Dəniz sahilində təmizlənəcəkdir. Fəqət
petrolun, ixrac məntəqələrində emal edilməsi
böhranı həll etmiyor. Yaxın zamanda
daxili bazar üçün də daxili emalatxanələr
inşa etməlidir. Bununla əlaqədar
olaraq baş maxruqat (yanacaq) idarəsi xam petroldan hasil ediləcək
məhsulatı petrol istehsal edilən yerdə deyil, Rusyanın
mərkəzində emal edilməsi və emalatxanələri
orada inşa etmək projesini meydana sürmüşdür.
Bu münasibətlə baş maxruqat idarəsi
emalatxanə inşasına Rusyanın mərkəzinə,
İdil nəhri boyuna köçürmək və bu sənənin
ilk yarısında və baş petrol sindikasilə bərabər
bu məsələyi icra etməyi qərara
almışdır".
Bu surətlə Azərbaycan petrolu ətrafında davam
edən mücadilə yalnız Avropada və Amerikada degil, eyni
zamanda Rusyada davam etməkdədir. Rusya Sovet hökuməti
Bakıyı və Azərbaycanı iqtisadən, müstəqil
və vahid bir küll şəklində buraxmamaq maxruqatı
ilə xam malına malik bu ölkənin bir sənaye həyatı
yaratmasına imkan verməmək üçün Bakıda
çıxarılan xam petrolu, Çar Rusyası dəxi
vaxtilə yapmaq istədiyi kibi, Rusyaya götürmək, orada
emal edib qaz yağı, benzin, makina yağı və sairə
istehsal etmək qərarına gəlmişdir. Bu
surətlə Bakı və Azərbaycan, Rusiyadan ötrü
iqtisadən yağma edilən bir müstəmləkə şəklində
davam etdirilməkdədir. Proje təhəqqüq
edərsə, Bakı, sağmal inəkdən başqa bir
şey olmayacaqdır. Azərbaycanın müstəqil
hasiledici və emaledici sənayei yekdigərindən ayırmaq,
onu iqtisadən öldürmək istəyən Moskvanın
meydana belə vəhşiyanə və caniyanə projeləri
varkən, "Bakinski Raboçi"nin son
nüsxələrində sabiq Azərbaycan Sovet Maarif
komisarı Quliyev, Azərbaycanın "sənayeləşmədə"
olduğundan utanmadan bəhs ediyordu. Bizcə
bütün bu mücadilələrə nihayət verəcək
qüvvət, nə Amerikadadır, nə də İngiltərədədir,
nə Moskvada. Azərbaycan petrolunun həqiqi
sahibi vardır. O da Azərbaycan Türk xalqıdır. Azərbaycan petrolu Azəri Türk xalqının
qanıdır. Azərbaycan xalqı ilə
hesablaşmadan onun qanını soran, satan
və Bakı sənaye həyatını məhv etmək
projesini tətbiq edən Moskva, Azərbaycanın düşməni
və qatilidir. O, bir gün bu cinayətlərinin
hesabını verəcəkdir.
Mirzə
Bala
"Yeni
Qafqasya", 18 avqust 1927, ¹22
ERMƏNİLƏRİN
GÖZÜ RUSYADA
Axaronyanın
Bir Məktubu
Keçənlərdə Qafqasyayı ziyarət edən Moskva komisarlarından xariciyə naziri Çiçerin Erivana qədər gəlmiş, burada irad eylədiyi bir nitqində Daşnaksutyun firqəsi ilə milli Ermənistan hökumətinin hərəkətini tənqid ilə kəndilərini, Türkiyə ilə əqd eylədikləri müahidə və ələlümum Rusiyaya qarşı aldıqları vəziyət dolayısı ilə gərək erməni xalqına və gərək Sovetlər İttihadına ihanət və xəyanətlə ittiham eyləmişdi.
Parisdə müqim erməni heyəti mürəxxəsəsi rəisi Müsyö Axaronyan bu münasibətlə Çiçerinə xitabən açıq bir məktub nəşr eyləmişdir. Bir surətini Berlində müntəşir rusca "Dni" qəzetəsində gördüyümüz bu məktubunda erməni müməssili Ermənistanın qismi mühümmini Türklərə tərk edən Sovet diplomatının Daşnaqsütyun hökumətini Türklərə təslim olmaqla ithamını muralığın (riyakarlığın) şahkar bir misalı tələqqi etdikdən sonra Erməni hökuməti və ya Daşnaqsütyun firqəsinin qızıl Rusiyaya deyil, Sovet hökumətilə komunist firqəsinin ermənilərə xəyanət eylədiklərini iddia ediyor və bu müddəasını isbat üçün 5 maddə göstəriyor:
Sovetlərin ilk xəyanəti Axronyanca 1917 sənəsində icra eylədikləri propağanda ilə Qafqasya cəbhəsini boşaltdıqları və erməniləri Türklərə qarşı müdafiəsiz buraxdıqları olmuşdur. 2-ci xəyanət Brest-Litovsk Müahidəsi ilə Qars, Ərdəhan və Sürməlinin Türkiyəyə tərkidir. 3-cü xəyanət Sovetlərin Ermənistan istiqlalını təbid edən (əbədiləşdirən) Sevr Müahidəsinə ziddiyətləridir. 4-cü xəyanət 1919 sənəsində Kazım Qarabəkir Paşa ilə birlikdə Sovet hökumətinin dəxi Ermənistana təərrüzüdür. 5-ci xəyanət "Sosyalist Sovet Ermənistan Cümhuriyəti" namı ilə təsis edilən zülüm idarəsinə qarşı üsyan edən erməni xalqının üsyanını Qızıl Ordunun qanlı surətdə basdırılmasıdır.
Erməni müməssilinin mütəaliəsincə Türklərdən sonra erməni faciəsinin yeganə məsulu Sovet hökumətidir və komunistlər, müvaciheyi (qarşı-qarşıya durma) tarixdə ilələbət Ənvər, Tələt və Kamal Paşaların müttəfiqi görüləcəklərdir.
Axoronyan bu məktubu ilə bolşeviklərin nə namusuna, nə vicdanına, nə də əxlaqlarına müraciət etmiyor, çünki kəndilərini bu xislətlərdən məhrum olaraq tələqqi ediyor. Fəqət bolşeviklərə inanmayan bu müməssil böyük rus millətinə inanmaqda olduğunu söyləməyə bilxassə lüzum görüyor. O inanmaq istiyor ki ər gec (əvvəl axır) rus xalqı başındakı bolşevik kabusunu atacaq, böyük qardaş və müqdədir bir qonşu sifətilə xilaskar əlini Ermənistana uzadacaq və bu böyük millətin düçar olduğu fəlakətdən xilası eyni zamanda Ermənistanın da hürriyətini, istiqlaliyyətini və vəhdətini təmin edəcəkdir.
Demək ki erməni siyasiləri hala mücərrəbi (sınanmışı) təcrübə etmək ümidi ilə yaşıyorlar. Öylə isə nədamət (peşimançılıq) kəndilərinə halal olsun.
"Yeni Qafqasya", 16 temmuz 1925, ¹20
ŞAH PƏHLƏVİ HÜZURUNDA ERMƏNİ MÜRƏXXƏSLƏRİ
Rıza Şah Pəhləvi, Təbrizdə əhali mürəxxəsləri içərisində Ermənilərin dini rəisi ilə tüccarlarını qəbul etmişdir. Əsnayi-müsahibədə erməni mürəxxəsləri Rıza Şah Pəhləvidən İran Azərbaycanının şəhərlərində bilxassə Təbriz, Marağa, Xoy və Urmiyə tərəflərində fabrikalar təsis etmək, Saidabad suyunu Təbrizə gətirmək və sair bir çox iqtisadi imtiyazlar ricasında bulunmuşlardır. Təbriz qəzetəsinin yazdığına baxılırsa Şah Pəhləvi erməni mürəxxəslərinə müvafiq cavab vermişdir.
"Yeni Qafqasya", 15 təşrini-əvvəl 1927, ¹2(95)
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2019.- 25 may.- S.20-21.