AYB bir qrup ədibi mükafatlandırdı

 

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda bir qrup şair yazıçının mükafatlandırma mərasimi keçirilib.

 

Mərasimdə AYB rəhbərliyi, tanınmış qələm adamları, mükafatçılar media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı Anar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezidentin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat ayırdığını xatırladaraq, vəsaitin texniki bazanın yaxşılaşdırılması, kitabların çapı digər mühüm işlərə xərclənəcəyini deyib. Qeyd edib ki, eyni zamanda Birliyin Katibliyi həmin vəsaitdən bir qrup şair yazıçını mükafatlandırmağı qərara alıb: "Yubileyləri bu il dövlət tərəfindən geniş qeyd olunan dörd klassikimizin - İmadəddin Nəsimi, Mirzə Cəlil Məmədquluzadə, Cəfər Cabbarlı İsmayıl Şıxlının adlarına 12 mükafat ayrıldı. Bundan başqa, gənc yazarlar üçün nəzərdə tutulan "Uğur" mükafatı da təsis olundu ki, bu mükafata beş nəfər gənc yazar - Ümüd Abbas Nihani, Rəvan Cavid, İntiqam Yaşar, Sərdar Amin Əliəsgər Əhməd layiq görülüblər. Bu mükafatlar əsərə, yaradıcılığa görə təqdim olunur. Mükafatçıların hər birini təbrik edir, daha böyük yaradıcılıq uğurları diləyirik".

Daha sonra mükafatlar sahiblərinə təqdim olunub.

Poeziya nominasiyası üzrə İmadəddin Nəsimi adına şeir mükafatlarına Musa Yaqub, Vaqif Bayatlı Odər Firuzə Məmmədli layiq görülüblər.

Musa Yaquba mükafatının təqdimatıyla bağlı AYB-nin sədri deyib: "Musa Yaqub İsmayıllının Buynuz kəndində yaşadığından səhhətində problem olduğundan, mükafatı ona təqdim etmək Birliyin "Sabir günləri" layihəsinin rəhbəri, yazıçı Əjdər Ola həvalə olundu. Bu münasibətlə şair yazıçılarımızdan bir qrupu mayın 12-də İsmayıllının Buynuz kəndinə səfər etdilər şairin mükafatını ona orada təqdim etdilər".

Vaqif Bayatlı Odərin səhhətindəki problemlərlə əlaqədar olaraq, mükafat həyat yoldaşı Tamam xanıma təqdim edilib. Tamam xanım AYB-nin sədrinə mükafatın təsisində zəhməti olan hər kəsə şairin salamını təşəkkürünü çatdırıb.

Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafaları ilə Xalq yazıçısı Elçin Əfəndiyev, akademik Kamal Abdulla Xalq şairi Sabir Rüstəmxanlı təltif ediliblər.

Cəfər Cabbarlı adına dramaturgiya mükafatları Firuz Mustafa, Vaqif Əlixanlı Əjdər Ola təqdim olunub.

İsmayıl Şıxlı adına tənqid, ədəbiyyatşünaslıq publisistika üzrə mükafatların laureatları professor Nizaməddin Şəmsizadə, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə tədqiqatçı Gülxani Pənah olublar. Mükafatı Xalq yazıçısı Anar İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı birgə təqdim ediblər.

Sonra söz mükafatçılara verilib. Onlar yaradıcılıqlarına göstərilən diqqətə görə Yazıçılar Birliyinə təşəkkür ediblər.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında hər kəsə təşəkkürünü bildirib. Yazıçılar Birliyinin gənclərə hər zaman xüsusi diqqət ayırdığını deyən şair, onlara da bu məsuliyyəti dərk edib hər zaman daha yaxşı əsərlər yazmaq üçün çalışmağı tövsiyə edib. Şair, həmçinin, yaradıcı birliklərin birgə layihələrinin lazımlılığına da diqqət çəkib. Deyib ki, incəsənətin, mədəniyyətin inkişafı üçün bütün yaradıcı birliklərin ortaq fəaliyyəti labüddür.

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə bu günə kimi aldığı ilk mükafat olduğunu deyib: "Əlli ildən artıqdır ki, bu sahədəyəm. Onun qırx dörd ilini sırf ədəbiyyata həsr etmişəm. Bu qırx dörd ilin başlanğıcında isə İsmayıl Şıxlı dayanır. Mən hər zaman özümü onun davamçısı hesab etmişəm. Yaradıcılığıma görə aldığım ilk mükafatın məhz İsmayıl Şıxlının adıyla bağlı olmasını təsadüfi hesab etmirəm bundan böyük məmnunluq hissi keçirirəm. Məni bu mükafata layiq gördükləri üçün başda Anar müəllim olmaqla, hər kəsə öz təşəkkürümü bildirirəm".

"Qobustan" jurnalının baş redaktoru Vaqif Əlixanlı da onu mükafata layiq görənlərə təşəkkürünü bildirib kinonun, teatrın hazırki durumundan gileylənib. O, yeni əsərlərin yazılmamasını, teatrda yeniliklərin olmamasını tamaşaçı laqeydliyini ön plana çəkib.

AYB-nin Gənclərlə üzrə katibi Rəşad Məcid çıxışında "Uğur" mükafatına layiq görülən gənclər haqqında danışıb: "İntiqam Yaşardan başqa, digər dörd gəncin heç biri Yazıçılar Birliyinin üzvü deyillər. Ancaq istedadlı gənclərdir. Ümid Abbas Nihaninin bu yaxınlarda Nəsimiylə bağlı müsabiqədə göstərdiyi kompozisiya, məncə, "Nəsimi ili"nə ən böyük töhfə idi. Rəvan Cavid mütaliəsi və istedadı ilə seçilən gənclərdəndir. Əliəsgər Əhməd poeziyada özünəməxsusluğu ilə seçilir. Sərdar Amin də nəsr sahəsində ümidverici gənclərdəndir. Düşünürəm ki, Yazıçılar Birliyinin bu cür istedadlı gəncləri diqqətdə saxlamağı və onları belə bir mükafatla təltif etməyi təqdirəlayiq haldır. Onların bu cür gənc yaşda Azərbaycan ədəbiyyatının klassikləri sayılan şəxsiyyətlərlə birgə mükafat alması isə həm bioqrafiyalarında, həm də xatirələrində çox önəmli və unudulmaz yer tutacaq. Mən gənclərin adından, başda Anar müəllim olmaqla, hər kəsə təşəkkürümü bildirirəm".

Gənc mükafatçılardan Ümid Abbas Nihani də çıxışında hər kəsə təşəkkürünü bildirib: "Belə bir yüksək mükafata layiq görülmək mənim üçün gözlənilməz oldu. Əlbəttə, sevincliyəm. Bunun üçün Anar müəllimə və zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Son zamanlarda ədəbiyyatla yanaşı, teatrdan da gileylər eşidirik. Amma məsələ teatrlarımızın, tamaşalarımızın zəifliyində deyil. Teatr rejissoru kimi bunu məsuliyyətimlə deyirəm. Problem televiziyanın teatrlara, sənətə qarşı laqeydliyidir. Bizə düzgün təbliğat lazımdır".

Gənc şairin sözlərinə qüvvət olaraq, Xalq yazıçısı Elçin ömründə bir dəfə də teatrda olmayan insanların teatrdan, tamaşalardan narazı olmağının heç də məntiqli olmadığını deyib.

Sevinclərini qəzetimizlə bölüşən gənc mükafatçılar da öz növbələrində Yazıçılar Birliyinə təşəkkürlərini bildiriblər.

Bu mükafatın ilk mükafatı olduğunu deyən Rəvan Cavid bununla məsuliyyətinin artdığını vurğulayıb: "İlk mükafatım olduğu üçün sevinirəm və daha yaxşılarına layiq olmaq üçün çalışacağam. Hər zaman biz gənclərdən diqqət və qayğısını əsirgəməyən Anar müəllimə, Rəşad Məcidə və zəhməti olan hər kəsə dərin təşəkkürlərimi bildirirəm. Ədəbiyyatı sevirəm və yaradıcılığıma olan diqqət məni daha da həvəsləndirir. Digər mükafatçıları da təbrik edirəm".

Əliəsgər Əhməd də sevincini bu cür ifadə edib: "Bu yaşda məni mükafata layiq gördükləri üçün hər kəsə təşəkkür edirəm. Yazıçılar Birliyi yazara hər zaman dəstəkdir. Sadəcə mətn yazmaq lazımdır".

Sərdar Amin yaradıcı insanlara verilən dəyərin onların ədəbi fəaliyyətlərindəki önəmini vurğulayıb: "Demək artıq olar ki, yaradıcı insanların mətnini qiymətləndirmək sanballı stimul sayılır. Amma yenə də bu addımın əhəmiyyətindən bəhs etməyi borc sayıram.

İndividual ədəbi reaksiyalarımı, mətnimi oxuyan, məni bu müstəvidə seçkin qəbul edən şəxslərə minnətdaram. Biz "Uğur" mükafatının ilk laureatları olduq. Arzulayıram ki, bu gözəl yenilik ənənəvi olsun, növbəti illərdə də həmkarlarımız bu müstəvidə dəyərləndirilsin".

İntiqam Yaşar gənclərin ədəbiyyatın yaşadılması və təbliğatında görəcəyi çox işlərin olduğunu deyib: "Bu kimi mükafatlar, eləcə də müsabiqələr ədəbi mühitin canlanmasında çox önəmlıdır. İnanıram ki, bu, davamlı xarakter alacaq. Öz növbəmdə gənclərə də yer verildiyi üçün mükafat komissiyasına təşəkkür edirəm. Gənclərin ədəbiyyat adına istər ölkə daxilində, istərsə də ölkə xaricində görəcəyi işlər çoxdur".

 

Şahanə MÜŞFİQ

Foto: Nofəl ÜMİD

 

525-ci qəzet.- 2019.- 25 may.- S.13.