Riqada Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü qeyd edildi   

 

 

Mayın 24-də Latviyanın paytaxtı Riqada Azərbaycan Xalq Cümhuriyyətinin 101-cü ildönümü diplomatik xidmət orqanlarımızın 100 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub. Bu barədə Azərbaycanın Latviyadakı Səfirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Xalq Cümhuriyyətinin ölkəmizin qədim zəngin tarixindəki yeri rolu barədə danışıb. Cəmi iki il yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə siyasi-iqtisadi islahatlar həyata keçirdiyini, demokratik təsisatlar yaradıldığını, qadınlara seçkilərdə iştirak, dövlət hökumət orqanlarında təmsilolunma hüququnun verildiyini vurğulayan səfir ölkəmizin öz müstəqilliyinə 1991-ci ildə yenidən qovuşduğunu, lakin müstəqilliyin ilk illərində siyasi iqtisadi tənəzzül yaşandığını, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20 faizinin qonşu Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edildiyini həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparıldığını bildirib.

C.Axundov qeyd edib: “Ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə Azərbaycana qayıdışından sonra mövcud ağır siyasi-iqtisadi böhran müharibə şəraitində olan ölkəmizdə geniş siyasi, iqtisadi demokratik islahatlar aparılıb, nəticədə ictimai-siyasi sabitlik, milli birlik həmrəylik bərqərar edilib”.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələr, o cümlədən, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə tədbir iştirakçılarına məlumat verən səfir Azərbaycan-Latviya münasibətləri barədə söhbət açıb. Xalqlarımız arasında tarixən mövcud olmuş təmasları yada salan C.Axundov iki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəniyyət digər sahələrdə münasibətlərin uğurlu inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb, dövlət başçıları, parlament, hökumət digər dövlət qurumları arasında sıx əməkdaşlığın qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd edib.

Səfir 2017-ci ildə Prezident İlham Əliyevin Latviya Respublikasına səfəri zamanı iki ölkə arasında nəqliyyat, tikinti təhsil sahələrində əməkdaşlığa dair sazişlər ilə yanaşı, “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanmasının ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini nümayiş etdirdiyini xüsusi vurğulayıb. O, həmçinin, Latviyada Azərbaycan Ticarət Evinin açılması ilə regional bazarlara çıxış imkanları baxımından əlverişli strateji bölgələrdə yerləşən ölkələrimiz arasında iqtisadi ticarət əlaqələrinin təşviqi üçün yeni imkanların yarandığını qeyd edib.

Tədbir bədii hissə ilə davam edib. Əməkdar artist Şəhriyar İmanov nağara ifaçısı Şükür Əliyev rəngarəng musiqi çələngi təqdim ediblər. Konsert əsnasında Azərbaycan musiqi alətlərinin şahı - tar haqqında yığcam informasiya verilib. Azərbaycanlı sənətçilərin çıxışı dinləyicilərə böyük emosional təsir göstərib, gur alqışlarla qarşılanıb.

“Riga Symphony” beynəlxalq musiqi müsabiqəsinin bədii rəhbəri, bir sıra iri beynəlxalq yarışmaların münsiflər heyətinin üzvü Yelena Lorena Şvilpe öz təəssüratlarını bölüşüb: “İfaçılar öz fantastik virtuozluğu sənətkarlığı ilə məni heyran etdilər. Onların ifa etdiyi musiqi olduqca maraqlıdır. Belə bir musiqini dinləmək imkanına görə tədbirin təşkilatçılarına təşəkkür edirəm”.

Ziyafətdə iştirak edən Əməkdar İncəsənət xadimi, professor Zümrüd Dadaşzadə isə qeyd edib ki, bir sıra mizrablı-simli alətlərdə (saz, ud, gitara) ifa etməyi bacaran, əldə etdiyi vərdişləri təcrübədə tətbiq edən Şəhriyar İmanov musiqiçi eksperimentatordur. O, tar ifaçılığı sənətini keyfiyyətcə yeni səviyyəyə qaldıra bilib. Riqadakı konsertdə müəllifi olduğu kompozisiyaları, milli musiqi nümunələri, bəstəkar mahnılarını özünəxas tərzdə ifa edən musiqiçi tar alətinin geniş imkanlarını sərgiləyib. Dinləyiciləri həcmcə o qədər böyük olmayan alətdə Ş.İmanovun hasil etdiyi səslərin rəngarəngliyi valeh edib. Öz kompozisiyalarında o, tərəf müqabili Şükür Əliyevlə dialoqda müxtəlif musiqi fraqmentlərini sənətkarlıqla bir-birinə calayaraq onların arasında qohumluq əlaqələrini üzə çıxarıb, tanış melodiyaları yeni qiyafədə təqdim edib, zəngin təxəyyülü improvizasiya etmək bacarığı ilə auditoriyanın rəğbətini qazanıblar.

Tədbirin keçirildiyi zalda Azərbaycan guşəsi yaradılıb, milli-mədəni dəyərlərimizi əks etdirən suvenirlər, kitab, jurnal broşürlər tədbir iştirakçılarına paylanılıb.

Qeyd edək ki, rəsmi qəbulda Latviya Prezidentinin müşavirləri, Latviya parlamentinin, Xarici İşlər Nazirliyinin digər dövlət hökumət orqanlarının rəsmiləri, eks-prezident Valdis Zatlers, Latviyada akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin beynəlxalq təşkilatların rəhbərləri, ali tədris ocaqlarının rektor prorektorları, ictimai-siyasi xadimlər, tarixçilər, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

 

C.ABASOV

 

525-ci qəzet.- 2019.- 28 may.- S.12.