UNESCO-nun baş qərargahında məlumat
sessiyası təşkil edilib
Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə YUNESKO baş qərargahında cari ilin 30 iyun-10 iyul tarixində Bakıda təşkil ediləcək
Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyası
ilə bağlı məlumat sessiyası keçirilib.
Nazirlikdən AZƏRTAC-a
bildirilib ki, Ə.Qarayev çıxış edərək Komitədə
müzakirəsi gözlənilən
məsələlər barədə
məlumat verib. Ə.Qarayev, həmçinin
Azərbaycanın ev sahibi ölkə kimi bu tədbirə xüsusi önəm verdiyini, sessiyanın təşkili ilə bağlı ölkə prezidenti tərəfindən
Təşkilat Komitəsinin
yaradıldığını iştirakçıların diqqətinə
çatdırıb.
Daha sonra tədbirin Əməliyyat
qrupunun rəhbəri,
Mədəniyyət Nazirliyinin
Aparat rəhbərinin
müavini – Beynəlxalq
əməkdaşlıq və
innovativ inkişaf şöbəsinin müdiri
Vasif Eyvazzadə sessiyaya və onun çərçivəsində
keçiriləcək tədbirlərə
hazırlığın vəziyyəti
barədə təqdimatla
çıxış etdi
və ölkəmizin
mədəniyyəti və
inkişafı ilə
bağlı film nümayiş
etdirilib.
Qeyd edilib ki, Azərbaycan 23 iyun-1 iyul tarixində Gənc Peşəkarlar Forumu, 26 iyun-4 iyul tarixində Abidə Menecerləri Forumu və nəhayət 30
iyun-10 iyul tarixlərində
Komitənin 43-cü sessiyasının
keçirilməsinə tam hazırdır.
Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler Azərbaycan tərəfinə təşəkkürünü
bildirərək Komitənin
43-cü sessiyasının gündəliyi,
müzakirə olunacaq
nominasiya sənədləri,
büdcə və prosedur qaydaları ilə bağlı yeniliklər və s.barədə çıxış
etib.
Sonda Komitə üzvlərinin
sualları cavablandırılıb.
525-ci qəzet.- 2019.- 31 may.- S.8.