Milli Kitabxanada "İnsan hüquqları" adlı tədbir keçirilib

 

Mayın 30-da Milli Kitabxanada ölkəmizdə mayın 18-dən iyunun 18-dək elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində Bakı Dövlət Universitetinin digər ali məktəb tələbələrinin, gənc oxucuların iştirakı ilə "İnsan hüquqları" adlı sərgi-diskusiya təşkil olunub.

Tədbirdə qeyd edilib ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları azadlıqları vardır bu hüquq azadlıqlar şəxsin cəmiyyət digər şəxslər qarşısında məsuliyyətini, vəzifələrini əhatə edir, vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır onlar dövlət tərəfindən müdafiə olunur.

Dövlət hər kəsin hüquq azadlıqlarının müdafiəsinə təminat verir, istinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan vətəndaş hüquq azadlıqlarına hörmət, onların müdafiəsi, dəstəklənməsi, eləcə həyata keçirilməsi vəzifələrini ehtiva edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası Avropa İttifaqı mühüm yer tutur.

Sərgidə insan hüquq azadlıqlarının bütün sahələrindən bəhs edən müxtəlif dillərdə kitablar dövri mətbuat materialları nümayiş edilir. "İnsan hüquqları" adlı sərgi-diskusiya bir həftə davam edəcək.

 

525-ci qəzet.- 2019.- 31 may.- S.8.