Tanınmış alim Mina Quliyeva ilə
bağlı sərgi açılıb
Mayın 29-da Milli Kitabxanada fransız dili tədrisi metodikası problemlərinin tədqiqatçısı,
alim Mina Əliqulu qızı Quliyevanın Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablarından və dövri mətbuatda çap edilmiş elmi məqalələrindən
ibarət "Mina Quliyeva"
adlı sərgi açılıb.
Sərgidə tədqiqatçı
alimin Azərbaycanda fransız dilinin, fransız dili tarixinin tədrisi və tədrisi metodikasının elmi-nəzəri
problemlərini əhatə
edən kitabları, orta və ali məktəblər
üçün dərslikləri,
redaktoru olduğu Fransız-Azərbaycan və
Azərbaycan-Fransız dili
lüğətləri nümayiş
olunur.
Sərgi bir həftə davam edəcək.
525-ci qəzet.-
2019.- 31 may.- S.8.