Ədəbiyyat İnstitutunda İsmayıl Şıxlı konfransı

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş  elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanda ədəbiyyatın inkişafı ilə bağlı görülən işlərdən danışıb.

Akademik bildirib ki, bu istiqamətdə ulu öndər Heydər Əliyevin apardığı siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının 2019-cu iliNəsimi ilielan etməsi, cari ildə akademik Həmid Araslının 110, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100 illik yubileylərinin qeyd edilməsi haqqında Sərəncamlar imzalaması dövlətin ədəbiyyata, ədəbiyyat nümayəndələrinə münasibətini əks etdirir. Xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, zəngin bədii yaradıcılığından danışan akademik İsa Həbibbəyli vurğulayıb ki, yazıçı sovet dövründə yaşayıb-yaratsa da, azərbaycançılıq məfkurəsini təbliğ edən əsərlər yazıb. İsmayıl Şıxlının bütün əsərlərində Azərbaycanın milli maraqları əsas götürülüb.

Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Bakı Avrasiya Universitetinin (BAU) ümumi filologiya kafedrasının dosenti Maral Yaqubova çıxışında İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatına töhfələrini qeyd edib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Rüstəmzadəİsmayıl Şıxlının yaradıcılığında milli xarakter”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmanovİsmayıl Şıxlının böyük dərd imiş şair yaranmaqəsəri memuar ədəbiyyatın nümunəsi kimimövzularında məruzə ediblər. Elmi konfransda İsmayıl Şıxlının həyatı, yaradıcılıq yolu, hekayələri, “Ayrılan yollar”, “Dəli Kür”, “Namərd gülləsi”, “Ölən dünyam” əsərləri, yazıçının yaradıcılığında xəlqilik və milli kolorit mövzularında çıxışlar dinlənilib. Xatırladaq ki, tədbir institutda təcrübə keçən BAU-nun filologiya ixtisası üzrə IV kurs tələbələri ilə birlikdə hazırlanıb.

 

525-ci qəzet.- 2019.- 31 may.- S.9.