Türk dillərinin müqayisəli tədqiqinə töhfə
Azərbaycan türk dilləri sistemində inkişaf edərək həmin sistem içərisində
öz əlaqələrini
daha geniş sahələr üzrə bərpa etməkdədir. Bu, türk dünyasının
bərləşməsinin bir
yönüdür, dil-linqvistik
hadisəsi və tərəfidir. "Bir çox özünəməxsus xüsusiyyətlər
qrammatik kateqoriyaların
dəyərliklərində özünü göstərir.
Bəzi məqamlarda türk dilləri birləşə bilir"
(akademik Kamal Abdullayev).
Dil-linqvistik tərəf kimi bu gün türkologiyanın
qaşısında duran
problemlərdən biri
də qohum dillərin bir-birilə qarşılaşdırılması və müqayisə olunması, qrammatik eyniliyin və diferensiallığın aşkara
çıxarılmasıdır. Bu sahədə olan gerçəkliklər son illər
daha çox öyrənilir, müqayisəli
tədqiqatın prinsip
və istiqamətləri
müəyyənləşdirilir.
Dillərin müqayisəsi insanların
düşüncə fəaliyyətində
həmişə mühüm
və mərkəzi yerlərdən birini tutmuşdur. Burada, hər şeydən əvvəl, "qohum dillər arasında yüksək tarixi əlaqə" (Boduen de Kurtene)
aşkarlanır. Türk dillərinin müqayisəli tədqiqi
üzrə Azərbaycanın
tanınmış dilçi
alimi professor İsmayıl
Kazımov bu günlərdə işıq
üzü görmüş
yuxarıda adı çəkilən monoqrafiyasında
müqayisəli tədqiqat
vasitəsilə türk
dillərinin qrammatik qanunauyğunluqlarını, morfoloji
hadisələrin dinamikasını müəyyənləşdirmiş,
qrammatik kateqoriyalar arasında olan ümumi və fərqli dil yeniliklərini üzə çıxarmışdır.
Qeyd etmək lazımdır ki, kontrastiv və konfrantativ qrammatikaların tədqiqi
son illərdə daha geniş vüsət almış, bu da dövlət müstəqilliyi qazanmış
türk xalqlarının
bir-birininə yaxınlaşması,
humanitar sahədə əlaqə və münasibətlərinin hərtərəfli
qurulması ilə bağlıdır. İndi elə bir dövrdə
yaşayırıq ki,
ortaq türk əlifbası və ortaq türk dili, ortaq ünsiyyət
dili probleminin həll olunması istiqamətində elmi araşdırmalar Azərbaycan
Milli Elmlər Akademiyası İmadəddin
Nəsimi adına Dilçilik İnstitutunda
da həyata keçirilməkdədir. Həmin araşdırmalardan
biri də qohum türk dillərinin ortaq nitq vahidlərini - cümlə sistemini yaratmaq və bir-birini daha asan başa düşülməsi üçün
bunun vacib olduğunu tədqiqatlarla sübut etməkdir.
Professor İsmayıl
Kazımovun yeni tədqiqatının mərkəzində
müasir türk dillərinə məxsus söz və onun qrammatik cəhətdən dəyişməsi
və sözügedən
prosesin morfoloji səciyyəsi dayanır. Morfologiya
"dil məkanı"nın mərkəzi olduğu üçün
müəllif iltisaqiliyi
bir ölçü kimi götürmüş
və əsas məsələləri bu
tip üzərində təhlil
etmişdir. Türk dillərinin morfoloji
quruluşu adıçəkilən
əsərdə ayrıca
səviyyə kimi, söz biçiminin qavrayışını və
quruluşunu təmin edən mexanizmlər sistemi, həmin sistemin qaydalarını və inkişafını
təmin edən bir bölüm kimi öyrənilmişdir.
Müəllif bu məsələ
ilə bağlı yazır ki, müqayisəyə cəlb
edilən müasir türk dillərində morfoloji quruluş ümumi cəhətlər
əsasında ortaya çıxmışdır. Həmin dillərdə informasiyanın
əsas keyfiyyətləri
morfologiyada xüsusi çəkisi olan sözdəyişdirici göstəricilərdir.
Sözdəyişdirici qrammatik göstəricilər
qrammatik kateqoriyalarda cəmləşir. "Beləliklə, türk dillərinin morfologiyası
ümumən sözlərin
dəyişən kateqoriyalarını
müqayisəli yolla tədqiq edir".
Professor İsmayıl
Kazımovun bu dəyərli tədqiqatında
onu da diqqətə
çatdırır ki,
müqayisə edilən
dillərdə qrammatik
kateqoriya şəkilçilərinin
hamısının işlənmə
vəziyyəti eyni deyildir. Oxşarlıqlar ümumi və
bərabər inkişaf
perspektivlərini əks
etdirir. Fərqli cəhətlər isə dillər arasında ayrılma və ərazicə uzaqlaşma proseslərinin
təzahürü kimi
meydana çıxır.
Məlumdur ki, türk dillərinin tarixi inkişafı və indiki durumu, ümumi təkamül xüsusiyyətləri,
çoxsaylı linqvistik
hadisələri belə
bir qənaətə gəlməyə əsas verir ki, onları
bir-biri ilə müqayisə etmək və inkişaf gedişində meydana çıxan qrammatik dəyişiklikləri aşkarlamaq
bu qohum dillərin inkişaf qanunauyğunluqları haqqında
müəyyən nəticələr
əldə etməyə
imkan verir.
Bu mühüm məsələ nəzərə
alınaraq, AMEA İmadəddin
Nəsimi adına
Dilçilik İnstitutunda
müasir türk dillərinin müqayisəli
morfologiyası ayrıca
tədqiqat obyekti olaraq öyrənilir. İnstitutun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun bu kitabı türkoloji dilçiliyin müstəqillik illərində
qazandığı son nailiyyətlər,
eləcə də onun bu sahədə
uzun illərdən bəri qazandığı
zəngin təcrübə
əsasında yazılmışdır.
Bundan əvvəl müəllifin
"Türk dillərinin
müqayisəli fonetikası"
və "Türk dillərinin müqayisəli
leksikası" adlı
kitabları nəşr
olunmuşdur. Müqayisəli morfologiya həmin silsilənin davamı, yəni III cildidir. Çoxsaylı türk düşüncəsinin
mücərrədləşdirmə fəaliyyəti, onların
gerçəkliyə münasibəti,
uzunmüddətli tarixi
inkişafın məhsulu
olan morfoloji quruluşun oxşar və fərqli cəhətləri bu əsərdə zəngin
faktlar əsasında müəyyənləşdirilmişdir.
İsmayıl Kazımovun müasir türk dillərinin müqayisəli morfologiyasına
dair tədqiqatında
ən yaxşı cəhət nəticələrdən
biri dil faktlarının müqayisə
şəkildə təhlil
olunmasıdır. Müəllifin adıçəkilən monoqrafiyasında türk dillərinin müqayisəli
qrammatikası başlıca
predmet kimi götürülür.
İ.Kazımov adıçəkilən yeni araşdırmasında bir sıra fikirlərinə sübut olaraq görkəmli dilçi alim, professor Əlövsət Abdullayevdən belə bir sitat verir: "Fərqi o yerdə axtararlar ki, müqayisə edilən obyektlər arasında bir oxşayış olsun". Kitabda müasir türk dillərinə (qazax, qırğız, karaim, qaqauz, başqırd, qaraçay-balkar, altay, kumuk, noqay, tatar, qaraqalpaq, türkmən, özbək, uyğur, xakas, çuvaş, şor, yakut və s.) məxsus və onların daxili qanunauyğunluğundan irəli gələn mühüm morfoloji hadisələr yeni düşüncə müstəvisində şərh olunur. Müasir türk dillərinin morfoloji quruluşunun ümumi səciyyəsi, ayrıca nitq hissələri, morfoloji sistemin özəllikləri, qrammatik mənanın ifadə üsulları və vasitələri, sözdəyişmə prosesi, formaların çevik hərəkəti və inkişafı, "daxili" morfoloji sistem, qrammatik kateqoriyaların doğurduğu yeni hadisələr və s. təhlil predmetinə çevrilir...
Əsərin əvvəlində müəllif müasir türk dillər haqqında ümumi məlumat verir, "geniş bir alana yayılmış Türk dilləri"nin (V.Radlov) mürəkkəb inkişaf və təkamül yolunu izləmiş, müxtəlif sahələrdə aparılmış tədqiqatları şərh etmişdir. Kitabda ənənəvi morfologiyadan fərqli olaraq funksional-semantik kateqoriyaların da izahına geniş yer ayrılmışdır.
Ümumiyyətlə, professor İsmayıl Kazımovun bu kitabında müasir türk dillərinin morfologiyası geniş və sistemli şəkildə araşdırılır, qohum dillərin morfoloji quruluşunu əks etdirən ən mühüm və zəruri qaydalar konkret nümunələr əsasında izah olunur. Morfoloji quruluş "formadan mənaya" istiqamətində təsvir edilir.
Kitab
sahə üzrə mütəxəssislərlə
yanaşı, tələbələr, magistrlər, ümumiyyətlə,
elmi işçilər və
başqaları üçün
faydalı bir araşdırmadır.
Möhsün
NAĞISOYLU
AMEA-nın həqiqi
üzvü,
AMEA Nəsimi
adına Dilçilik İnstitutunun direktoru
525-ci qəzet.-
2019.- 31 may.- S.11.